15 iy 14:09Yazar

Tək Ramazanovla bahar olmadı...

“ASCO Arena”da “Səbail” - “Universitatya” qarşılaşmasını izləyərkən yanımda Rumıniyadan gələn jurnalist əyləşmişdi. Yalan deməyim, ingiliscə elə də yaxşı danışmıram. Amma futbola aid bəzi terminləri bilirəm, bu mənada çulumu sudan çıxarmağı bacarıram. Ona görə də ara-sıra yanımdakı həmkarımla söhbətləşir, rəqibin futbolçuları barədə soruşurdum. Rumıniyalı qonağın kefi yerində idi, hisslərini cilovlamaqda çətinlik çəkir, tez-tez yerindən atılırdı. Xüsusilə də Mateunun 13-cü dəqiqədə vurduğu qolu çılğınlıqla qeyd etdi. Hətta buna görə bizim jurnalistlərdən birinin iradıyla da üzləşdi. Düzdü, adını soruşmadığım rumın jurnalist səhvini dərhal anladı, üzrxahlıq edib, yerinə əyləşdi. Qonaq jurnalistin belə çılğınlığına anlayışla yanaşır, kefini pozmamağa çalışırdım. Adamın komandası qol vurur, qələbə qazanırsa, qoy sevinsin...
Ona işarəylə Karlos Fortesi göstərdim, necə oyunçu olduğunu soruşmağıma bənd idim ki, rumıniyalının ürəyi açıldı. Hələ onda Forteş meydana çıxmamışdı, atletik bədən qurluşuna malik olan portuqaliyalı hücumçu isinmə hərəkətlərini edirdi. Hiss edirdim ki, tezliklə italyan baş məşqçi onu da “döyüşə atacaq”. Mən soruşdum, həmkarım tərifləməyə başladı. Özü də başladı, nə başladı?! Fortesin qiymətini dedi, əvvəllər oynadığı klubları sadaladı, sözlərinə “bu gün o da qol vuracaq” deməklə yekun vurdu. Keçdi digər futbolçulara: “Keliç xorvatiyalıdı, əla futbolçudu. Mixay indi yaşlanıb, amma səviyyəsini göstərir. Boqdan Vetejelu Praqa “Sparta”sında oynayıb, birvaxtlar İngiltərə və İspaniya klubları da onu istəyirdi. Kamer Qaka albandı, ona görə aqressiv oynayır. Qapıçımız italyandı, amma bu gün işi çox olmayacaq. Barbutun gələcəyi irəlidədi, milli komandamızın futbolçusudu. Heyətdə Kot d’İvuardan da legioner var, bu futbolçular “Universitatya”nı Avropa Liqasının qrup mərhələsinə çıxarmalıdılar. Komanda bu mövsüm Rumıniyada çempionluğa oynayacaq”. Həmkarıma diqqətlə qulaq asmağa, xətrinə dəyməməyə çalışırdım. Həm də bu diqqətim ona görə vacib idi ki, onu yaxşı başa düşüm, nə dediyini anlayım. Rumıniyalı jurnalistin sözünü ara-sıra “Universitatya”nın hücumları, qapımız qarşısında yaranan qol vəziyyətləri kəsirdi. Dərhal bütün diqqətini meydana cəmləyir, telefonuna bir-iki şəkil çəkirdi.
Mən nə deyəydim? Deyiləsi sözüm də yox idi. Deyəydim ki, Elvin Yunuszadə ildə iki dəfə klub dəyişə-dəyişə gəlib “Səbail”ə çıxıb, Mirabdulla Abbasov yarım il “Neftçi”də ehtiyatda qalıb, mövsümlərarası fasilənin böyük qismini boşa verib, ordan ayrılmaq üçün uzun müddət əmək və əsəb sərf edib, Bilal Həmdi bu səviyyəli oyunların futbolçusu deyil, Mayk Essyen isə... Essyenlə bağlı nəsə deməyə heç ehtiyac da qalmırdı. Adam meydanın ortasında ləhləməkdən başqa bir şeyə yaramır, yalnız formasının arxasındakı adla kim olduğunu göstərirdi. Başqa heç nə. Bunu elə rumıniyalı həmkarım da yaxşı görürdü, ona görə də qonaq jurnalistə xüsusi nəsə barədə danışmağa gərək də qalmırdı. “Görünən dağın bələdçisi olmaz” deyiblər. Həmkarımın öz futbolçularını təriflədiyi dəqiqələrdə “Səbail” meydanda rəqibdən açıq-aşkar geri qalır, qapımız qarşısında təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. Sözsüz ki, bütün bunları izləmək, doğma meydanda komandamızın uduzmasına şahidlik etmək xoş deyil. Amma elə rumın həmkarımın sadaladığı kimi, səviyyə fərqi, oyunçuların adı-sanı, fərdi ustalığı da ortada idi.
“Səbail”in ehtiyat oyunçularının və məşqçilər korpusunun əyləşdiyi yer media lojasından elə də uzaq olmadığından orda başverənləri yaxşı görür, Aftandil Hacıyevin futbolçularına verdiyi tapşırıqları eşidirdim. Gənc çalışdırıcı həyəcanını boğmağa çalışır, sakit görünürdü. İmkan düşdüksə də Ağabala Ramazanova “boşalma, uşaqları da boşalmağa qoyma” deyirdi. Bəli, boşalmaq olmazdı. Di gəl ki, meydanda boşalanlar, boş-boşuna gəzişənlər, öz mövqeyini itirib boşaldanlar yetərincə idi. Özü də hamısı “Səbail”in heyətində. Mən heç kimin əziyyətini yerə vurmaq, yaxud da kiminsə günahını almaq istəmirəm. Bununla belə, belələrinin olduğunu da deməliyəm. “Səbail”in futbolçuları arasında meydana çıxmazdan əvvəl məğlubiyyəti qəbul edənlər vardı. Çox demirəm, Ağabala Ramazanov kimi qaçan, vuran, mübarizə aparan, lazımi anlarda hakimlərin də gözünün odunu almaqdan çəkinməyən daha 3-4 futbolçu olsaydı, “Səbail” ən azı doğma meydandakı qarşılaşmanı uduzmaz, Azərbaycan üçün önəmli reytinq xalları qazanardı. Ağabalının vurduğu qolun dəqiqəsinə diqqət edək. Rəqib 3-cü qolu vurub, xeyli rahatlaşıb. Oyunun ssenarisi də rumınların evə qələbəylə dönəcəyindən xəbər verir. Son dəqiqələr, isti hava, süni örtük, məğlubiyyəti qəbul etmiş komanda yoldaşları... Təkcə Ağabala dayanmır. Vuruşur, döyüşür, fərqlənir. Özü də oyun ərzində ikinci dəfə. Bir futbolçunun öz komandası üçün fədakarlıq etməsi, məğlubiyyətlə barışmaması elə bu cür də olmalı, özünü göstərməlidi.
Ağabala rumın deyil, “Sparta”dan qayıtmayıb, nə də Portuqaliyada doğulmayıb. Bizdən biridi, Azərbaycan futbolunun yetirməsidi. Onun “Universitatya”ya qarşı sərgilədiyi oyunla qürrələnmək, Ramazanova görə sevinmək olar. Başqa nə edə bilərik? “Səbail” daha böyük fərqlə uduza bilərdi, Ağabalanın fədakarlığı onu bu məğlubiyyətdən xilas etdi. Zəif olsa da, təsəlli tapmağa dəyər. Onsuz da bir güllə bahar olmayacaqdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar