08 iy 11:47Yazar

Pulsuzluğun üzü qara olsun!

Srağagün Prezidentin sərəncamı ilə Minskdə keçirilən 2-ci Avropa Oyunlarında yer tutan idmançılar və onların məşqçiləri üçün pul mükafatlarının məbləği müyyənləşib. Belə ki, 1-ci yeri tutan hər idmançı 50 min, məşqçisi 25 min, 2-ci yeri tutan idmançı 30 min, məşqçisi 15 min, 3-cü yeri tutan idmançı 20 min, məşqçisi isə 10 min manat alacaq. Bizimkilərin Minskdə qazandığı 5 qızıl, 10 gümüş və 13 bürünc medalı mükafat məbləğinə vuranda 1 milyon 215 min manat edir. Milli komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcəyini də nəzərə alsaq, dövlət büdcəsindən çıxacaq məbləğ milyonyarımı aşmayacaq. Zahirən oxucuya heç nə deməyən quru rəqəmlərin arxasında çox maraqlı mətləblər dayanır ki, mən bunlardan danışmaq istəyirəm.
Ən maraqlı məqam odu ki, son böyük yarışlardan, yəni Olimpiada, İslamiada və 1-ci Avropa Oyunlarından əvvəl mükafat məbləği açıqlanırdısa, bu dəfə ən yüksək, yəni Prezident sərəncamı səviyyəsində məbləğlər yarış bitəndən sonra açıqlandı. Xatırlayırsızsa, Minsk Oyunları başlamamış Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yer tutacaq Azərbaycan idmançılarının necə mükafatlandırılacağı ilə bağlı sualın cavabında belə demişdi: “Yaxın günlərdə heç bir əlavə sərəncam olmasa, idmançıların mükafatlandırılması Bakıda 2015-ci ildə keçirilən ilk Oyunlarda olduğu kimi qalacaq”.
Bu isə o demək idi ki, 28 medala görə Azərbaycan dövləti 3,3 milyon manat xərcə düşəcəkdi. Göründüyü kimi, məbləğin azaldılması üzündən pula təxminən ikiqat qənaət olunub. Amma mükafat məbləğinin Oyunlardan sonra elan olunması şəxsən məndə belə qənaət yaradır ki, medallar daha çox olacağı təqdirdə mükafat məbləği daha aşağı salına bilərmiş.
Elə bu nöqtədən də ikinci maraqlı məqamın izinə düşürük. MOK, AGİN rəhbərliyi səviyyəsində rəsmən etiraf olunmasa da, idmanın maliyyələşdirilməsi baxımından ciddi problemlər var. Necə deyərlər, pulsuzluğun üzü qara olsun! Amma işlərin məhz bu axara düşə, yəni günlərin birində kasıblığın dövlətimizin qapısını döyə biləcəyini zamanında düşünmək lazım idi, heç nə ilə əsaslandırılmayan, ictimaiyyət arasında ən çaşqın reaksiyalara səbəb olan məbləğlərdən qaçmalıydıq. Təsəvvürlərinizin daha da aydınlaşması üçün yalnız 1-ci Avropa Oyunlarının və 4-cü İslamiadanın qalibləri üçün müəyyənləşdirilən mükafatları xatırladıram. Beləliklə, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qaliblərinə 150, “gümüş” alanlara 80, “bürünc” alanlara isə 50 min manat verilmişdi. Məşqçilərə də uyğun olaraq 75, 40 və 25 min ödənildiyini, eyni zamanda ölkəmizin 56 medal (21 qızıl, 12 gümüş, 20 bürünc) qazandığını nəzərə alsaq, dövlət büdcəsindən həmin vaxt 8 milyondan artıq pul çıxarılmışdı.
Bakıda keçirilən 4-cü İslamiada isə bu mənada daha “faciəvi” olmuşdu. Onda 1-ci yeri tutan idmançı üçün 150, məşqçisi üçün 75, 2-ci yeri tutan idmançı üçün 80, məşqçisi üçün 40, 3-cü yeri tutan idmançı üçün 50, məşqçisi üçün 25 min manat mükafat ayrılmış, 75 qızıl, 50 gümüş, 37 bürünc medal Azərbaycan dövlətinə 25 milyon 650 min manata başa gəlmişdi!
Rəqəmlərin quru axınından da aydın olur ki, milyonlar ağılsızcasına çölə tökülüb və indiki kasıblıq üçün həm MOK-da, həm AGİN-də oturanlar birbaşa məsuliyyət daşıyırlar. Sərəncamı Prezident imzalasa da, ona uyğun bilgiləri əlinin altında çalışanlar, yəni yuxarıda vurğuladığım səlahiyyət sahibləri çatdırırlar. Beləcə aydın olur ki, adamlar Prezidentə, sadəcə, şişirdilmiş rəqəmlər təqdim ediblər.
Təbii ki, ictimaiyyətə idman uğurlarına belə yanaşma daha sərfəlidi. Yəni mükafatlandırma, həvəsləndirmə tədbirləri ölkədəki yaşayış səviyyəsinə az-çox uyğun gəlməli, daha ictimaiyyətin idmana biganə olan təbəqələrini qıcıqlandırmamalıdı. Təəssüf və yenə də çox təəssüf ki, illər uzunu məhz belə olub. AGİN və MOK ölkə başçısına yanlış informasiya, şişirdilmiş rəqəmlər təqdim etməklə idmançılar üçün ağlasığmaz mükafatların ayrılmasına nail olublar. 2015 – 8 milyon, 2017 – 26 milyon, nəhayət, 2019 – milyonyarım. Möhkəm təməl üzərində qurulmayan binanın üzərindən yıxılmaq daha real, ağrımaq, zədə almaq ehtimalın isə yüzdəyüzdü. Bizim idmana rəhbərlik edənlər bax, indi həmin o kardon evin üzərindən yıxılan cocuqlara bənzəyirlər. Ancaq nə edəsən?! Özü yıxılan ağlamaz, dostlar! Pulsuzluq çox pis şeydi. Allah heç kimi çörək ilə sınağa çəkməsin…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar