06 sen 12:56Yazar

Al gülüm, ver gülüm...

“Təəssüf ki, millidə Anton kimi futbolçular oynayır. Ona yığmanın formasını geydirmək utandırıcıdı. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür?” – bu sözləri “Neftçi”ylə oyundan sonrakı mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyirdi. Qulaq asdıqca ürəyimdən qara qanlar axırdı, Azərbaycan futbolunun uşaqlıq xatirələrimlə zəngin olan keçmişi gözümün önünə gəlirdi. Öz-özümə “biz haralardaydıq, hara gəldik” deyirdim. Acınacaqlı mənzərəydi. Azərbaycan futbolunun bundan da rəzil duruma düşə biləcəyini təsəvvür edə bilmirəm.
Anton Krivotsyuku ilk dəfə “Miracle” otelinin liftində görmüşdüm. Mənimlə birlikdə yuxarı qalxırdı, əynində də Azərbaycan millisinin forması vardı. Doğma dilimizdə nəsə soruşdum, cavab verdi ki, dilimizi bilmir. Liftdən düşənə qədər soyadının Krivotsyuk olduğunu, özünün Ukraynadan gəldiyini öyrəndim. Sakit, loru dildə desəm, quzu kimi uşaq idi. O uşağı biz böyütdük, başımıza çıxardıq. İndi də əl-ayağını yığıb-yığışdıra bilmirik. “Bney Yehuda” ilə oyundakı səhvlərini heç unutmamışıq. Nə “Sabah”, nə də “Zirə” ilə oyunda inamlı çıxış etmişdi. “Sumqayıt”a qarşı da xüsusi heç nə sərgiləməyib. Sıradan bir futbolçudu. Amma qoldan sonra hansı üzlə gəlib “Sumqayıt”ın ehtiyat oyunçular skamyasının qarşısında təlxəklik edirdi, onu anlamadım. Axı, sən kimsən, Anton? Hansı istedadın sahibisən ki, özündə belə bir cəsarət tapırsan, kiməsə acıq vermək, əl-qol hərəkəti etmək fikrinə düşürsən? Əlbəttə, günah səndə deyil, səni bizim başımıza çıxaranlardadı.
Robert Prosineçki Maqomed Kurbanovu milli komandaya çağıranda bizə futbol dərsi keçməyə çalışırdı. Deyirdi ki, onda gizli istedad görür, bizim futboldan başımız çıxmır. İndi Kurbanovun nə işlə məşğul olduğunu nə biz bilirik, nə də Prosineçki. AFFA-nın “milliləşdirdiyi” digər “istedadlar” kimi, Kurbanov da sıradan biriydi. Sadəcə, böyük oyunun kiçik piyadası olmağa razılıq vermişdi. Onun vasitəsilə pul qazanırdılar, xırdaları da ona verirdilər. İndi Anton Krivotsyuk da həmin roldadı. 10 ildi futbolu inkişaf etdirmək üçün Dövlət Proqramının icrasıyla məşğul olunan ölkədə Anton kimisini gətirib “xalq komandası”nın əsas heyət üzvünə çeviriblər, hələ bir əsas milliyə də çağırırlar. Gəlsin Antonun havadarları, mənə isbatlasınlar ki, Krivotsyuk hansı göstəricisinə görə yerli futbolçuları, konkret Azər Salahlını üstələyir?! Nə üçün Krivotsyuk kimi qanacaqsızın biri mənim ölkəmin millisinin formasını geyə bilir, amma Azər Salahlı kimi əxlaqlı, tərbiyəli bir cavan oğlan bu şərəfdən məhrum edilib?! Susmayın, izah edin, cənablar. Deməyə sözünüz, irəli sürməyə dəliliniz varsa. Belələrini vətənlərində heç futbolçu yerinə qoyan yoxdu. Anton da Kurbanov kimi burda özünə klub tapmasa, yaddan çıxası, itib-batası adamın biridi.
Bütün bunların günahkarı isə sözsüz ki, AFFA-dı. “Milliləşdirmə” prosesini belə bayağı şəkildə həyata keçirən, Azərbaycanın müqəddəs pasportunu ucuzlaşdıran adamlar “boz bina”da oturublar. “İstedad sahibləri”ni tapan, unikal seleksiyaçı kefiyyətlərinə sahib olan adam isə Riad Rəfiyevdi. “Sumqayıt”ın prezidentinin həm də menecer kimi çalışdığını bilməyən yoxdu. Adam illərdi ki, bu yolun yolçusudu. Antonları, maqaları Azərbaycana calayan məhz Rəfiyevdi. Taleyin acı istehzasıdı ki, bu gün elə öz tapıntısı Riadın klubuna aşkar hörmətsizlik edir, onun klubunun futbolçularını və məşqçilər korpusunu aşağılayır. Amma Rəfiyevin belə şeylər vecinə deyil. Vecinə olsaydı, özünə peşəkar deyən klub rəqib meydanında məruz qaldığı hücumdan, döyülüb-təhqir olunmasından sonra çıxıb üzr istəməzdi. Nəyin üzrdü, hansı qəbahətin üzrxahlığıdı, başa düşə bilmirəm. Ondansa, Riad Rəfiyev çıxsın, Azərbaycan futboluna vurduğu zərbələrə, belə adı futbolçu olub, özünü tərbiyəsiz aparanlara görə üzr istəsin.
Rəfiyev üçün Azərbaycan futbolu ancaq pul qazanmaq vasitəsidi. Ona görə də Klublar Komitəsinin son iclasından sonra da çıxıb ancaq puldan danışıb. Deyir ki, bizə pul versinlər. PFL sponsor tapsın, ordan bizə pul versin. “Milliləşdirdiyimiz” gəncləri meydana buraxaq, buna görə AFFA bizə pul versin. Akademiyamızdan futbolçuları alsınlar, əvəzində bizə pul versinlər. Fikri-zikri “ver-ver”di. Adama deyərlər ki, pul qazanmaq istəyirsənsə, akademiyandan xaricə futbolçu çıxar, əcnəbilərə sat, nə qədər istəyirsən qazan da. Kimdi sənin əlini-qolunu bağlayan? Sumqayıt boyda şəhərin klubunu veriblər sənə. Hər məhəlləsində, hər həyətində istedad qaynayır. Onları tap, üzə çıxar, yaxşı futbolçuya çevir. Həm özün qazan, həm də Azərbaycan futbolu qazansın. Hə, bir də adama başqa bir məsələni də deyərlər, dostum. Neçə ildi “CBC Sport” premyer-liqanın oyunlarının yayınına görə klublara çatmalı olan pulu vermir. Heç cəsarət edib, onu müzakirəyə belə çıxara bilmirsiz. Nə oldu, kefiniz niyə pozuldu? Onlara da “ver-ver” deməyinizə nə mane olur? Olmaya Elxan Məmmədovun nəzarətində olan telekanala söz deməyə cürət etmirsiz? Yadınıza salım ki, ötən üç mövsümün pulunu “CBC Sport” ödəməyib, heç bu il də puldan danışan yoxdu. Deyəsən, xatırlatmam sərf etmədi…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar