09 avq 12:31Yazar

Döyüş bitib, müharibə yox!

“Qarabağ” Nikosiyadan özünə yaraşan, adına layiq nəticə ilə dönür. Gözümüzün önündə ardıcıl altı dəfə çempion olan bir komandanın gücünü bilsək də, dəfələrlə yaşıl meydanlardakı qəhrəmanlıqlarını görsək də, gizlətmək lazım deyil ki, içimizdə həm də bir narahatlıq var idi. Şəxsən mən APOEL-in əvvəlki mərhələdə “Sutyeska” ilə oyununa baxmışdım və yunanların ifasında qeyri-adi nəsə görməmişdim. “Qarabağ”ın bu komandadan heç nədə geri qalmadığına əmin idim. Sadəcə, yuxarıda vurğuladığım narahatlığı doğuran məqamlar futboldan kənar qatda gizlənirdi. Yunanların hər cür təxribata əl atacağından, bunun isə “Qarabağ”ın oyunçularının psixoloji durumuna mümkün təsirindən çəkinirdim. Şükür Allaha, ilk oyun geridə qaldı və indi nələrisə təhlil edə-edə, amma zərrəcə eyforiyaya qapılmadan cavab görüşünə hazırlaşmaq lazımdı.
Gözlənilən start təzyiqini nəzərə almasaq, meydan sahibləri əlahiddə nəsə göstərmədi. Düzdü, meydanın bizə aid hissəsində gərginlik hiss olunurdu, bəzən ağdamlılar ardıcıl bir neçə dəqiq ötürmə verə bilmirdi. Hətta ayrı-ayrı oyunçuların fərqli təsir bağışlamasından, məsələn, Almeydanın lazımi səviyyədə olmamasından və ya Slavçevin Ozobiçi eyni şəkildə əvəzləyə bilməməsindən danışmaq mümkündü. Amma bütün bu məqamlar heç də APOEL-in “Qarabağ”dan güclü komanda olduğunu deməyə əsas vermir. Əksinə, “Qarabağ”ın oyunçuları bir az daha cəsarətli olsaydı, imkanları daha yaxşı dəyərləndirə bilsəydi, cütün qalibi elə Nikosiyada bilinəcəkdi. Son saniyələrdə gələn qol olmasaydı, demək olar ki, bilinmişdi...
...Məhz bu son saniyə qolu rəqibi necə ümidləndiribsə, Bakıda mübarizənin axarını dəyişməyin mümkünlüyündən dəm vururlar. Tanış ssenaridi, sadəcə, ifaçılar dəyişib: “Qarabağ”ın əvvəlki mərhələdəki rəqiblərindən “Partizani”nin də, “Dandolk”un da oyunçuları, rəhbərləri eyni üsluba üstünlük vermişdilər. Açığı, bu, qumarda zəif xalı olan rəqibin “31” önündə blef etməsinə bənzəyir. Amma unudurlar ki, “Qarabağ” artıq avrokuboklarda 110-a yaxın oyun keçirib, belə üsluba, davranış tərzinə öyrəşib. Komanda, ayrı-ayrı futbolçular baxımından səviyyəcə üstün deyilsənsə, nəyə ümid edirsən? Səmavi qüvvələrə?
Əlbəttə, bütün bu məqamlar və ilk oyunun nəticəsi “Qarabağ” düşərgəsini eyforiyaya salmamalıdı. Növbəti mərhələyə adlmaq, ən azı Avroliqanın qrupuna düşmək baxımından böyük addım atılsa da, bu, həlledici addım deyil. Həmin addımı növbəti çərşənbə axşamı - əminəm ki, dolu tribunalar önündə! – atmaq lazım gələcək. Sonrası haqda isə danışmağa dəyməz. Püşk “Qarabağ”a münasibətdə rəhmsiz davransa da, PAOK – “Ayaks” duelindəki ilk oyunun nəticəsi hələ heç nəyin aydınlaşmadığını göstərdi. Yüzdəyüz əminəm ki, Avroliqanın qrupuna düşəndən sonra hətta “Ayaks”ı da təəccübləndirmək olar. Bu artıq Çempionlar Liqasının son mövsümündə xarüqələr yaradan komanda deyil, bir çox ulduzu ilə vidalaşdığından, PAOK önündə çətinlik çəkir. Həmin PAOK-u isə “Qarabağ” həm səfərdə, həm də evdə məğlub etmişdi. Əlbəttə, indi dediyim formal məntiqdən başqa bir şey deyil. Ona qalsa, bütün statistik məqamlar “Qarabağ”ın APOEL-i keçəcəyindən xəbər verir. Amma tələsməyək və eyforiyaya qapılmayaq. Əvvəlcə APOEL-in işini bitirmək, sonra isə “Ayaks”, yoxsa PAOK ilə qarşılaşmaq daha münasibdi” sualı üzərində düşünmək lazımdı. Bizim siyasətçilərin Qarabağ münaqişəsi ilə bağlı çox tez-tez işlətdiyi bir ifadəni təkrarlamaq istəyirəm: döyüş bitib, müharibə yox!
pray comment closely cheap viagra usa without prescription clearly register
totally master ultimately viagra pills true strength last
food http://viacheapusa.com/ seriously necessary http://viacheapusa.com/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar