26 avq 12:09Yazar

“Qarabağ” üçün qara düyün

“Futbol qəribə oyundu. Bu gün səni autsayder sayırlar, amma cəmi 90 dəqiqə sonra hər şey dəyişir və sən qalib olursan” – “Linfild”in müdafiəçisi Kris Keysment klubun saytına “Qarabağ”la oyundan sonra verdiyi müsahibədə belə deyib.
Bəli, Keysment qardaş çox düzgün ifadə edib. Futbol bir emosiya oyunudu. Yaxşı köklənib, meydanda can qoyub, güclü rəqibi məğlub etməyi bacarırsan və qəhrəmana çevrilirsən. Bu işin bir tərs tərəfi də var. Sən bu gün rəqibini məğlub edib, qəhrəman olursansa, sabah adicə bir məğlubiyyət, uğursuz 90 dəqiqə səni göydən yerə endirəcək, zirvədən uçurumun dibinə salacaq. Ola bilsin ki, soyuq Şimali İrlandiyada futbola bizim qədər emosional yanaşmır, keçmişi çox tez unutmurlar. Bizdə durum fərqlidi. Çox unutqanıq. Məğlubiyyəti də, qələbəni də çox tez unuduruq.
Amma bəzi tarixlər var ki, onları unutmaq olmaz. Bəli, düz iki il əvvəl “Qarabağ” bizi dünyanın xoşbəxtinə çevirdi. Danimarkanın paytaxtı Kopenhagendə şəhərin eyniadlı komandasına uduzsaq da, mərhələni adlayan tərəf biz idik. “Qarabağ”ın Bakıda “quru” hesabla qazandığı qələbə qrup mərhələsinə gedən yoldakı sonuncu maneəni də aradan qaldırmışdı. Tarixdə ilk dəfə bir Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Rusiya, Ukrayna, Belarus və Qazaxıstan təmsilçilərindən sonra keçmiş SSRİ məkanında qitənin ən nüfuzlu klub turnirində təmsil olunmaq növbəsi bizə də çatdı. Həmin gecə keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindi. Nə xoşbəxt bizə ki, o hissləri yaşadıq, “Roma”, “Çelsi” və “Atletiko” kimi klubları Azərbaycana rəqib qismində gətirdik, Madrid klubunu büdrətdik belə.
Keçmişlə yaşamağın tərəfdarı deyiləm. Məşhur deyimdə deyildiyi kimi: “Dünən üçün çox sağ ol, bu günün isə öz tələbləri var”. Mən bu sətirləri yazarkən tarixi hadisənin ildönümü olmasaydı, yazımda “Kopenhagen”lə oyunu xatırlamağa həvəs göstərməzdim. Amma belə bir tarixi hadisənin ildönümündə onu xatırlamamaq da ədalətli davranış olmaz. Hər xatırladıqca da uğurun memarlarına ürəkdən “sağ ol” demək lazımdı. Hazırda futbolumuzun vəziyyəti, hadisələrin axarı bizim üçün heç də ürəkaçan deyil. Dəqiq bilmirik ki, bir daha nə vaxtsa yenidən belə bir xoşbəxtlik bizə nəsib olacaqmı, nə vaxtsa Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində iştirak edə biləcəkmi?! Cavab vermək çox çətindi.
Təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrdə çox təhlükəli bir qrup formalaşıb. Həmin qrupa daxil olan insanlar “Qarabağ”ın avrokuboklardakı oyunlarını səbrsizliklə gözləyirlər. Bakıda, yaxud da səfərdə oynamağın elə bir ciddi fərqi yoxdu. Hakimin start fiti səslənməzdən öncə onlar televiziya ekranı və kompüterlərin monitoru qarşısında yerlərini rahatlayırlar. Kompüteri olmayanlar da telefonu əllərində bərl-bərk sıxıb saxlayırlar. Gözləyirlər ki, “Qarabağ” büdrəsin, qol buraxsın, Qurban Qurbanovun etimad göstərdiyi futbolçulardan hansısa səhvə yol versin. Dərhal da toz-duman qalxır, lağ-lağılar, şəbədələr bir-birini əvəz etməyə başlayır. Kimisi Qurban Qurbanova yol göstərir, digəri Rəşad Sadıqova. Başqa biri də legionerləri bəyənmir, “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək şansının olmadığını deyir. Ta o vaxta kimi ki, “Qarabağ” vəziyyəti düzəldir, növbəti “şikar”ını gözləməyə başlayır. Dərhal da həmin “lağ-lağı qrupu” təriflər yağdırmağa başlayır.
“Qarabağ” Belfastdakı oyundan əvvəl çətin vəziyyətə düşmüşdü. Almeydayla Rahil cəzalı, Aylton, Ozibiç, Bədavi zədəliydi. Onların sırasına məşqlərin birində zədələnən Maksim Medvedev də qoşulmuşdu. Vaqner isə zədədən əziyyət çəkməsə də, rəqabətsizlikdən əziyyət çəkir. Və bu rəqabətsizlik zaman-zaman onun motivasiyasında, səhvlərində özünü göstərir. Elə bütün bu problemlər “Qarabağ”ın xeyrinə olan 1:0 hesabının 1:3-ə çevrilməsiylə nəticələndi. Yaxşı ki, “Qarabağ” toparlanmağı, son saniyələrdə bizə böyük ümid bəxş edən qolu vurmağı bacardı. Həmin qol sayəsində Bakıda qazanacağımız 1:0 hesablı qələbəni belə turu keçmək, qrup mərhələsinə yüksəlmək üçün yetərli olacaq. Vəziyyət elə də pis deyil. Belfastdan qolsuz heç-heçəylə dönsəydik də, Bakıda minimalhesablı qələbə arzulayacaqdıq. İndi də vəziyyət aşağı-yuxarı eynidi. Ümidlər tükənməyib, şansımız var və “Qarabağ” hələ də bu cütün favoritidi. O zaman nədi bu narahatlıq, istehza və kinayə? Çətin məqamda “Qarabağ”a belə dəstək oluruq?
Nə sirrdisə, hər dəfə belə olur. “Qarabağ”ın çətin sınaqları əırəfəsində heyətdə ciddi problemlər yaranır, zədəlilər və cəzalılar Qurbanovun optimal heyət qurmasını çətinləşdirir. Bütün bunlar olmasa belə, hansısa əzazil hakim qarşımıza çıxır və onun kobud səhvi arzularımızın üstündən qalın bir xətt çəkir. Bunun adına el arasında “işin daşdan çıxması”, “işlərin düyünə düşməsi” deyirlər. Yenə də oxşar vəziyyətdi. Amma çıxılmaz deyil. “Qarabağ” bu sınaqdan üzüağ çıxmağı bacaracaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar