23 in 18:19Yazar

Bismarkın yolunu gedən baş katib və sadəlövh veteranlar

Yəqin ki, tarixlə az-çox maraqlananlar adını Almaniya tarixinə qızıl hərflərlə yazdıran, imperiyanın birinci kansleri Otto Bismark barədə eşidib. 19-cu əsrdə məhz bu tarixi şəxs xırda qraflıqlara bölünən alman torpaqlarını Prussiya ətrafında birləşdirməklə dünyanın siyasi xəritəsinə yeni dövlət bəxş edib. Almaniyanın ilk kansleri hakimiyyətdə olduğu müddətdə daxili siyasətdə “dəmir yumruq” prinsiplərinə əsaslanırdısa, xarici diplomatiyada “parçala, hökm sür!” devizi ilə hərəkət edirdi. 1871-ci ildə knyaz titulu alan Bismark yeni yaratdığı dövləti qorumaq və qüdrətini artırmaq üçün daim qonşu dövlətlərin daxilində çaxnaşma salmağa, hakimiyyətlə yola getməyən qüvvələri müasir terminlə desək, iqtidarın üstünə qaldırmağa çalışırdı. Təbii ki, bunun üçün kansler qonşu dövlətlərin narazı siyasi elitasını da maliyyələşdirirdi. Və sonda başıpozuqludan, narazılıqdan yararlanan Bismark həm öz dövlətinin maraqlarını qoruyurdu, eyni zamanda yeni qurulan Almaniyanın parlaq gələcəyi üçün yeni torpaqlar zəbt edirdi.
Deyə bilərsiz ki, ilin-günün bu vaxtında, klublarımızın avrokuboklara hazırlaşdığı dönəmdə niyə Almaniyanın ilk kanslerini yada salıram? Tələsmədən yazını oxusaz, səbəbini biləcəksiz. Açığı, Ottonu xatırlamağımın səbəbkarları AFFA-nın baş katibi Elxan Məmmədov və futbol veteranlarımızdı. Futbolumuzun sürətlə üzüaşağı getdiyi bir vaxtda veteranların başı “təşkilat-ittifaq” oyununa qarışıb. Bir qrup sabiq futbolçu Oqtay Abdullayevin başına toplaşıb, müəyyən qism Nazim Süleymanovun yeni yaratdığı ittifaqa üz tutub. Tənəzzülə uğrayan futbolumuz qalıb bir tərəfdə, başını futbolda ağartmış veteranlar balaca uşaq kimi bir-birinin acığına gündə bir bölgəyə yollanıb vaxtilə salam belə vermədikləri təqaüdçüləri öz tərəflərinə çəkməyə çalışırlar. Çox maraqlıdı ki, hər iki tərəf bir-birini “veteranları parçalamaqda, onlar arasında ikitirəlik yaratmaqda” ittiham edir. Onların bu fikir ayrılığından, çaxnaşmasından yararlanan isə Elxan Məmmədovdu. Bir gün Abdullayevin işindən razılıq edən baş katib ertəsi Süleymanovla görüşür, yeni yaratdığı təşkilata xeyir-dua verməklə yanaşı, maliyyə və qərargahla təmin edəcəyini bildirir. Hər iki cəbhəyə işləyən baş katib sanki, bir qədər kobud səslənsə də, dovşana “qaç”, tazıya “tut” prinsipi ilə hərəkət edir. İndiki durumda vahid cəbhədə birləşməli olan veteranlarımız isə bəsit, ancaq hiyləgər siyasətin qurbanına çevriliblər. Elxan bəy yaxşı başa düşür ki, gündən-günə AFFA-nın yürütdüyü siyasətdən narazı qalanların sayı artmaqdadı. Tanınmış futbol veteranlarının narazıların sırasına quşulması vəziyyəti daha da qəlizləşdirə, indiki AFFA iqtidarının sonunu gətirə bilər. Ona görə də Məmmədov Almaniyanın ilk kanslerinin “parçala, hökm et!” siyasətinə start verib. Təəssüf ki, bizim burunlarından uzağı görməyən veteranlarımız bunu başa düşmürlər, bir-birinin ayağının altını qazmaqla məşğuldular. Yəqin ki, növbəti dəfə Süleymanov və dəstəsi Qusara üz tutanda, Abdullayev və yanındakılar Qubaya yollanacaqlar. Onlar yayın bu cırhacırında, istidən tövşüyə-tövşüyə bölgə veteranlarına nağıllara bənzər vədlər verərkən isə baş katib kondisionerli otağında oturub, mediada həmin görüşlərdən çəkilən fotoları izləyəcək və özündən razı qalacaq. Arada da Bismarka rəhmət oxuyub, atası yaşda veteranların sadəlöhvlüyünə güləcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar