09 apr 23:36Yazar

Bu Qara o Qara kimi olmasın!

“Qara Qarayev “Malaqa”da”, “Azərbaycanlı futbolçu İspaniya klubuna transfer olundu” sərlövhəli xəbərlər təxminən iki il öncə idman mətbuatının gündəmini zəbt etmişdi. Əvvəlcə hamı təəccübləndi. “Qaranın oyununu “Qarabağ”ın heyətində Avropa Liqasının qrup oyunlarında görüblər, indi də dəvət göndəriblər” düşünənlərin sayı yetərincə çox idi. Etiraf edirəm ki, şəxsən mən özüm də o cür düşünürdüm. Sonradan yanıldığımızı anladıq. Amma məyus deyildik, əksinə, sevinirdik. Çünki Azərbaycan futbolunda yeni istedadın “kəşf olunduğundan” xəbər tutmuşduq. Həmin istedadın adının və soyadının “Qarabağ”dakı Qara ilə üst-üstə düşməsini də bir xoş təsadüf kimi qəbul edirdik. Ən böyük arzumuz da o idi ki, daha gənc Qara öz adını doğrultsun, “Qarabağ”dakı Qaranın fəth edə bilmədiyi zirvələrə yüksəlsin, cığıraçan olsun.
İlk günlər hər şey yaxşı idi. Necə deyərlər, plan üzrə gedirdi. Bir andaca hər şey dəyişdi. Məlum oldu ki, bu Qara gənc, hətta yeniyetmə olsa da, düşüncələri köhnə azərbaycanlı futbolçulardan zərrə qədər də fərqlənmir. 2015-ci ilin sonlarında Qara Qarayevin “Malaqa”dan ayrılması xəbərini aldıq. AFFA-nın xəttiylə İspaniyaya yollandığı deyilən futbolçunun orda maaşsız oynadığı, pul qazanmaq və rahat yaşamaq üçün Azərbaycana qayıtdığı haqda xəbərlər bizi qəm dəryasına qərq etdi. Bakı “İnter”inin düşərgəsində peyda olan Qara 19 yaşadək futbolçulardan ibarət millimizin heyətində də cürbəcür söz-söhbətlərin, qalmaqalların mərkəzinə düşdü. Onun zədəsini bəhanə edib məşqlərdən boyun qaçırdığı haqda AFFA rəhbərliyi də məlumatlandırılmışdı və Qara uzun müddət U-19-un heyətinə də elə bu səbəbdən çağırılmırdı. Beləcə Qaranın karyerasında eniş yaşanmağa başladı. “İnter”in əsas heyətində özünə yer etməyi bacarmayan gənc futbolçu Novruz bayramı ərəfəsində əvəzedici komandanın çalışdırıcı Füzuli Məmmədovun da qəzəbinə tuş gəldi. Bu dəfə də səbəb fərqli deyildi. Məşqçisinin erkən əvəzetmə qərarına acıqlı reaksiya, özündənrazılıq bəlası özünü göstərmişdi. İndi harda olduğundan xəbərsizik. Deyilənə görə, xaricdə təhsil alır və imtahanlarını vermək üçün Azərbaycanı tərk edib. Bəlkə də elə doğrusu budu. Futbolçu ola bilməyəcəyini anlayıb, zərərin yarısından qayıtmaq fikrinə düşüb. Yoxsa bir əldə iki qarpız tutmaq - həm top dalınca qaçmaq, həm də ali təhsil almaq bizim futbolçulara qismət olan xoşbəxtlik, onların bacaracağı iş deyil. Üstəlik, söhbət xarakterindəki problemləri erkən yaşından biruzə verən futbolçudan gedirsə, onun oxuya-oxuya formasını qoruya biləcəyi, özünü inkişaf etdirəcəyi mümkünsüz görünür.
Azərbaycanda futbol camiəsi o qədər də böyük, komandaların sayı o qədər də çox deyil. Üzdə olan 30-40 futbolçumuz, düz-əməlli 3-4 klubumuz var. Onlar da bir-birini çox yaxşı tanıyır. Artıq bu Qaranın dosyesindən bütün məşqçilər və klub başbilənləri xəbərdardı. Çətin ki, Qarayevə bundan sonra əvvəlki kimi etimad göstərilə, onun üzünə elitada çıxış edən klubların qapıları taybatay açıla. Hər halda, bir gəncin başına gələnlər bizi azərbaycanlı futbolçuların psixologiyasının acı gerçəkləri, nöqsanları ilə üz-üzə qoymuş oldu. Arıtq bu Qaranın başına gələnlərə, daha doğrusu, özünün öz başına açdığı oyunlara təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir. Amma Azərbaycan futbolunda bu cür “itkilərə” tez-tez rastladığımızdan bir növ öyrəncəli olmuşuq. Belədə vəziyyəti faciəvi saymaq, hər şeyin sonu olduğunu düşünmək üçün də tələsmirik. Ən azı ona görə ki, artıq neçə gündü digər Qara Qarayevin ölkə xaricinə transferiylə bağlı xəbərlər oxumaqdayıq.
“Qarabağ”ın Qarası sözün əsl mənasında istedadlı futbolçu, əla xarakter sahibidi. Onun Almaniya ilə oyundakı soyuqqanlı davranışı və rəqibin ad-sanından çəkinmədən meydanda varlığını hiss etdirməsi təkcə bizim yox, əcnəbi mütəxəssislərin də diqqətini cəlb edib. Hazırda 25 yaşlı futbolçunun adı daha çox Moskva “Lokomotiv”iylə yanaşı çəkilir. Sözün düzü, Rusiya premyer-liqasında heç də yaxşı günlər keçirməyən, turnir cədvəlində 9-cu yeri tutan “dəmiryolçular”ın Qara üçün ideal variant olduğunu düşünmürəm. Komandanı bizə tanış olan Yuri Syominin çalışdırması belə xüsusi hansısa əhəmiyyət daşımır. Rusiya paytaxtını təmsil edən klublar daim təzyiq altında olur. Üstəlik, aqressiv rus azarkeşlərin könlünü qısa müddətdə fəth etmək Qara üçün heç də asan görünmür. Amma indidən bəd gətirmək, Qaranı hansısa kəlməmlə həvəsdən salmaq istəmirəm. Son müsahibələrindən də hiss olunur ki, Qara özü də xaricə getməkdə, özünü daha güclü çempionatlarda sınamaqda maraqlıdı. Onda bu sınaq üçün bütün vacib keyfiyyətlər var. Və bu keyfiyyətlərin üzərinə hazırda istək, özünüsübut həvəsi də əlavə olunub. Bizə qalan uğur arzulamaq, “yolun açıq olsun, Qara” deməkdi. Ən əsası, bu Qaranın legioner həyatı o biri Qara kimi olmasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar