04 sen 12:03Yazar

Yetimin qudurğanlığı və ya etibarsız Etibar

İndi dəqiq xatırlamıram. Ya 2015-in, ya da 2016-nın yayı idi. Həmişəki kimi istirahət günümdə “Sumqayıt”ın əsas komandasının məşqini izləmək üçün “Kapital Bank Arena”ya yollanmağa qərar verdim. Onda hələ şəhərin bir nömrəli komandasının sərəncamında bugünkü kimi yardımçı meydanlar yox idi. Bir süni örtüklü qazon var idi ki, böyüklərlə yanaşı, 8 yaş qrupu da orda məşq edirdi. Rəhmətlik Tofiq Rzayevlə bu gün yaşının üstünə yaş gəlməsinə baxmayaraq, yenə eyni həvəs və istəklə kiçik yaşlılara futbolun sirlərini öyrədən Ağamusa Bağırovun məşq keçdiyi qumlu meydançada (qapıları da 1x1 idi) səhv etmirəmsə, “kimyaçılar”ın U-16 komandası ikitərəfli oyun keçirirdi. Ayaq saxlayıb böyük futbola keçidin astanasında olan yeniyetmələrin oyununu izləməyə qərar verdim. Yerli uşaqlardan qurulan komandanın heyətində arıq, çəlimsiz, saçı skinhedlər kimi qırxılmış, sarışın, azərbaycanlı olmadığı ilk baxışdan seçilən biri diqqətinimi cəlb etdi. Müdafiədə oynayan həmin yeniyetmənin ayağına hər dəfə top düşəndə sumqayıtlı uşaqlar “Anton, yetim, pas ver” deyib, ondan ötürmə istəyirdilər. İnsafən, Anton yetim də komanda yoldaşlarının sözünü yerə salmayaraq onların dediklərinə əməl edir, top ayağına düşən kimi komanda yoldaşlarını “görməyə” çalışırdı. Həmin vaxt “Sumqayıt”ın U-16 komandasını kimin çalışdırdığını unutmuşam. Həvəsim də olmadı ki, bunu araşdırım. Ancaq onu dəqiq bilirəm ki, klubun prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov idi. O dönəmdə Antonun “milliləşdirmə” söhbəti də aktual idi. Ancaq hansısa səbəbdən Azərbaycan dilində ilk dəfə “yetim” sözünü öyrənən Antona “Sumqayıt”da milli pasport vermək mümkün olmadı.
Vaxt ötdü, zaman yetişdi, hərbi xidmətdən yayındığı üçün ana vətəni Ukraynada axtarışa verilən “yetim Anton” “Neftçi”də peyda oldu, özü də yerli statusu ilə. Ölkənin ən köklü klubu ilə yanaşı, Viktorun oğlu yığmaya da cəlb olundu. “İstedadı var, qabağa gedir. Universal müdafiəçidi” deyib, onun qısa vaxtda ölkənin əsas komandasına yüksəlməsinə göz yumduq. Ancaq səhv etdik. Atalarımızın “yetimə çörək ver, borclu çıx” deyimini tez unutduq. Məhz bizim unutqanlığımız, “xətir üstə xəstə yatmağımızın” nəticəsini ötən bazar “Bakcell Arena”da gördük. Onda ayıldıq ki, “yetim Anton”nun çörəyi dizinin üstündədi və o azərbaycanlılardan qurulmuş “Sumqayıt”ın futbolçularına ana söyüşü söyür. 4-5 il əvvəl Vurğunun butslarını təmizləməyə hazır olan “milliləşdirilmiş” müdafiəçi bu gün Vurğunu, başqa azərbaycanlıları söyürsə, deməli, günah onda yox, ona üz verən, qudurdan, əlini çörəyə çatdıran bizlərdədi.
Əslində Etibar Tarverdiyevin yanında olan, onun “bulağından su içən” “yetim Anton”nu qınamağa da dəyməz. Bir halda ki, 7 il “Sumqayıt”da çalışan, azarkeşinə “qardaş” deyib, havasını-suyunu tərifləyən Tarverdiyev “Sumqayıt”ın məşqçisini yumruqla vurur, “yetim Anton” bazar günü hələ sumqayıtlılarla yaxşı davrandı. Yaxşı ki, qapı arxasında yer alan “kimyaçılar”ın azarkeşlərinə yaxınlaşıb onları söyüşə “qonaq etmədi”. Necə deyərlər, partkomu Şirzad olanın...
Əslində Tarverdiyevlə məşqçi - jurnalist münasibətindən başqa aramızda bazar gününə kimi insani dostluq var idi. Ona hər zaman hörmətlə yanaşmışam. Ancaq bazar günü, “Bakcell Arena”da əcnəbi baş məşqçinin gözü qarşısında Abbasovu vurması mənə pis təsir etdi. Kişi pul qazanmaq üçün hər əziyyətə qatlaşar, ancaq...
Yəqin ki, 3 nöqtə qoyduğum yerdə nə demək istədiyimi növbəti dəfə üz-üzə gələndə “Neftçi”nin qapıçılarla işləyən məşqçisinə deyəcəm. Ancaq görüşümüz ərəfəsində Tarverdiyevə bir sual da ünvanlayacam: sənin Mehman Yunusova yumruq atmağa cəsarətin çatardı? Etibar bəyin cavabını gözləmədən əminliklə deyə bilərəm ki, yox. Çünki Tarverdiyev “Şəmkir”də ehtiyat oyunçular skamyasında oturub, yemək bişirən bibi ilə ət davası edən zaman Yunusov ona və onun kimi keçmişini unudanlara qan uddurub. Ayxan Abbasov bəlkə də fiziki cəhətdən ondan zəif ola bilər, ancaq ölkə futboluna istər futbolçu, istərsə də məşqçi kimi Tarverdiyev kimilərdən daha çox xeyir verib. Fürsətdən istifadə edib “Neftçi”nin qapıçılarla işləyən, ancaq bu günə kimi ölkə futboluna bir normal qolkiper belə verməyən məşqçisinə bir söz də demək istəyirəm: “qaranqauş gəldi-gedərdi, boz sərçədən möhkəm yapış”. Başa düşmədizsə, daha ətraflı izah edim. Bordin bu gün var, sabah yoxdu. Necə ki, bu günə kimi çox əcnəbilər Azərbaycana gəlib, pulunu qazanıb gedib. Ayxan və ya onu kimi başqa yerlilər Azərbaycanda daimidi.
P.S. Yəqin ki, İntizam Komitəsi bu gün keçiriləcək iclasında Tarverdiyevin hərəkətinə layiq olduğu qiyməti verəcək. Əks halda sumqayıtlı azarkeşlər özləri onun “yumruğ”unu qiymətləndirəcək. Bunu oyundan sonra bütün gecə sumqayıtlı fanatların zənglərinə cavab verən biri kimi deyirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar