11 iy 17:52Yazar

“Qarabağ”ın debüt halı: qol yox, sual çox!

Abbas Hüseynovun hakimin görmədiyi ofsayd vəziyyətindən qaçaraq penalti nöqtəsi yaxınlığına ötürdüyü topu Ozobiç qola çevirməyəndə bunun oyunda bizimkilər üçün ilk və son təhlükəli vəziyyət olacağını düşünməzdim. Amma zaman göstərdi ki, məhz həmin vəziyyyətə görə təəssüflənməyə dəyərmiş. Təki Bakıda keçiriləcək cavab görüşündən sonra həmin təəssüf ikiqat mislində olmasın!
İstər ayrı-ayrı oyunçuların durumu, istərsə də kollektivin ümumi hazırlığı ilə bağlı çoxlu irad səsləndirmək olar. Xüsusən bütövlükdə inamlı keçirdiyimiz ilk yarıdan sonra oyun canlanan kimi, yəni 50-51-ci dəqiqələrdə albanların üç təhlükəli vəziyyət yaratması, ağdamlıların tədricən təşəbbüsə rəqibə verərək, gücsüz uşaq təsiri bağışlaması şəxsən məni hədsiz məyus etdi. Meydançanın arzuolunmaz durumu, komandaların narın yağış altında mübarizə aparması da “Qarabağ”ın dünənki oyunu ilə bağlı narahatlığı azaldan məqamlardan deyil.
Komanda illərdi söykəndiyi oyun üslubuna sadiqdi. Çox təəssüf ki, qapanan rəqiblərlə oyunlarda bu üslubun əsas özəlliyi – topu özündə saxlamaqla meydanboyu hərəkət etdirmək heç bir işə yaramır. Bir komandanın oyunu yalnız “oxunan” ötürmələrdən ibarətdisə, avantüra və qapıya zərbələr qətiyyən yoxdusa, onda hansısa uğura ümid etməyə dəyməz. Gəlin, açıq etiraf edək: “Qarabağ”ın düzxətli, monoton oyunu bəzən adamı o qədər bezdirir ki, sadəcə, televizoru söndürüb, bir kənara çəkilmək istəyirsən.
Dünənki qolsuz və inamsız oyundan sonra “Qarabağ”ı heç bəyənməyənlərin də əlində yalnız bir dəlil (təbii ki, buna tutarqa demək olmaz) var: ağdamlılar həmişə avrokubok tsiklinə belə başlayır və oyundan-oyuna “artırır”. Bu fikrin müəllifləri onu da unutmasınlar ki, ağdamlılar ildən-ilə mərhələ adlamaqda daha çox əziyyət çəkir. Məsələn, ötən il “Olimpiya” önündə çətinlik çəksələr də, səfərdən, heç olmasa, Geryenin (bu adı yadda saxlayın!) qolu ilə qələbəylə qayıtmışdılar. Avrokubok duelləri üçün səfərdəki 1:0 ilə 0:0-ın nə qədər fərqli məna daşıdığını izah etməyə ehtiyac duymuram. Lap tutaq ki, “Qarabağ” “Partizani”ni birtəhər keçdi. Bəs növbəti mərhələlərdə necə olacaq? Yenə hücumda fikri göylərdə, daha doğrusu, transfer təkliflərinin yanında olan Mahir soyadsızın ümidinə qalacaq?
Gerye ilə bağlı məsələ də başqa yazının mövzusudu. Hələ də bilinmir ki, haitili oğlan “Qarabağ”dan ayrılıb, yoxsa bu komandanın oyunçusudu... Dünən onun yoxluğunda əziyyət çəkən Maksimə baxa-baxa düşünürdüm ki, Geryenin altıqat Azərbaycan çempionu ilə belə saymazyana davranmaq haqqı varmı? Amma bu sualın əksini də düşünək: altıqat ölkə çempionu belə qeyri-ciddi adamla işbirliyini davam etdirməyə məcburdumu?
Kəsəsi, dünənki oyundan sonra tam bir sual labirintinə düşmüşəm. Güman edirəm ki, “Qarabağ”ın gələn həftə məni labirintdən çıxarmağa gücü çatacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar