06 apr 18:46Yazar

UEFA-nın bir milyonu və sərt silləsi

“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə “şən və hazırcavab oğlan” kimi xatirələrdə dərin iz buraxıb. İllərlə biz onu “Bakılı oğlanlar” komandasının ən tanınmış və istedadlı üzvü kimi tanımışıq, hörmət bəsləmişik. Bəhram bəyi də hansısa üsulla inandırmışdılar ki, futbol sahəsində idarəçi olmaq asandı. Bir andaca daha çox pul və hörmət qazanmaq imkanın olacaq. Şirin vədlərlə onu Çingiz Abdullayevin komandasına daxil etmişdilər. Bağırzadə “Bakılı oğlanlar” komandasından çıxıb, “bakılı ziyalılar” dəstəsinə üzv olmuşdu, Bakının məşhur futbol klubunun idarəçiləri arasında yer almışdı. Bir də gözünü açıb gördü ki, kabab iyinə gəlibmiş, amma əslində eşşəyi dağlayırlarmış. Olan-qalan nüfuzunu, səhhətini qorumaq üçün zərərin yarısından qayıtdı, Çingiz Abdullayevin komandasından ayrıldı. Elə düzünü də etdi. İndi Abdullayev formal olaraq həmin o komandaya rəhbərlik edir. Əslində isə nə komanda var, nə də onun rəhbəri. Əminəm ki, Bəhram bəy “Neftçi”nin Müşahidə Şurasında gördüklərindən və yaşadıqlarından sonra bir daha özü üçün bəzi şeyləri qətiləşdirdi. Qəbul etdi ki, hər kəs öz bacardığı, daha yaxşı bildiyi işin qulpundan yapışmalı, başqalarının maraqlarına qulluq etmək üçün kiçik fiqur olmağa razılıq verməməlidi.
Bu acı təcrübə elə AFFA-nın baş katibi Elxan Məmmədov üçün də həyat dərsi idi. Heyf ki, şöhrətpərəstlikdən gözü ayağının altını görməyən Məmmədov bəzi acı reallıqlarla barışmaq istəmir. Özünü təhsilli, uzaqgörən kimi təqdim etsə də, başa düşmədi ki, Avropanın futbol funksionerləri bizimkilər deyillər, onlar cənab Məmmədovun şirin vədlərinə, ütülü sözlərinə, xoş təbəssümünə baş əyməyəcəklər. Görünür, Elxan bəy “Bakılı oğlanlar”ın hazırladığı və Bəhram Bağırzadənin baş rollardan birində yer aldığı məşhur səhnəciklərdən birinə baxmayıbmış. Şübhə etmirəm ki, sizin də mənim kimi yaxşı yadınızda qalıb. Naməlum uçan obyektdə Yer kürəsinə gələn “Telepuzik” hava gəmisindəki kompüter vasitəsiylə hara enəcəyini müəyyənləşdirməyə çalışır. Naviqator sistemli bilgisayar ona cavab verir: “Ermənistan – qaz yoxdu, işıq yoxdu, təbii sərvətləri yoxdu...” Düzdü, həmin səhnəciyini ssenari müəllifləri Azərbaycanla bağlı xeyli mübaliğəyə yol vermişdilər. Bununla belə, xeyli maraqlı alınmışdı. Üstündən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, biz hələ də o hissəni xatırlayırıqsa, deməli, səhnəcik uğurlu alınıb.
Sözümün canı odu ki, gərək Elxan Məmmədov da UEFA İcraiyyə Komitəsinə üzv olmaq eşqinə düşəndə səsvermə hüququ olanların ölkəmiz və onun futbolu haqda nə düşündüklərinə önəm verəydi. Onları bizim baş katibin zahiri görkəmi, təbəssümü, şirin vədləri, danışıq qabiliyyəti, yeri gələndə heç bizim neft pullarıyla Avropa çempionatına sponsorluq etməyimiz maraqlandırmır. Adamlar konkret işə, əməli fəaliyyətə qiymət verirlər. İndi qədim dövrlər deyil. İnternet əsridi, texnologiya zəmanəsidi. Özünüreklam məqsədi ilə rəngli kitabçalar buraxıb, bər-bəzəkli müsahibələr verə bilərsən. Di gəl ki, bununla İcraiyyə Komitəsinə seçkidə böyük üstünlük qazanmağın mümkünsüzdü. Avropalılar baxır ki, Elxan Məmmədov AFFA-nın funksioneridi və vururlar “telepuzikin bilgisayarı”nın düyməsinə və ordan cavab gəlir: “Azərbaycan – milli komandalarında “milliləşdirilmiş” futbolçular üstünlük təşkil edir, ölkə çempionatının elitasında cəmi 8 klub iştirak edir, aşağı divizionun az qala bütün komandalarının adı oyun alğı-satqısında hallanır. Ölkədəki əksər meydanlar süni örtüklüdü. İllərlə Berti Foqtsun ətəyindən yapışıb, özləri-özlərini aldadıblar. Aşağı yaş qrupları üzrə çempionatlarda hər həftə oyunların yarıdan çoxu təxirə salınır. Qitə çempionatına evsahibliyi edəndə turniri ancaq paytaxtda keçirirlər. Qadın futbolunun inkişafından dəm vururlar, amma heç özlərinin qadınlardan ibarət milli komandası yoxdu. Qızlarının da yarısından çoxu ordan-burdan gəlmədi...” Bütün bunları görən əcnəbi hansı əsasla AFFA-nın namizədinə səs verməlidi?
UEFA İcraiyyə Komitəsinə üzv seçilmək üçün əvvəlcə AFFA-da üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək, Azərbaycan futbolunun inkişafına səmimi qəlbdən çalışmaq lazımdı. Çox istərdim ki, bu sözlərim başqa yerə yozulmasın, azərbaycanlı futbol funksionerinin əks-təbliğatı kimi qiymətləndirilməsin. Atalarımız əbəs yerə “əvvəl evin içi, sonra çölü” deməyiblər. Elxan Məmmədov Azərbaycan futbolunun inkişafı üçün ciddi hansısa addım atsın, uğurlu bir əməli fəaliyyətlə məşğul olsun, ondan sonra UEFA-da vəzifə tutmaq həvəsinə düşsün. Söz verirəm ki, həmin vaxt hər kəs onu ikiəlli dəstəkləyər, biz də həmyerlimizin Avropa futbolunda sayılıb-seçilməsi üçün duaçı olarıq. Sonuncu uğursuzluğu UEFA-nın sərt silləsi kimi qiymətləndirmək lazımdı. Bu zərbədən sarsılmaq, həvəsdən düşmək yox, qəflət yuxusundan oyanmaq lazımdı. Qollarımızı çırmalayaq, işə daha ürəklə girişək. Buyurun, qitənin ali futbol qurumu heç ummadığımız halda bizə 1 milyon avro yardım ayırıb. Həmin pula Azərbaycanın 10 bölgəsində futbol məktəbi tikmək mümkündü. Hansından başlayırıq?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar