07 sen 02:33Yazar

Xətrimizə dəymə, Giqqz!

Bu gün yeni milli komandamız oynayır. Əvvəllər yığmanın oyunlarını həyəcanla gözləyir, günləri sayırdım. Amma yavaş-yavaş bu millini bizdən uzaqlaşdırıb, yadlaşdırdılar. Həyəcanımız azaldı, sevgimizi zədələdilər. Qəzetimizin ötən sayında həmkarım Huşəng lap ürəyimizdən xəbər vermiş, mənim də demək istədiklərimi qələmə almışdı. Həmin yazıda qeyd olunduğu kimi, bütün başverənlərə, yığmanın heyətinə əcnəbilərin doldurulmasına baxmayaraq, biz yenə də millli komandamızı sevir, onun nəticələrinə görə üzülür, qələbələrinə görə sevinirik. Məşhur misraları bir qədər dəyişsək, təxminən belə səslənər: “Orda bir komanda var uzaqda, onu bizdən nə qədər uzaqlaşdırsalar da, o bizim komandamızdı...”
Macarıstan və Slovakiya ilə oyunlar azarkeşlərlə milli komanda arasındakı uçurumu daha da dərinləşdirdi. Onsuz da son illərdəki proseslər yığmaya könül verənlərin, komanda oynayanda özünü tribunada yer tutmağa borclu hesab edənlərin sayını xeyli seyrəltdi. Artıq çox az adam bu komandadan, hazırkı heyətdən uğur gözləyir. Doğma meydandakı iki oyunda ardıcıl böyük hesabla məğlub olan, qapısından 8 top buraxan komandaya inanmaq çox çətindi. Evinin içində macarlar və slovaklar ilə bacarmayan futbolçular uzaq Uelsdə xarüqələr yarada biləcəkmi? Üzülən, inamı sarsılan təkcə azarkeşlər deyil. Futbolçular özləri də psixoloji təzyiqdən əziyyət çəkir, yenə də uduzmaq və tənqidlərin hədəfinə çevrilməyin qorxusunu yaşayırlar. Azərbaycanlı futbolçular həmişə səfərdə oynamağa çətinlik çəkiblər. Elə bunun da nəticəsidi ki, azsaylı qələbələrimizin, xal qazandığımız oyunların mütləq əksəriyyəti evdə keçirilib. Azarkeşlərin gözü qarşısında “doğma divarlar” da komandaya kömək edir. Zaman-zaman Azərbaycan millisi bu köməkdən maksimum yararlanıb. Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun çayırlı alaq basmış ot örtüyü də vaxtilə işimizə yarayırdı. Hamar, keyfiyyətli qazon üzərində oynamağa vərdiş edən adlı-sanlı rəqiblərimiz kələ-kötür meydanda çətinlik çəkir, çalalarda ilişib qalırdılar. Uzaq 90-cı illərdə məhz bunun sayəsində güclü rəqibləri Bakıda büdrətməyi bacarırdıq.
Səfər oyunlarında isə belə şey ola bilməzdi. Üstəlik, dolu tribunalar da həyəcanlı futbolçularımız üçün əlavə problemə çevrilirdi. İndi bizimkilər də yaxşı ot örtüyündə oynamağa vərdiş ediblər. Kələ-kötür meydanlar, çayırlı örtük artıq tarixə çevrilib. Amma “səfər sindromu” necə var idisə, elə də qalır. Nəzərə almaq lazımdı ki, indi Azərbaycan premyer-liqasının oyunları boş tribunalar önündə, azarkeş dəstəyindən yoxsun keçirilir. Deməli, yerli çempionatda oynayan futbolçular azarkeşlərin dəstəyinə də, hay-küyünə də yadırğayıblar. Bugünkü qarşılaşmada isə uelsli fanatların Kardiffdəki stadionun tribunalarını dolduracağı, əsl “12-ci oyunçu” kimi çıxış edəcəyi şübhə doğurmur. Rəqibimiz Azərbaycanla qarşılaşmada yalnız və yalnız qələbə qazanmağı qarşısına məqsəd qoyacaq. Ardıcıl iki səfər oyununda uduzan britaniyalılar bu axşamkı oyunda da xal itirsə, əsas rəqiblər sayılan Xorvatiya, Slovakiya və Macarıstandan çox uzaqlaşacaq ki, bu da qrupdan çıxmaq uğrunda mübarizənin bitməsi deməkdi. Qazanılacaq 3 xal isə onları ilk iki yer uğrunda yarışa qaytaracaq. Və bir acı həqiqət var ki, Azərbaycan bu qrupda bütün rəqiblər üçün “asan yem” sayılır. Rəqiblərimiz yaxşı başa düşür ki, Azərbaycanla görüşlər potensial 6 xal deməkdi. Bu 6 xalı qazana bilməyən komanda yarışı da uduza bilər.
Bəd gətirmək istəmirəm, amma reallıq bizim əleyhimizədi. Bu qarşılaşmada mütləq fövqəladə nəsə baş verməlidi ki, Azərbaycan millisi vətənə xalla qayıtsın. Nikola Yurçeviçin oyundan əvvəl verdiyi müsahibə də başdan-ayağa bəhanələrlə doludu. Hiss etmək çətin deyil ki, xorvatiyalı mütəxəssis özü də vəziyyətin qəlizliyi ilə barışıb. İlk vaxtlar xeyli havalı görünən, AFFA-nın çaldığı şıdırığı musiqiyə qol götürüb oynayan, “niyə də yox?!” deməyə hazır olan Yurçeviç Azərbaycan millisinin gücünü indi daha yaxşı bilir. Elə bu səbəbdən də danışanda ağzını ehtiyatla açır, bizə yerimizi göstərməyə çalışır. “Azərbaycan çempionatı da yüksək templi liqa deyil. Biz üç günə 2 oyun keçirməliyik. Komanda son oyunlarda çox top buraxıb. Bütün matçları təhlil edirik. Razıyam ki, müdafiədə problemlərimiz var. Əksər qolları standart vəziyyətdən buraxırıq. Daha dəqiqi, 10 qoldan dördünü. Müdafiəyə daha kimi çağırmaq olar? Əlimizdə milliyə çağırmağa elə də çox futbolçu yoxdu. Rəqabət aşağı səviyyədədi” – bu sözləri Yurçeviç deyir. AFFA-nın millini Avropa çempionatının final mərhələsinə çıxarmaq üçün dəvət etdiyi əcnəbi çalışdırıcı. Taleyi ilə barışıb. Bilir ki, Azərbaycan millisi qrupdan çıxacaq gücdə deyil. Ona görə də zamanı yaxşı dəyərləndirməyə, Azərbaycanda mümkün qədər çox yubanmağa, həm yaxşı qazanmağa, həm də istirahət etməyə çalışır. Bacarana canın qurban edildiyi ölkədə məhz bu cür də lazımdı.
Bizim ümidimiz Yurçeviçə yox, Rayan Giqqzədi. Bəli, rəqib komandanın baş məşqçisinə. Ötənlərin məşhur futbolçusu Azərbaycan millisinin sürətli cinah müdafiəçilərinin olduğunu deyib, təhlükəli əks-hücumlardan bəhs edib. Onun bu sözlərini oxuyandan sonra lap şübhələndim. Ya sabiq “qırmızı şeytan” şeytanlığına salıb, bizi rahatlatmağa çalışır, ya da ona Azərbaycan adıyla başqa komandanın oyununu göstəriblər. Ümid edək ki, elə onun dediyi kimi olacaq, yığmamız Uelsə asanlıqla təslim olmayacaq. Qoy Giqqzin yetirmələri də bizə qarşı bir az ehtiyatlı, bir az da insaflı davransınlar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar