12 avq 21:37Yazar

İsraildə deyiləcək son söz

“Qarabağ”ın Nikosiyadan qələbə ilə dönməsi hamımızı göyün yeddinci qatına qaldırdı. Qısa müddət ərzində artıq neçənci dəfədi ki, Azərbaycan klublarının yunanları susdurmasının şahidi oluruq. Bu onun göstəricisidi ki, rəqibin bizə münasibəti həlledici məqamdı, bizim futbolçular həmin münasibəti silaha çevirməyi bacarırlar. Heç şübhəsiz, müasir futbolda motivasiya çox vacib amildi. Rəqibə qarşı lazımınca köklənəndə, onu məğlub etmək üçün bütün gücünü meydanda qoyanda bunu bacarırsan. Lap həmin rəqib səndən səviyyəcə qat-qat üstün olsa belə.
Nikosiyada qazanılan qələbə həm də “Neftçi” üçün bir stimul idi. “Qarabağ”la “Neftçi” arasında böyük prinsipin olduğu heç kimə sirr deyil. “Ağ-qaralar”ın ambisiyalı rəhbərliyi “Qarabağ”ın ölkə çempionatındakı hegemonluğuna son qoymaq üçün çalışır. Onlar yaxşı başa düşürlər ki, “köhlən atlar” azarkeşlərin qəlbini təkcə ardıcıl qazandıqları çempionluqlarla fəth etməyiblər. Azərbaycanlı azarkeşlər üçün Avropada qazanılan qələbələr çox vacib məqamdı. “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə yüksəlməyə başlayandan ona könül verənlərin sırası genişlənməyə başladı. Artıq o zirvələr aşılıb, “Qarabağ” pley-offda uduzan bəxtsiz komandadan qrup mərhələsinin daimi iştirakçısına çevrilib. Elə bu səbəbdən də indi Azərbaycanın ən ucqar kəndində belə “Qarabağ”ı sevən, ona azarkeşlik edən şəxs tapmaq olar. Özü də bir deyil, beş deyil. “Neftçi” 2012-ci ildə cığıraçan rolunu oynayıb, avrokuboklarda qruplara yüksələn ilk Azərbaycan klubu olsa da, o zamandan bəri qitəmiqyaslı yarışlarda uğura həsrətdi. İndi təkcə “Qarabağ” yox, “Qəbələ” də bu göstəriciyə görə “Neftçi”ni qabaqlayır. Bu geriliyi aradan qaldırmaq üçün isə Avropa Liqasının qrup mərhələsinə yüksəlmək əsas şərtdi. Qrup mərhələsində iştirak “Neftçi”nin zədələnmiş imicinin bərpasında böyük rol oynamaqla yanaşı, kluba həm də yaxşı pul qazandıracaq. Bunun da sayəsində büdcəni artırmaq mümkündü.
Məsələnin başqa tərəfi Roberto Bordinlə Qurban Qurbanov arasındakı haqq-hesabdı. Sözün yaxşı mənasında. Söhbət heç də italyan məşqçinin Qurban bəyə düşmən olmasından getmir. Məsələ ondadı ki, Bordin hələ “Şerif”i çalışdırarkən yolu Qurbanovla kəsişib və “Qarabağ” onun komandasını avrokuboklardan uzaqlaşdırıb. Üstəlik, Bordinli “Neftçi” ötən mövsüm yenə də Qurbanovun “Qarabağ”ına uduzdu, çempion olmaq üçün yaxşı şanslara malik olsa da, sonda gülən “köhlən atlar” oldu. Deməli, Bordin Qurbanovdan geri qalmadığını, ondan zəif olmadığını sübut etmək üçün hələ də alışıb-yanır. Azərbaycan premyer-liqasındakı rəqabət öz yerində, bu prinsip avrokuboklarda da davam edir. Özü də həmin prinsipin olması elə Azərbaycan futbolunun da xeyrinədi. İki klubumuz bir-birinin bəhsinə avrokuboklarda qrup mərhələsinə yüksəlsə, hamımızı sevindirməzmi? Belə bir uğur həm də “Qəbələ”nin zəifləməsindən sonra UEFA-nın reytinq cədvəlində itirdiyimiz mövqelərin geri qaytarılmasına, müsbət imicimizin formalaşmasına fayda verər.
Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın Nikosiyadakı qələbəsinin “Neftçi” üçün əlavə stimul olacağını, “ağ-qaralar”ın “Bney Yehuda” ilə oyuna daha yaxşı köklənəcəyini düşünürdüm. Bəlkə də köklənmişdilər. Amma İsrail təmsilçisi bəzi həmkarlarımın və azarkeşlərin düşündüyündən daha “bərk qoz” çıxdı. Eyni ssenarini elə həmin “Bney Yehuda” “Simurq”la qarşılaşanda da izləmişdik. Futbol tariximizdə belə nümunələr onsuz da yetərincədi. “Bakı”nın başına Sloveniya təmsilçisi “Mura” nə oyunlar açmışdı?! Yaxud da “Xəzər Lənkəran” Moldova “Olimpiya”sıyla qarşılaşanda rəqibə “kənd komandası” adını yapışdırıb, “gəmiçilər”i növbəti mərhələdə gördüyümüz günləri də unutmamışıq. Bütün bunları nəzərə alanda “Neftçi”nin “Bney Yehuda” ilə görüşə daha ciddi hazırlaşacağını, Roberto Bordinin gecə-gündüz rəqibi incələyib, ona qarşı taktiki hiylələr düşünəcəyini gözləmək olardı. Amma “Bakcell Arena”da reallaşan görüşün xüsusən ilk yarısı bütün gözləntiləri alt-üst etdi. “Neftçi” rəqibin əks-hücumlarına da, yerdə yatıb qalmasına da hazır görünmədi. Sanki Bordin bu görüşə B planı olmadan çıxmışdı.
Tənqid tonlarını xeyli tündləşdirməyin, Bordini və onun meydana buraxdığı futbolçuları asıb-kəsməyin əleyhinəyəm. Sözün düzü, vəziyyət də o qədər faciəvi deyil, ümidsiz olmağa ciddi səbəblər yoxdu. Rəqibin də gücü ortadadı, “Neftçi”nin də. “Arsenal” üzərində qələbələr, “Separantsa”nın darmadağın edilməsi “Neftçi”nin böyük potensialının olmasından xəbər verir. Yetər ki, baş məşqçi bu potensialdan düzgün yararlansın, komanda rəqibini də qiymətləndirsin. “Neftçi”nin “Arsenal”la oyunlarında çox vacib bir tendensiya vardi. Həm Tulada, həm də Bakıda “Neftçi” kritik məqamlarda qol vurdu. Tuladakı oyunda rəqibin futbolçuları bir ayağı ilə paltardəyişmə otağında olanda Dario onların qapı torunu silkələdi. Bakıda isə oyunun son dəqiqələrində iki qol vurduq, hesabı darmadağın həddinə çatdırdıq. Sevindirici haldı ki, həmin tendensiya “Bney Yehuda” ilə oyunlarda da davam etdi. Jozef-Monrozun qolu fasilə ərəfəsində gəldi və hesab arasındakı fərq azaldı. Bu qol psixoloji baxımdan bizə üstünlük qazandırdı, rəqibi yerdə yatmağa, anti-futbol elementlərinə əl atmağa məcbur etdi. Namiq isə fransız hakimin final fitindən saniyələr öncə fərqləndi. Həm məğlubiyyətdən qaçdıq, həm də cabab görüşü üçün ümidləndik.
Düzdü, məhsuldar heç-heçə rəqibin işinə yarayır, yəhudiləri favoritə çevirir. Amma ümidlərimiz tükənməyib, Namiqin qolunun davamını səfərdə gətirmək olar. “Neftçi” bu rəqibdən güclüdü, qalır həmin gücün əməldə isbat olunmasına. Heç şübhə etmirəm ki, bu cütdə son sözü deyən “Neftçi” olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar