08 iy 12:16Yazar

Ya Hasan, ay Hüseyn...

Daşkəsən rayonunun sakini Məhəmməd Əsgərov Azərbaycan futbol ailəsinin 80 mininci üzvü idi. AFFA 2015-ci ilin aprelində bizi bu xəbərlə müjdələmişdi. Biz də toy-bayram etmişdik ki, məmləkətdə 80 min nəfər futbolla məşğul olur. Həmin şad xəbərdə qeyd olunurdu ki, Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərov bizim futbol ailəsinin 80000-ci üzvü olmaq xoşbəxtliyini yaşayıb. Deməli, iyulun 1-də Məhəmmədin 17 yaşı tamam oldu. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm. Kürdəmir rayonunun Mürtülü kəndini təmsil edən “Mürtülü” komandasının üzvü Məhəmməd Vahid oğlu Seyidli isə daşkəsənli adaşına nisbətən daha şanslı idi. Onun adı AFFA-nın qeydiyyat sisteminə 100 mininci futbolçu kimi düşmüşdü. Razılaşın ki, 100 min rəqəm olaraq 80 mindən daha gurultulu səslənir, yaddaqalan olur. 80 mininci və 100 mininci futbolçularımızın adaş olması AFFA-nın qeydiyyat sisteminin maraqlı tərəflərindən biri idi.
Mayın 14-də kürdəmirli Məhəmməd 14 yaşını tamamlayıb. Region Liqasında iştirak edən “Şərur” (Naxçıvan) komandasının futbolçusu Babayev Mahir Elsevər oğlunu AFFA bizə futbol ailəsinin 130 mininci üzvü kimi təqdim etmişdi. Bu əlamətdar hadisə 2018-ci il yanvarın 26-na təsadüf etmişdi. Heç şübhə etmirəm ki, şərurlu Mahir həmin ərəfədə dost-tanışından xeyli təbrik alıb. Mahirə ünvanlanan təbriklərdən cəmi 4 ay, 4 gün sonra futbolumuzda daha bir əlamətdar hadisə yaşandı. Bəli, sürətli inkişafımız əməlli-başlı fontan vururdu. Heç şübhə etmirəm ki, belə sürətli inkişafa görə biz Qərbi Avropa ölkələrini geridə qoymuşduq, əhalisi qum üstündə futbol oynayan Braziliya ilə yarışa çıxmışdıq. Başqa hansı ölkədə 124 gün ərzində 10 min yeni futbolçu qeydə alına bilər? Yalnız Azərbaycanda! Bəli, 2018-ci il mayın 30-da Azərbaycan futbol ailəsinə 140 mininci üzv qəbul olundu. Füzuli rayon M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyanın 7-cı sinif şagirdi Zahir Zakir oğlu Əliyev həmin xoşbəxt azərbaycanlı idi.
Yerimizdə saya bilməzdik. Ona görə də sürətli inkişafımız davam etməli idi. Amma çox güman, AFFA-da əyləşən ixtiyar sahibləri 130 minlə 140 minin arasındakı sürətin çox olduğunun fərqinə vardılar, ona görə də aranı bir qədər səngitdilər. Elə bu səbəbdən də növbəti rəqəmin açıqlanmasını bir qədər yubatdılar, müəyyən fasilə götürdülər. 155 mininci futbolçunun şad xəbərini 2019-cu ilin yanvarına qədər gözləyəsi olduq. Nəhayət, bu sevindirici xəbəri yanvarın 25-də aldıq. 2013-cü il təvəllüdlü Mahmudov Səlim Ayxan oğlu Azərbaycan futbol ailəsinin 155 mininci üzvü oldu və biz də bu şad xəbərdən feyziyab olduq. Maydan yanvara qədər Azərbaycanda 15 min yeni futbolçu qeydə alınıbsa, aylıq normanı tapmaq elə də çətin deyil. Orta hesabla hər ay AFFA 1500-2000 aralığında yeni futbolçu “yetişdirir”. Deməli, yanvardan bəri keçən 6 ayda azı 10 min yeni futbolçumuzun adı qeydiyyata salınıb. Həmin sayı 155 minə əlavə etsək, bu gün üçün Azərbaycanda azı 165 min futbolçu var. Fantastik rəqəmdi, dostlar.
Bu say AFFA-nın futbolumuzun inkişafı üçün gecə-gündüz çalışmasının əyani sübutudu. Amma heç də görülən işlərin hamısı deyil. Daha çətini “milliləşdirmə” prosesidi. İllər öncə Daniel Axtyamov, Murad Hüseynov, Osman Umarov, Məhəmməd Qurbanov və onun Mirzəbəyov soyadlı adaşı vardı. İndi Dmitri Nazarov, Əli Babayev, Aleksey İsayev, Eddi İsrafilov var. Mən hələ aşağı yaş qruplarına çağrılan, sonra isə itib-batan yeniyetmələri, ağzından süd iyi gələn uşaqları, terrorçu şəkli qaldıran Melisanı, Ermənistan klubunda oynamağa razılıq verən Şamili demirəm. Bütün bu futbolçuları tapmaq, onları “azərbaycanlıya çevirmək” üçün sənədlər hazırlamaq, pasport düzəltmək, sonra da UEFA ilə FİFA-nın könlünü xoş etmək sizə asan gəlməsin. Kişilər böyük əziyyət çəkir, futbolumuzu güllü-gülüstana çevirmək üçün böyük ideyaları gerçəkləşdirirlər.
Sevindirici haldı ki, proses dayanmayıb. AFFA-nın futbol ailəsinə bu yaxınlarda daha bir hörmətli qonaq əlavə olunacaq. Türkiyənin Əskişəhər şəhərində doğulan, hazırda “Kayserispor”da çıxış edən Hasan Hüseyn Acar AFFA-dan dəvət alıb, yaxınlarda onu milli komandamızda görə bilərik. Bu xəbəri eşidən kimi o qədər sevinmişəm ki. Bir az cəld tərpənsəydik, Macarıstanla Slovakiyaya biabırçı hesabla uduzmazdıq, qrupda xalsız qalmazdıq. Soyadından göründüyü kimi, Hasan Hüseyn ac futbolçudu, ac olanda özünə bənzəmir. AFFA-ya təklifim odu ki, onu millimizin oyunları günü ac saxlasınlar, aclıq ona güc gəlsin. Sonrası da asan məsələdi. Rəqiblərimiz “ay Hasan, ya Hüseyn” deyib, imdad edəcəklər. Xoş gəlmisən, Hasan Hüseyn Acar. Gəlişinlə bizi çox sevindirdin, ayağın sayalı olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar