18 iy 17:21Yazar

Bu da sənin üçün tortun üstündəki albalı!

Gizlətmək lazım deyil ki, dünənki cavab görüşü ərəfəsində “Qarabağ” düşərgəsində müəyyən gərginlik hiss olunurdu. Həm 0:0-ın gətirdiyi bəlli mənəvi-psixoloji gərginlik, həm ilk oyunda ciddi təhlükəli vəziyyətlərin yaradılmaması, həm də “Partizani”nin düşərgəsindən az qala hər gün eşidilən inamlı açıqlamalar fonunda Azərbaycan çempionunun necə təsir bağışlayacağl böyük maraqla gözlənilirdi ki, şükür Allaha, ağdamlılar bu yükün altından üzüağ çıxmaqla futbol ictimamiyyətini növbəti qələbələrə ümidləndirdilər. Hə, bu arada Gerye ilə bağlı məlum olay da yaşandı ki, həmin məsələdə günahı yalnız haitilinin üstünə atmaq ədalətsizlik olardı. Quru kişi sözünə görə adamın adı Çempionlar Liqası üçün iştirak ərizəsinə salmaq, sonra da tələm-tələsik transferlər həyata keçirmək peşəkarlıq prinsiplərinə nə dərəcədə uyğundu – “Qarabağ”ın qələbə günündə bu mövzuda müzakirəni dərinləşdirib, kefləri pozmaq istəmirəm. Amma yəqin ki, nə demək istədiyimi anladız.
Ötən oyundan sonra yazmışdım, bu gün bir daha təkrarlayıram ki, artıq “Qarabağ”ın oyununda həmişəkindən fərqli yaradıcılığa, eyni zamanda sürətə, tempə ehtiyac var. Tiranadakı 90 dəqiqənin ardından Bakıda da eyni oyun üslubu heç bir nəticə vermədi. Amma Almeydanın yerində ötürməsi, Ayltonun yerində asması və rəqibin işi bitdi. Bax, biz “Qarabağ”dan belə qeyri-standart, rəqibin “oxuya” bilməyəcəyi gedişlər gözləyirik. Yoxsa meydanboyu topu dığırladıb, intəhasız sonluğa qədər rəqibin müdafiəsində boşluqlar axtarmaq bir çox hallarda nəticəsiz qalır. Bunu ötən mövsüm dəfələrlə gördük, bu mövsüm də görməkdəyik.
Açığı, mən Qurban Qurbanovdan da inqilabi qərarlar gözləyirəm və düşünürəm ki, haqlıyam. Əslində Mahirlə Daninin ehtiyatda qalması, komandanın meydana nominal hücumçusuz çıxması hansısa mənada inqilab idi. Araz bir o qədər ümidləri doğrultmasa da, Xayme yetərincə fəal idi və zaman-zaman rəqib qapısı önündə gərginlik yarada bilirdi. Qurban bəyin uzatma dəqiqələrində meydana buraxdığı Kintananın dərhal fərqlənməsi isə yəqin məşqçi intuisiyasının bir cilvəsi idi.
Hərçənd buna qədər matçı tribunalardan və ekran önündən izləyənlərin ürəyi ağzına gəlmişdi. Ardıcıl künc zərbələrinə baxanda qeyri-ixtiyari yadıma 2016-cı ilin “Viktoriya” ilə ev oyunu düşürdü. Onda da Çexiyadan 0:0 ilə dönən ağdamlılar son dəqiqələrə 1:0 hesabı ilə girmiş və rəqibin 85-ci dəqiqədə vurduğu mənasız qol “Qarabağ”ın Çempionlar Liqasının pley-offuna yolunu bağlamışdı. Üzüntü içində boğulmuşduq...
İndi isə zəhlətökən rəqiblərdən biri digəri ilə əvəzlənir. Təsəvvür edin ki, “Riqa” ilə “Dandolk” 210 dəqiqə ərzində bir-birinin qapısına yol tapa bilmədi və hələ ardından 7 penaltini də yerinə yetirdilər. Çox güman, alban “partizanlar” kimi, irlandiyalılar da “Qarabağ” önündə “ikinci skripka” rolunu oynayacaq. Amma indi bizimkilər üçün daha münasib durum yaranıb. Bir tərəfdən komanda yavaş-yavaş formaya düşürsə, digər tərəfdən yeni transferlər həm rəqabəti, həm də Qurbanovun seçim imkanını artıracaq. Kəsəsi, “Partizani”dən cavab qurtarmağımıza sevinib, növbəti qələbələrin planlarını qurmaq lazımdı.
Hə, bu məqamda “Partizani”nin baş direktoru Olsi Ramanın komandasının ilk oyunda fərqlənə bilməməsinə işarə ilə dediyi “hər şey yaxşıydı, bircə tortun üstündə albalı çatmadı” ifadəsini xatırlamamaq olmur. Olsi qardaş, bu da dediyiniz albalı! Başqa nəsə istəmirsiz?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar