17 iy 09:49Yazar

“Qarabağ” niyə bu mərhələni keçməlidi?

...İş elə gətirib ki, sabahkı oyun ərəfəsində 0:0-dan başqa “Partizani”nin tərəfində olan hansısa dəlil yoxdu. İstər komanda oyunu, istər ayrı-ayrı oyunçuların ustalıq səviyyəsi, istər baş məşqçi, istərsə də azarkeş və büdcə amili olsun. İki komandanın avrokubok təcrübəsini isə müqayisə etməyə dəyməz. Çünki belədə önümüzdə Davidlə Qoliafdan başqa bir şey görməyəcəyik.
Hə, bu 0:0-ın psixoloji yükü isə hədsiz ağırdı. Əlbəttə, 0:0 istənilən məğlubiyyət hesabından yaxşıdı, amma eyni zamanda istənilən məhsuldar heç-heçədən də pisdi. Məsələn, ağdamlılar vətənə 1:1 və ya 2:2 ilə dönsəydi, indi biz daha böyük həvəslə onların növbəti mərhələ imkanlarını müzakirəyə çıxarar, hətta bəlkə üçüncü mərhələ üçün rəqib axtarardıq. Amma nə olubsa, olub, daha doğrusu, olan olub və “Qarabağ”ın – baş məşqçi Qurban Qurbanovla yetirmələrinin mərhələni adlamaq üçün bütün bacarığını ortaya qoymaqdan başqa yolu yoxdu.
Gizlətmək lazım deyil; 0:0 o deməkdi ki, ilk dəqiqələrdən nəticəyə görə həyəcan keçirən, təlaşlanan tərəf məhz “Qarabağ” olacaq. Alban “partizanlar”ın itirəsi heç nəyi yoxdu. Onlar artıq minimum vəzifənin – evdə qol buraxmamağın öhdəsindən gəlibllər və hisslərini gizlətməyə çalışsalar da, açıq-aydın görünür ki, növbəti qəhrəmanlığın izindədilər. Qolsuz ötən hər dəqiqə albanları daha da ruhlandıracaq, onlarda özünəinam hissini və yekun nəticə ilə bağlı nikbinliyi artıracaq. Bütün bunları yazmaqda yeganə hədəfim odu ki, cavab görüşü ərəfəsindəki real durumu futbol ictimaiyyətinə anladım. Təbii, mən də “Qarabağ”ın ən azı bu mərhələni keçməsini, azərbaycanlı azarkeşlərin Çempionlar Liqası xəyallarının mümkün qədər çox yaşamasını cani-könüldən arzulayanlardanam. Özü də bunun üçün hər cür faktiki əsas var. Komandalar arasındakı səviyyə fərqi ilə bağlı fikirləri yuxarıda az-çox açıqladım. Yəqin çoxlarının heç fərqində olmadığı və ya sadəcə, unutduğu daha bir məqam var. Məhz bu gün “Qarabağ”ın Avropanın fəthi ilə müşayiət olunan əzəmətli yürüşünün startından düz 10 il keçir. Məhz 2009-cu ilin bü günündə Qurban Qurbanovun “Qarabağ”ı Tronheymdə “Rusenborq”un önündə qapısını toxunulmaz saxlamaqla qoca Avropaya “mən də varam!” mesajını göndərməyə başlamışdı. Dastanın sonrası hamıya bəllidi - unudulmaz və şirin qələbələr, “İnter”lə oyundakına bənzər azacıq məyusluqlar, “Tofiq Bəhramov”un, Bakı Olimpiya Stadionunun dolu tribunaları, bir futbol azarkeşinin yaşaya biləcəyi emosiyaların ən üst səviyyəsi. Amma həm də bütün bu şəkli əlamətlərin fonunda parlayan çılpaq həqiqət! Azərbaycanlı futbolçuların və Azərbaycan klublarının futbol oynaya bilməməsi ilə bağlı formalaşan və illərlə daşlaşan təsəvvürləri məhz Qurban Qurbanov çox qısa zaman kəsiyində darmağın etməyi, avrokubok oyunlarını ürək ağrısı ilə izləyən azarkeşləri tribunalara qaytarmağı bacardı. Bəli, “Qarabağ”ın oyun günlərində ölkəboyu ajiotaj yaşanmasında, hər kəsin silkələnməsində adın da böyük rolu var. Qarabağ 30 ildi içimizi göynədən yara, güclü Azərbaycanın varlığını istəməyən böyük güclərin başımıza hördüyü kələfdi. Bu kələfi nə qədər tez açıb bir kənara tullasaq, gələcək nəsillərə də eyni əzabı yaşatmasaq, bir o qədər xeyirdi. “Qarabağ” həm də Qarabağı özünkü görmək istəyən azərbaycanlı azarkeşlərin qəlbində əkdiyi, qanı ilə suvardığı, yavaş-yavaş qol-budaq açan, çiçəklənən ağacdı. Zəfər yürüşünün onilliyində bu ağacın kökünü qazımaq, o ümidləri dəfn etmək olmaz. Həm də səviyyəcə özündən aşkar geri qalan “partizanlar” tərəfindən. 0:0-ın diqtə etdiyi hansısa acı həqiqətlər, hansısa qorxunc mesajlar ola bilər. Amma bütün bunlar heç bir halda indicə açıqladığım həyat mənzərələrindən, izaholunmaz hisslərdən və ümidlərdən yüksəkdə dayana bilməz. Qurban bəy, bu dediklərimi yetirmələrinizə anladın. Anlatsaz, qolların sayına görə narahat olmayın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar