03 iy 12:19Yazar

Güləş döşəyinə uzanan Azərbaycan idmanı

İkinci Avropa Oyunları da tarixə qovuşdu. Birincisi Bakıda keçirilmişdi və ölkə bayram ab-havası yaşamışdı deyə, bugünlərdə az qala hər addımda müqayisə işə düşür ki, bu da anlaşılandı. Bu yazının içində mən də zaman-zaman müqayisəyə girişəcəm. Amma heç də yarışətrafı məqamlarla bağlı yox. Statistikanın ortaya qoyduğu gerçəklər və legionersiz Azərbaycan idmanının miskin durumu ilə bağlı bəzi deyəcəklərim var. Medal sayı ikiqat azalıb ki, bu məqamın üzərində xüsusi dayanmaq istəmirəm. Onsuz da tarixən Azərbaycan idmançıları (xüsusən də futbolçuları) evdə daha yaxşı təsir bağışlayıb. İdman jurnalistikasının klassiklərinin bu kimi hallarda çox işlətdiyi “evdə divarlar da kömək edir” ifadəsi var və gəlin Bakıda qazanılan 56 medalla Minskdən gətirilən 28 medalı tərəzinin eyni gözünə qoymaq istəyəndə divarların mifik gücünü də unutmayaq.
Amma və lakin... Müqayisə olunası çərçivələr başqadı. Bu 28 medaldan da iki qızıl, iki gümüş, altı bürünc “milliləşdirilən” idmançıların hesabındadı. Yeri gəlmişkən, dəqiq bioqrafiyasını tapa bilmədiyim Abdulla Əl-Maşayxini də özümüzkülərə aid etmişəm. Ərəb köklərinin olduğu görünsə də, hər halda, Bakıda dünyaya gəlib. Əlbəttə, Əl-Maşayxinin kimliyi indi prinsipial məqam deyil. Prinsipial məqam odu ki, 28 medaldan 10-u güləşin və həmin 10 medaldan 6-sı da legionerlərin payına düşür. Təkcə elə bu statistika onu deməyə əsas verir ki, müasir Azərbaycan idmanı zəngin ənənələrə malik, amma bu gün çeşməsinə başqa bulaqlardan gələn suların da qarışdığı güləşin üzərində dayanıb. Təbii ki, zahiri görüntü belədi. Amma 10 medaldan altısını bizim üçün əcnəbilər qazanıbsa, deməli, güləşdəki mövqelərimizi də tədricən əldən veririk.
Mariya Stadnik, Alfonso Dominges, Nurməhəmməd Hacıyev, İrina Zaretska, İrina Kindzerskaya, Hacımurad Hacıyev, Cəmaləddin Məhəmmədov, Alyona Kolesnik, Sabah Şəriəti, Lorenso Sotomayor... Minskdə ölkəmizə medal qazandıran legionerlərin adını bilərəkdən yazıram ki, “milliləşdirmənin” necə geniş vüsət aldığını, daha doğrusu, idmanımızı “qoynuna aldığını” görəsiz. 10 milyonluq, ən müxtəlif növləri inkişaf etdirmək üçən hər cür infrastruktura malik ölkənin idmanını yönəldənlər asan, yəni hər kəsə milli forma geydirməklə necə olur-olsun, medal qazanmaq, bununla da dövlətin ali rəhbərliyindən alqış qazanmaq yolunu tutub. Təfərrüatına varmaq istəməsəm də, deyilənə görə, bu məsələdə ayrı-ayrı adamların şəxsi maraqları, yəni “otkat” oyunları da ön plana çıxır.
Başqa maraqlı məqamlar da var. Güləş, karate, boks, cüdo, sambo və bir də son illərdə inkişaf edən akrobatika. Açıq-aydın görünür ki, bizim idmançılar yenə ancaq fərdi idman növlərində nəsə bacarırlar. Hərçənd bu məqam da yetərincə mübahisəlidi. Məsələn, Rövnəq Abdullayevin sayəsində son illərdə maliyyələşməsində heç bir problem yaşanmayan cüdoçuların vətənə bircə dənə də qızıl gətirməməsi Tokio Olimpiadası ərəfəsində çox qorxunc həyəcan siqnalıdı. Avropa Oyunlarında “qızıl” götürməyən cüdoçularımız sabah nəhənglərin arasında necə baş çıxaracaqlar?
Diqqətimi çəkən başqa bir məqam ilk Avropa Oyunlarında və İslamiadada az qala milyon qazanan, atıcılığı inhisara alan Lunyov ailəsinin (Ruslan, anası İradə Aşumova, şəxsi məşqçisi Vladimir Lunyov, İradə xanımın bacısı qızı Nigar Nəsirova) bu dəfə fiasko ilə üzləşməsidi. Bu nümunə, eləcə də Toğrul Əsgərovun faciəsi onu deməyə əsas verir ki, idmanımızda pulla stimullaşdırma məsələsinə yenidən baxmaq lazımdı. Pulu elə xərcləmək, mükafatı elə paylamaq lazımdı ki, adamlar cızığından çıxmasın, inkişafı dayanmasın, əksinə, yeni qələbələrə ruhlansınlar. Təəssüf ki, ölkəmizdə bu baxımdan çox ciddi problemlər var. Bu gün əksər kriminal, qanlı hesablaşmaların mərkəzində sabiq idmançılar dayanırsa, deməli, maliyyələşmədən daha ciddi, alt qatda gizlənən daha əcaib gerçəklər var.
Əminəm ki, yaxın günlərdə, çox güman, elə bu həftə hörmətli Azad Rəhimov cənabları jurnalistləri başına yığıb, Minskdə qazanılan nəticəni tərifləyəcək, vurğunu Bakıdakı Oyunlarla müqayisənin üzərinə salmaqla, hər halda, idmanımızın uğurlarından danışacaq. Çox istərdim ki, nazirin mətbuat katibi Səmayə xanım bu yazıda vurğulanan məqamları da onun diqqətinə çatdırsın. AGİN yaşananlardan nəticə çıxarsın və dərk etsin ki, yalnız güləş döşəyindəki gücə söykənməklə irəli getmək olmaz. “Milliləşdirmənin” indiki miqyası, yersiz stimullaşdırma addımları ilə gerçək idman ölkəsinə çevrilmək çətindi. Bəli, bu gün Azərbaycan idman ölkəsidi. Amma yalnız idman qurğularının sayı və profili baxımından. Nə qədər acı olsa da, həmin qurğuların çoxu əlçatan deyil. Və hətta əlçatan olacaqsa da belə, qoy onlara soydaşlarımızın əli çatsın, Əhməd, Əli, Vəli, Pirvəli özünü göstərmək imkanı qazansın. Dünyanın dörd bir yanından idmançılar gətirib, onlara milli forma geydirmək asan və bəsit, həm də sabah üçün heç nə vəd etməyən yoldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar