13 sen 12:55Yazar

Emilin, Bəhlulun, Təmkinin haqqı...

Azərbaycan millisinin Xorvatiya ilə oyunda işi çox çətin idi. Hələ Uelsə qarşılaşmadan öncə bu çətinliyi proqnozlaşdırmışdıq. Qeyd etmişdik ki, Macarıstanla Slovakiyaya Bakıdakı məğlubiyyət vəziyyəti daha da qəlizləşdirib. Artıq təkcə mətbuatın obyektivliyini itirməyən kəsimi yox, azarkeşlərin də böyük əksəriyyəti Nikola Yurçeviçə və onun çalışdırdığı komandaya inanmırdı. Düzdü, AFFA rəhbərliyi üçün bu inamın elə də böyük əhəmiyyəti yoxdu. Əksinə, onlar azarkeşlərin tribunadan qaçaq düşməsində, millinin ev oyunlarının daha sakit məcrada keçməsində maraqlıdırlar. Belə olmasaydı, AFFA ölkə futbolunun məbədgahı sayılan Respublika stadionu qala-qala milli komandaları gözdən-könüldən uzaq stadionlara, Mərdəkanın “Dalğa Arena”sına, qəsəbə stadionu sayılan “Bakcell Arena”ya ürcah etməzdi. Yurçeviç üçün də bu amil önəmli deyil. Onu mətbuatın da, azarkeşlərin də təzyiqindən yetərincə qoruyurlar. Amma futbolçuların durumu fərqlidi.
Futbolçular üçün azarkeşlərin, yəni xalqın nə düşündüyü müəyyən mənada əhəmiyyət kəsb edir. Söhbət heç də “milliləşdirilənlərdən” getmir. Son aylarda Eddi İsrailovla Dmitri Nazarovun adı hallanan qalmaqallar, pul söhbətləri onu sübut etdi ki, belələri üçün Azərbaycan millisinin formasını geymək əlavə qazanc mənbəyindən başqa bir şey deyil. Millinin həkimini gecəylə diktofonlar qarşısına çıxarsalar da, Eddinin toplanışa gəlməməsini zədəylə əlaqələndirməyə çalışsalar da, plan baş tutmadı. Bəli, Azərbaycan millisinin formasını yalnız və yalnız bu bayrağı, bu ölkəni, onun torpaqlarını və millətini sevən insanlar geyməlidi. AFFA-nın “milliləşdirmə” ilə bağlı siyasəti zaman-zaman iflasa uğrayıb və Xorvatiya ilə oyun bir daha bu siyasəti darmadağın etdi. Yığmanın formasında sona qədər döyüşənlər, adlı-sanlı rəqiblərdən çəkinməyənlər kimlər idi? Emil Balayev, Bəhlul Mustafazadə, Qara Qarayev, Təmkin Xəlilzadə, Ramil Şeydayev...
Siyahını sona qədər uzatmayım. Ümumilikdə Azərbaycan millisinin Xorvatiyaya qarşı oyunda meydana çıxan üzvləri vuruşdular, uduzmamaq, azarkeşlərin gözündə özlərini doğrultmaq üçün əllərindən gələni etdilər. Hə, Macarıstan və Slovakiya ilə görüşlərdə baş verən biabırçılıqlara görə bəraət qazanmaq üçün belə mübarizə vacib idi. Biz bu istəyin işartılarını hələ Kardiffdəki oyunda görmüşdük. Amma Uelsin paytaxtında Nikola Yurçeviçin səhv seçimi nəticəni rəqibin xeyrinə həll etmişdi. Xorvatiyalı mütəxəssisin yanlış heyət seçiminə yazının davamında qayıdacam. Hələlik isə bu fikrimi tamamlayım. Millinin yerli futbolçuları ictimai qınaqlardan, “nə qədər uduzmaq olar?” tənəsindən yorulmuşdular. Ermənistanın Bosniya və Hersoqovina yığmasına 4 top vurması, gürcülərin Danimarkaya uduzmaması da bu hissiyyatı gücləndirmişdi. Onsuz da hər seçmə mərhələdə bir dəfə ürəklənir, kiməsə möhkəm bir badalaq vururuq. Bu dəfə də həmin o badalağımız Xorvatiyanı tutdu, Yurçeviçin həmyerlilərini. Nə qədər çətin olsa da deməliyəm ki, bu heç-heçənin davamlı olacağına, gələcək qələbələrin əsasını qoyacağına inamım o qədər də böyük deyil. Amma zəif də olsa, ümid işığı, inkişafa doğru çox kiçik işartılar var. Elə o işartıları yaradanlar da Emildi, Təmkindi, Ramildi, Bəhluldu.
Yurçeviçin səhv seçimlərindən danışaq. Baş məşqçi budəfəki heyətə Bəhlul Mustafazadə ilə Cavid Hüseynovu çağırmaqla onsuz da özü-özünü təkzib etmişdi. Biz xüsusilə də Bəhlulun millidə oynamaq vaxtının yetişdiyini çoxdan yazırıq. Sanki bu iki futbolçunun “Qəbələ”ni “Sabah”a dəyişməsi tilsimi də sındırdı, Yurçeviçin gözü onları da gördü. Bəhlul hər iki qarşılaşmanı yüksək səviyyədə, minumum səhvlə keçirdi. Ən əsası, “Qəbələ”nin yetirməsinin oyununda həyəcan hiss olunmadı. Elə bil ki, yığmada debüt oyununu keçirmirdi, illərdi ölkənin əsas komandasının formasını geyirdi. Daha bir debütant Yurçeviçin üzünü ağ etdi. Emil Balayevin Bəhluldan fərqi o oldu ki, Kardiffdə yox, Bakıda bu şansı qazandı. Mən Səlahət Ağayevin səviyyəsinə, millinin formasında meydanda can qoymaq istəyinə şübhə etmirəm. Amma Ağayevin “Neftçi”ylə birlikdə heç də yaxşı günlər yaşamadığı hamımıza məlumdu. Səlahət avrokuboklardakı büdrəmənin, “Neftçi”nin çempionata uğursuz başlamasının, “Sumqayıt”la oyunda başverənlərin stressindən əziyyət çəkir. Bunun üzərinə millinin Macarıstan və Slovakiya ilə oyunlarda böyük hesabla uduzmasını, həmin qarşılaşmalarda qapıda Ağayevin özünün dayandığını da əlavə etməliyik. Emil Balayev isə tam fərqli qrafik cizir. “Tobol”un “çərçivə”sini etibarla qoruyan Emil Qazaxıstanda diqqətləri üzərinə çəkib. Bu da onda özünəinamı artırıb. Belə bir məqamda Səlahətin əvəzinə onun meydana çıxması heç də qorxulu risk deyildi. Səlahət özü də vəziyyətə anlayışla yanaşar, psixoloji sarsıntı keçirməzdi. Yurçeviçin qapıçı seçimində səhv etməsi, yaxud da yersiz israr etməsi Ağayev üçün əlavə problemə, təzyiq mənbəyinə çevrildi. Millinin Uelsə uduzmasına da əsas səbəb məhz bu göstərildi. Emilin Bakıdakı debütünün uğurlu alınması da bu cür mübahisələrə son qoymuş oldu. Balayev yığmanın qapısında dayanmağa, onun toxunulmazlığını qorumağa layiq olduğunu isbatladı.
Təəssüf ki, oyundan sonra həm nəticənin əvvəlcədən razılaşdırılmasıyla bağlı söhbətlər, həm də futbolçuların mükafat istəyini açıq şəkildə dilə gətirməsi ümumi ab-havanı korladı. Bu cür məsələlərə münasibət bildirmək xeyli çətin və məsuliyyətlidi. Amma şəxsən mən bu fikri bölüşmürəm. Rəqib güc qoyar, ya qoymaz, bu onun öz işidi. Və bunun Ramilin, Mahirin, Təmkinin, Bəhlulun, Emilin meydanda apardığı mübarizəyə heç bir dəxli yoxdu. Biz millinin meydanda can qoyan futbolçularının haqqını verək. Əhsən sizə, uşaqlar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar