25 in 18:07Yazar

Dalğa yaddaşınızı yudu?

Azərbaycan futbol ictimaiyyəti – güman edirəm ki, təkcə AFFA İcraiyyə Komitəsinin üzvləri yox – səbirsizliklə Nikola Yurçeviçin özünün və hesabatının yolunu gözləyir. İki sarsıdıcı və ölkəni şoka salan məğlubiyyətin acısı soyumamış avrokuboklar qapının kandarındadı. Belə görünür ki, avrokubok yayında da maraqlı sürprizlərlə üzləşəcəyik. Şəxsən mənim üçün ilk sürpriz Azərbaycan klublarının bəxtinə düşən rəqiblər yox, “Qarabağ”ın çox asanlıqla “Dalğa”da oynamağa razılıq verməsi oldu. AFFA-nın nəzarətində olan klublar, məsələn, “Səbail” bu addımı atsaydı, daha doğrusu, belə müqavimətsizlik göstərsəydi, zərrəcə təəccüblənməzdim. Amma “Qarabağ”... Deməli, məsələ belədi: “Partizani” ilə ilk oyun iyulun 9-10-da Albaniyada, cavab görüşü isə 16-sı və ya 17-də Bakıda keçiriləcək. Bəzi yarışları “Tofiq Bəhramov”a salınan Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (ada bax e, ada!) iyulun 21-27-si aralığına təsadüf edəcək. Beləliklə, aydın olur ki, bu məsələdə ən müxtəlif manevrlərə əl atmaq olardı. Məsələn, “Parizani” ilə danışıb, ilk oyunun Bakıda keçirilməsinə razılıq almaq olardı. Məncə, albanlar ilk oyun üçün uça-uça, qaça-qaça Bakıya gələrdilər. İkinci variant isə elə ayın 16-sı və 17-də “Tofiq Bəhramov”da oynamaqdı ki, bundan sonra qazonun əyər-əskiklərini aradan qaldırmaq üçün 4-5 gün vaxt olacaqdı. Kəsəsi, bu “Dalğa”ya qaçmaq qərarının məntiqini anlamadım. Yox, aranızda bunu anlayan biri varsa, lütfən, mənə də yazsın.
Əlbəttə, bu məqamda kiminsə yerindən sıçrayıb, “niyə “Qarabağ” üçün belə canıyananlıq edirsən, “Dalğa”nın “Bəhramov”dan nəyi əskikdi ki” sualını qırmızı-qırmızı üzümə çırpa bilər ki, bunun da cavabı hazırdı. Əvvəla, mənim çoxdan tapındığım bir həqiqət var ki, bir səhv başqasına haqq qazandırmır. Yəni “Qarabağ” üç il əvvəl hansısa səbəbdən “Slovan”la “Dalğa”da oynayıbsa, bu o demək deyil ki, indi də Mərdəkana getməlidi. Xatırladım ki, həmin oyun iyulda yox, sentyabrda keçirilmişdi. Mərdəkana iyulda və sentyabrda getmək arasında fərq var.
“Dalğa”nın “Bəhramov”dan nəyi əskikdi” sualının isə qəti və müzakirəsiz cavabı var: hər şeyi! Daha çox azarkeşin qarşısında oynamaq, daha çox pul qazanmaq, daha ciddi dəstək görmək istəyən komanda dənizin qırağında yox, şəhərin mərkəzində oynamalıdı. Təbii ki, bizdə ilk mərhələdə stadiona 30 min azarkeş gəlmir. Amma “Qarabağ” səfərdən ümidverici nəticə ilə gələcəyi halda, ən azı 15 min azarkeşi yanında görməyəcəkdi? Əlbəttə, görəcəkdi! Amma görmək istəmədi, daha doğrusu, boş-boş bəhanələrin və mənasız yarışların çətiri altında bunu istəməsinə imkan vermədilər. Kim və ya kimlər vermədi – bu haqda danışmağa həvəsim yoxdu. Bir tərəfdən “Tofiq Bəhramov”un AGİN-in balansında olduğunu nəzərə alsaq, belə çıxır ki, ağdamlılar dövlət ərkanının iradəsinin ziddinə getməyib. Amma digər tərəfdən AFFA-nın stadionunu seçmələri istər-istəməz adamı klubun müstəqilliyinin dərəcəsi ilə bağlı müəyyən qara şübhələrə salır. Axı “Bakcell Arena” da var idi. Hə, stadion “Neftçi”nindi deyə, getmirlər? Bu dəlil də inandırıcı görünmür. Axı sirr deyil ki, ölkədaxili rəqabət üçün xarakterik olan qarşılıqlı nifrət, azarkeş ehtirasları avrokubok yayında unudulur və yerini qarşılıqlı sevgiyə və dəstəyə verir.
Nəhayət, bir həqiqəti də qəbul etmək lazımdı ki, Azərbaycan futbolunun, demək olar ki, bütün böyük qələbələri “Tofiq Bəhramov”da qazanılıb, necə deyərlər, tarix burda yazılıb. Bəli, başqa arenaların də bəxtinə təkəm-seyrək uğurlar düşüb. Amma o “Tofiq Bəhramov”un taxta oturacaqlarında oturub ürəyinizi yeyə-yeyə izlədiyiniz İsveçrə qələbəsini, Fiqulu Portuqaliya ilə ikigünlük savaşı, onlarla başqa tarixi uğuru nə tez unutduz? Dalğa yaddaşınızı yudu?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar