16 avq 18:53Yazar

Kütləvi kefsizlik və ...nə etməli?

Ən bəd proqnozlar doğruldu: səfərdə Vaqnerin meydanı tərk edən topa toxunmasının ardından təyin olunan kornerdən “Qarabağ”ın qapısına vurulan yersiz, amma yunanları hədsiz ilhamlandıran qol srağagün həlledici rol oynadı. Əlbəttə, bu, sadəcə, texniki detaldı, APOEL Bakıda o qədər inamlı, sərbəst görünürdü ki, məncə, oyun nə qədər uzansaydı da, ağdamlılar rəqib qapısına yol tapa bilməyəcəkdi. Fakt budu ki, yunanlar ilk oyundan sonra sınmadı, burda qələbə üçün əllərindən gələni edəcəklərinə söz verdilər və o sözü tutdular. Bizə isə son oyundan yalnız acı məyusluq və bəzi düşündürücü suallar qaldı.
Artıq etiraf etmək lazımdı ki, “Qarabağ”ın indiki heyətindən bəzi oyunçular mənəvi-psixoloji cəhətdən yorulub, sanki onları heç nə ruhlandırmır, oyunun axarında hansısa radikal dəyişikliyə əl atmaq lazım gələndə tükləri də tərpənmir. Bu irad ilk növbədə Almeyda ilə Miçelə yönəlib. Braziliyalının monoton, bezdirici, rəqib qapısı önündə hərarəti artırmağa yox, sadəcə, top dığırlatmağa xidmət edən ötürmələri artıq o qədər köhnəlib ki, məhlə komandaları belə buna çarə tapa bilir. Üstəlik “Qarabağ”ın qapısı önündə hansısa müdafiə əməliyyatlarına girişən Riçard qeyri-ixtiyari özü partlayan minaya çevrilir ki, APOEL ikinci qolu vurarkən məhz həmin həqiqətə şahidlik etdik. “Qarabağ”ın oyundakı ən real qol vəziyyətini dəfn edən Zubir və meneri isə yəqin onu heyətinə qatmaq istəməyən APOEL-ə daha lağ etməz. Görünür, yunanlar nəsə bilirmiş. Əslində biz də onu bilirik ki, driblinq, başgicəlləndirən fintlər bir qerə qədər olmalıdı. Sadə oynamaq lazım olanda hoqqabazlıq edənin yeri futbol meydançası yox, sirkdi!
Ədalət naminə etiraf etmək lazımdı ki, “Qarabağ”ın oyunboyu müəyyən təhlükəli-qol vəziyyətləri oldu. Yuxarıda xatırlatdığım Zubirlə yanaşı, Almeyda, Kintana və Slavçev də fərqlənə bilərdi. Özü də bolqarın iki belə şansı oldu. Amma onun hər oyunda ən azı iki qol imkanını boşa verdiyini nəzərə alsaq, personasını xüsusi şəkildə dartışmağa dəyməz. Ümumiyyətlə, adlar üzərində çox dayanmadan belə acı məğlubiyyəti şərtləndirən əsaslara toxunmaq yaxşıdı.
Çox təəssüf ki, Tomas Dollun oyunçularına verdiyi motivasiyanı Qurban Qurbanov verə bilməmişdi. O, alman məşqçinin gəlişi ilə dəyişən rəqibin canlanmasına hazır deyildi, B planı və qəfil taktiki gedişləri yox idi. Şəxsən mən çox ümid edirdim ki, Qurban bəy fasilədə - paltardəyişmə otağında futbolçularla ciddi söhbət edəcək və acı sonu önləmək mümkün olacaq. Amma ikinci hissənin ilk 15 dəqiqəsində ildırım kimi çaxan və sönən “Qarabağ” yenidən təşəbbüsü rəqibə verməklə, sadəcə, qapısına vurulacaq ikinci qolu gözləməyə başladı. Təkcə “Qarabağ” yox, baş məşqçisi də gözləyirdi. Amma nəyi? Oyun getmirsə, ilk dəyişikliyi 73-cü dəqiqədə etməyin mənası nədi? Rəqib artıq 61-ci dəqiqədə ikinci qolu vurmaq üçün yarımmüdafiəçini hücumçu ilə əvəzləyir, sən isə hadisələrin yedəyində gedirsən. Müasir futbolda, təəssüf ki, belə boşluqları adama bağışlamırlar. Xırda detallar yığılır və nəticəyə təsir edir, oyunun hesabını müəyyənləşdirir.
Bəli, builki məğlubiyyət ötənilki BATE dərsi ilə müqayisəolunmaz dərəcədə ağırdı. İlk növbədə ona görə ki, “Qarabağ” onda ilk oyunu evdə keçirib, səfərə çıxmışdısa, bu dəfə vətənə ultrasərfəli nəticə ilə dönmüşdü. Amma o nəticə Bakı küləyi ilə birgə “Bəhramov”un üzərindən harasa uçdu.
Srağagün axşam ictimai nəqliyyatda, şəhərin hər yerində “Qarabağ”dan danışan toplum və elə çempionun düşərgəsindəkilər şokdan özünə gəlibsə, məncə, indi bu sualı verməyin əsl vaxtıdı: nə etməli?
Konkret vəzifə Almeydasız oyun modelini hazırlayıb, “Linfild”i devirmək və Avroliqanın qrupuna düşmək olmalıdı ki, bəlkə bununla böyük maliyyə itkisini (ÇL-in pley offuna vəsiqə 5 milyon avro qazandırırdı!) qismən qarşılamaq mümkün olsun. Amma Qurban bəy və komandası üçün ideal bəraət imkanı kimi Avroliqanın qrupundan çıxmağı görürəm. Heç şübhəsiz, Qurban Qurbanov bu ölkənin futbolu və “Qarabağ” üçün çox iş görüb. Yəqin elə buna görə də futbolsevərlər, media onun səhvlərinin üzərində çox dayanmır, hər dəfə şans tanıyırlar. Qurbanov bu məqamın fərqinə varmalı, Azərbaycanın etimadını doğrultmalıdı. Komandasına yeni ideyalar aşılamaqla, “Linfild”i Avroliqadan kənara atmaqla. Sonrakı hədəflərlə bağlı isə danışmağa vaxtımız olacaq.
g http://www.cialisles.com/ cialis.com - honest viagra or cialis for premature ejaculation cialis online pharmacy
and ed meds online without doctor prescription

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar