07 apr 22:14Yazar

Niyə əsəbləşirsiz?

Niyə əsəbləşirsiz?
Şəffaf – gündəlik həyatda ən çox maye, dəqiq desəm, suya aid etdiyimiz sözdü. Sinonimi təmiz, saf, pak deməkdi, bunu baxça illərindən bilirik. Yəni futbol çevrəsində bu sözü nəyəsə aid etmək çətindi. Məsələn, top şəffaf ola bilməz, elə meydança da onun kimi. Futbolçunun özü də, geydiyi mayka və getr də şəffaf olmur. Ağlımız kəsəndən futbol və şəffaf sözlərinin yanaşı işləndiyini görməmişik. Yenə də “Neftçi”nin hazırkı rəhbərliyi sağ olsun, iş başına keçəndən sonra hər iradın qarşısına “şəffaf”ı dürtməklə söhbəti bağlamağa çalışırlar. Ən yaxşı bəhanədi, çıxış yoludu. “Biz bura şəffaflığı bərpa etmək üçün gəlmişik” açıqlamasının qarşısına kim əks-arqument qoya bilər? İstənilən uğursuzluğu ört-basdır etmək üçün ən sadə yoldu. Çingiz Abdullayevə hansısa fiasko ilə bağlı sual versən, futbolu bir kənara qoyub şəffaflıqdan, marketinq və menecmentdən, muzey və fan-şopdan danışacaq. Yəni adamların futbol savadı budu. Kluba uğur qazanmaq üçün yox, xərclənən pullara nəzarət etmək üçün gəliblər. Tam iki ildi eyni mənzərədi, eyni sözləri eşitməkdəyik. Belədə nəyə təəccüblənir, niyə əsəbləşirsiz? Əsas odu, klubda şəffaflıq var, ayrılan pullar düzgün istiqamətə xərclənir. Sponsor demir ki, niyə çempion ola bilmədiz, niyə “Sumqayıt”a uduzduz, transferlərə 2 milyon xərcləyib niyə titulsuz qaldız? İnanın, bu sualları verən yoxdu. Olsaydı, ölkənin ən yaşlı komandasının ardıcıl üçüncü mövsümü titulsuz başa vurmasına görə Müşahidə Şurasının üzvlərinin hamısı ordan kənarlaşdırılardı. Ki, şəffaflıq olsaydı, uğur da qazanılardı. Ona görə də nəticəni, titulu boş verin. Özlərinin vecinə deyilsə, siz niyə ağlayırsız? “Neftçi”ni düşünən olsaydılar, özləri çoxdan gedərdi.
Getmək dedim, yadıma gedənlər düşdü. Çingiz Abdullayev hardadı? Təyinat aldığı ilk dönəmlərdə “jurnalistlərin dostuyam” deyən xalq yazıçısını soruşuram. “Qarabağ”la “Neftçi”nin Suraxanıdakı oyunundan sonra mətbuat nümayəndələrinə “yazuz da, nöş yazmırsuz” sualını verən ucaboy rəhbəri görən olub? Yanında o vaxtkı icraçı direktor Elnur Məmmədovla şuranın üzvü Bəhram Bağırzadə olardı. Həmişə də sol tərəfində şuranın bir başqa üzvü Zaur Qəhrəmanov dayanıb xoşagəlməz sual verən jurnalistə tərs-tərs baxardı. Abdullayev “Neftçi”nin keçmişini yada salar, gələcəyindən xəyallar qurar, səhmlərdən, sponsorlardan, azarkeşlərdən danışardı. Elnur Məmmədov da şefin hər atmacasından sonra iztehza ilə gülərdi. Üzlərində “tələsməyin, gör “Neftçi”ylə nələr edəcəyik” ifadəsi vardı bu insanların. İndi yoxdular, yoxa çıxıblar. İndiki icraçı direktor Orxan Hüseynzadə də yazıçının siyasətini uğurla davam etdirir. Nə ortalıqda görünür, nə mətbuata açıqlama verir, nə də xoşagəlməz hadisələr zamanı mövqeyini ortaya qoyur. Onlara danışmaq, vacib məsələyə açıqlama vermək maraqlı deyil. Nəyə təəccüblənir, niyə əsəbləşirsiz?
“Qarabağ”la oyundan sonrakı mətbuat konfransında Elxan Abdullayevin dedikləri gündəm yaradıb. Bəli, bir baş məşqçinin o cür davranması, azarkeşlərin ünvanına o sözləri işlətməsi absurddu. Katalin Tiranın Nurlan Əzizi vurması qədər faciəvidi. Azarkeşə xoşagəlməz münasibətə görə həmin Tiranı “Neftçi”dən qovan Abdullayevdi bu. İndi nə oldu? Tiranın haqlı olduğunu anladı, yoxsa məqsədi bəhanə yaranmışkən rumını yola salıb yerinə istədiyi futbolçunu gətirmək idi? Hər nə isə, Elxan Abdullayev “Forza Neftçi”liləri azarkeş saymıram” deməklə boyundan böyük səhvə yol verdi. Bilirsiz niyə belə edir, o cür danışır? Adam elə həmin mətbuat konfransında hər şeyi çılpaqlığı ilə ortaya qoydu. “Neftçi”yə gətiriləndə rəhbərlik qarşısına konkret hədəf qoymayıb, yəni yekun nəticələrə görə narahat deyil. Çünki məsuliyyət daşımır. Qış fasiləsində komandaya cəlb etdiyi 7 legioner və 2 milli üzvünün qarşılığında ona “çalış, vəziyyəti düzəlt” tapşırığı verilib. Yaxşı dərk edir ki, başqa klublarda bu sayda transfer edən baş məşqçini mükafatçı yerlərdən birini tutmadığına görə bir dəqiqə də saxlamazlar, amma ona dəyən olmayacaq. Çünki verəcək tutarlı cavabı var: “deməmişdiz vəziyyəti düzəlt, mən gələndə komanda 7-ci yerdəydi, mən 6-cı pilləyə qaldırdım”. Heç kim ağzını açıb söz deyə bilməz. Adamın dediyində həqiqət var. Odu ki, Elxan Abdullayevin həmkarım Amala yol göstərməsinə, “forza”lıları azarkeş saymamasına təəccüblənməyin. Belə şeylər indiki “Neftçi”də normaldı. Əsas odu, şəffaflıq var.
Adamlar klubun azarkeşlərlə əlaqələndiricisini heç bir tutarlı əsas olmadan işindən kənarlaşdırılır. Məlum olur ki, “bundan sonra əlaqələndiriciyə ehtiyacımız yoxdu” açıqlamasının arxasında Kənanın azarkeşləri susdura bilməməsi durur. Anlaşılan dildə desəm, Hənifəyevə maaş verirmişlər ki, azarkeşlər “istefa” qışqırmasın, futbolçuları, məşqçiləri söyməsin. Bu da şəffaflığın başqa növüdü. Bütün bu yaşananlardan, deyilənlərdən, göstərilən münasibətdən sonra “Neftçi”sevərlərin əsəbləşməsi əbəsdi. Tribunaya qalxıb “Neftçi, Neftçi” hayqıran azarkeşlərin zəhməti hədərdi. Bir çıxış yol var, o da sponsorların “ayılması”. Ardıcıl 3-cü mövsümün titulsuz başa vurulmasının, komandanın klub tarixində ən çox yenilgi ilə üzləşməsinin, “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətin, “Sumqayıt”a bir mövsümdə 3 yenilginin, yubiley tədbiri günündə 0:2 hesablı “hədiyyənin”, mövsüm ərzində cəlb olunan 15 legionerlə mükafatçı yerlərdən birinin tutulmamasının, Araz Abdullayev, Elşən Abdullayev, Elvin Yunuszadə, Mirhüseyn Seyidov kimi klub yetirmələrinin “Neftçi”dən uzaqlaş(dırıl)masının hesabatı tələb olunmayana qədər heç nə dəyişməyəcək. Ona görə də boşuna əsəbləşməyin. Oturub, günün çıxacağı o xoş günü gözləyin...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar