06 sen 12:04Yazar

Yığma günləri, yığma kədəri

Dünya azərbaycanlılarının ortaq kədəri olan, onları qəbir evində belə rahat yatmağa qoymayacaq üç-dörd dərd, yara var. Məsələn, bunlardan birincisi Qarabağ problemidi. Böyük güclər ermənilərin əli ilə artıq 30 ildi başımıza elə kələf hörüblər ki, nə qədər çalışırıqsa, heç cür açılmır. Vaxtaşırı hansısa ümidlər çiçəklənir, amma tezliklə onları şaxta vurur, yenidən dərdimizlə baş-başa qalırıq. Bir başqa ortaq dərd ikiyə - Quzeyə və Güneyə bölünən vətənimizdi. Rus və fars imperiyalarının namərdcəsinə bölgüsü nəticəsində dili, dini bir olan qardaşın biri o tayda qalıb, o biri bu tayda. Qışqırırıq, hayımıza yetmirlər, fars onların dilini kəsir, biz isə burda İran səfirliyi önündə aksiya keçirə bilmirik. İcazənizlə üçüncü ortaq dərd kimi ölkəmizin futbol yığmasını deyərdim. Mərhum Fuad Musayevi bir başqa mərhum Ramiz Mirzəyev, onu da hazırda sağ-salamat olan, neft borularına nəzarət edən Rövnəq Abdullayev əvəzləyib. Amma yığma həmişə, yəni bütün vaxtlarda və onilliklərdə gözdağı olub, stadiona gedərkən evə qanıqara dönəcəyimizi şüurumuzun alt hissəsinə yazmışıq, məyusluq və kədər nəsibimiz olub, indiyə qədər 0:9 istisna olmaqla 0:10-dan üzü aşağı bütün məğlubiyyət variantlarını yaşamışıq. Elə həmin vaxtlarda biz jurnalistlərin ən azı bir təsəllisi vardı – vaxtaşırı yığmanın məşqlərinə gedə, futbolçulardan müsahibə ala, onların oyuna necə hazırlaşdığını şəxsən görə bilirdik. Gizlətmirəm, şəxsən mənim ayrı-ayrı otellərdə hansısa yazıya görə Faiq Cabbarov kimi mənasız birisi ilə az qala əlbəyaxa davaya çıxdığım və ya Vəli Qasımovu müsahibə üçün yuxudan ayıldaraq, ona hətta qolundakı saat Portuqaliya vaxtını göstərdiyinə görə irad tutduğum hallar olub. Rövnəq Abdullayev iş başına gələnə, az sonra Elxan Məmmədov da baş katib postuna pərçimlənənə qədər ölkənin futbol yığmasının məşqçi korpusu, futbolçu heyəti media, ictimaiyyət önündə nəticələrə görə daşıdığı məsuliyyəti anlayır, hansısa formada topluma hesabat verirdi. Rəhmətlik Karros Alberto Torresin dövründə bu praktika aradan qalxmağa, Berti Fotsun 7 ilə yaxın sürən hökmranlığı dövründə isə tam süqut etməyə başladı. Artıq Azərbaycan yığmasının gül camalını görən jurnalist, ictimaiyyət nümayəndəsi cənnətlik olurdu. Sonrakı bütün baş məşqçilərin dövründə də proses eyni qaydada davam edir. Sanki Ermənistanı təmsil edirmiş kimi yığma millətdən təcrid olunur, toplanışlar imkan daxilində şəhər kənarına salınır, heç bir brifinq, mətbuat konfransı keçirilmədən Elxan Məmmədovun xeyir-duası və müşayiəti ilə vətəni tərk edirlər.
Təbii ki, Elxan bəyin uğurlaması bəd gəlir (bütün uğurlamaların mayasında səmimi niyyət dayanmalıdı, daha şəxsi maraqlar yox!), ölkəmizin əsas komandası hər kəsi validol daşıyıcısı etməklə vətənə əli ətəyindən uzun qayıdır və yenə növbəti oyuna qədər komanda gizlədilir. Nəticəsizlikdən bezib “istefa” qışqıran azarkeş gözünü polis bölməsində açır, baş məşqçi (oxu: Torres, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç...) hansısa mifik hesabat hazırlayır, həmin sənədəbənzər kağız guya AFFA İcraiyyə Komitəsi səviyyəsində müzakirə olunur, ancaq toplumdan kimsə uğursuzluğun hansı detallarda gizləndiyini bilmir. Çoxlarının bəyənmədiyi Vaqif Sadıqov zamanında hesabatlarını ictimai müzakirəyə çıxarırdı, camaat, heç olmasa, səbəblərdən xali olurdu.
Əlbəttə, adam-jurnalist yığma ilə bağlı hisslərini heç vaxt Elxan Məmmədovun personasına qurban verməməlidi, yəni baş katib burda mizan-tərəzi ola bilməz. Rəqib kim olur-olsun, şəxsən mən həmişə ölkənin atributlarını formasında daşıyan komandaya uğur arzulamışam və arzulayacam. Amma ona da yüzdəyüz əminəm ki, yığmaya belə münasibət, Elxan Məmmədovun ölkə futboluna səpdiyi nifaq toxumları, ayrı-seçkilik siyasəti ilə heç bir nəticəyə, heç bir uğura nail olmaq mümkün olmayacaq. Yığma hələ uzun müddət azarkeşlər və ölkə üçün gözdağı olacaq. Elxan bəy üçün nə olduğunu isə özü hamıdan yaxşı bilir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar