04 sen 12:05Yazar

Elşad Əhmədovun “daşlanması”

“Sabah” yeni mövsümün ilk turunda “Neftçi” ilə bərabərə qalanda diqqətləri üzərinə çəkmişdi. Təkcə nəticəylə yox, həm də göstərdiyi oyunla. Elitanın ən gənc komandası ölkə futbolunun “ağsaqqal”ına çətin anlar yaşatmış, qələbəni qaçıran tərəf olmuşdu.
Nəzərə almaq lazımdı ki, “Neftçi” “Sabah”la oyuna yaralı aslan kimi çıxmışdı. “Arsenal”la görüşün gətirdiyi eyforiya geridə qalmış, ardınca isə komanda İsraildən məğlubiyyətlə dönmüşdü. Bu isə o demək idi ki, “ağ-qaralar” Avropa Liqasının qrupunda oynamaq üçün azı bir il də gözləməliydi. Belədə azarkeşlərlə də münasibətlər gərginləşmiş, klub prezidenti Kamran Quliyevin İsraildən dönərkən verdiyi müsahibə aləmi bir-birinə qatmışdı. “Sabah”la matçın əhəmiyyəti “Neftçi” üçün məhz buna görə də bir neçə dəfə artmışdı. Mövsümün ilk oyununda qazanılacaq qələbə emosiyaları sakitləşdirəcək, Bordinə və futbolçularına olan təzyiqi azaldacaqdı. Di gəl ki, “Sabah” buna imkan vermədi. Özü də 90 dəqiqənin əksər bölümlərində meydan sahiblərindən qat-qat ağıllı və kombinasiyalı futbol sərgilədi, daha çox qol imkanı yaratdı. Hesabı açan tərəf də qonaq komanda idi.
Sözsüz, bu qarşılaşmadan sonra “Sabah” nəinki mükafatlar uğrunda mübarizənin, həm də “Keşlə” ilə oyunun favoriti idi. Məlum məsələydi ki, Tərlan Əhmədovun komandası “Qarabağ”la matçdakı ssenarini davam etdirəcəkdi - ehtiyatlı oyun, rəqibin əl-ayağına dolaşmaqla ona oynamağa imkan verməmək, əks-hücumda yaxalamağa çalışmaq. Bununla nə Tərlan bəyin oyun fəlsəfəsinə, nə də “Keşlə”nin futbolçularının zəhmətinə kölgə salmaq istəyirəm. Həqiqət ortadadı. Məhz elə buna görə də “Sabah” – “Keşlə” oyununun ilk 45 dəqiqəsi o qədər də baxımlı, həyəcanlı alınmadı. Düşünmək olardı ki, futbolçular paltardəyişmə otağına qolsuz heç-heçəylə yollanacaqlar. “Arsenal” – “Neftçi” oyununda izlədiyimiz kimi, hər şeyi qəfil bir zərbə həll etdi. Vüsal İsgəndərlinin zərbəsi həm gözlənilməz oldu, həm də baxımlı. Hesab açılana qədər “Keşlə”yə qol vurmaq çətin işdi. O ki ola Əhmədovun futbolçuları hesabı açandan sonra onu qorumağa çalışalar. Elə qorudular da.
“Zirə” – “Sabah” qarşılaşması isə axarına görə “Neftçi” ilə görüşə bənzədi. “Sabah” yenə də pis oynamırdı, rəqibini qapısına doğru sıxışdırmışdı. Amadu Diallonun qolu bir qədər kuryoz alınsa da, oyunun məntiqi axarına uyğun idi. Gözləmək olardı ki, “Sabah” ilk qələbəsini Zirədə qazanacaq, xal sayını 4-ə çatdırmaqla 4-cü pillənin sahibinə çevriləcək. Amma əsas vaxtın bitməsinə iki dəqiqə qalmış “Zirə” istəyinə çatdı, “Sabah”ın qələbə sevinci yenidən təxirə düşdü. Elə “Neftçi” ilə oyunda olduğu kimi.
Hazırda hesabında cəmi 2 xal olan “Sabah” turnir cədvəlində 7-ci sıradadı. Amma 4-cü turda “Zirə”nin “Sumqayıt”a qonaq gedəcəyini, “Neftçi”nin “Qarabağ”la qarşılaşacağını, “Sabah”ın isə “Qəbələ”ni qəbul edəcəyini nəzərə alanda, 4-cü pillə Elşad Əhmədovun komandası üçün elə də əlçatmaz deyil. Cəmi bir qələbə ilə həm vəziyyəti dəyişmək, həm də psixoloji gərginlikdən qurtulmaq mümkündü. Mən 4-cü turun qarşılaşmalarına geniş göz atmaqla, kimin kimlə qarşılaşacağını bura yazmaqla onu demək istəyirəm. Hələ çempionat yeni sürət götürür, mübarizə irəlidədi. Yay fasiləsində 9 futbolçunu yola salan, heyətinə 11 yeni ad yazdıran gənc “Sabah” üçün də heç nə bitməyib. “Sabah”ın legionerlərinin gücünü, yerlilərinin fərasətini görmək, Elşad Əhmədovun məşqçilik qabiliyyətinə və seleksiya bacarığına qiymət vermək üçün hələ xeyli fürsətimiz olacaq. İndidən hərəyə bir daş götürüb, onu Elşad Əhmədova, onun “Sabah”ına atmaqla, klub rəhbərliyi ilə məşqçilərin, futbolçuların arasında süni gərginlik yaratmaqla heç də adil davranmarıq. Cəmi 3 tur oynanılıb, onun da ikisində “Sabah” hesabı açsa da, qələbəni qaçırıb, meydandan 1 xalla ayrılıb.
Sonda bir haşiyə çıxmaq istəyirəm. 2014-cü ilin payızında Kaxaber Tsxadadzenin çalışdırdığı “İnter” ardıcıl 4 oyunda 0:0 hesablı heç-heçəyə razı oldu. Mətbuat konfransında bunu gürcü çalışdırıcıya xatırlatdım, komandasının qol vura bilməməsinin səbəbini soruşdum. Kaxa cavabı sualla verdi: “Bəs bizə qol vururlarmı?” İndi “Sabah”ın vəziyyəti təxminən bu cürdü. Komanda qələbəni qaçırır, amma özü də 3 oyunun ikisində uduzmayıb. Yəni onları da uda bilməyiblər. Necə olur ki, belə nəticəyə görə əcnəbi çalışdırıcını dahi taktika ustası adlandırıb, başımızın üstünə qaldırırıq, amma azərbaycanlı Elşad Əhmədova daş atmağa başlamışıq?! Məncə, bir az səbrli davrana bilsək, “Sabah”ın da sabahıyla oynamarıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar