21 in 16:10Yazar

O səsi eşitməyin vaxtıdı!

Söz vermişdim ki, Slovakiya ilə oyundan sonra yığma mövzusunda yazımı davam etdirəcəm. Düzdü, bir qədər gecikdim. Amma bu mövzu ilin 365 günü aktual olduğundan gecikmə ehtimalı yoxdu. Ona görə də arxayınlıqla qaldığımız yerdən davam edə bilərik. Həm də millini, onun problemlərini unutmaq olmaz. Əslində məsuliyyət sahiblərinə, günahkarlara da sərf edən odu ki, millimizlə bağlı müzakirələr yalnız komanda oyun keçirən ərəfələrdə və oyundan bir neçə gün sonra aparılsın. Ondan sonra da heç nə olmayıbmış kimi həyatın axarı davam etsin, hər kəs öz işində-gücündə olsun. Elə onların özləri də...
Problemlərin artmasının, həll edilməməsinin əsas səbəblərindən biri də elə məhz bu məqamdı. Biz millini çox tez unuduruq. Yığmanın baş məşqçisi dəvət göndərdiyi futbolçuların siyahısını açıqlayır və bundan sonra müzakirələr qızışır, hərə komandaya layiq bilib-bilmədiyi futbolçuların adını çəkməyə başlayır, kənarda qalan namizədlər xatırlanır. Ondan sonra oyun günü müzakirələr zirvə nöqtəsinə çatır, azarkeşlərin ürəklərinin dərinliklərində kövrək ümid qığılcımları cücərməyə başlayır. Bir də baxırıq ki, hakimin start fiti səsləndi. 90 dəqiqə bütün problemlər unudulur, başlayırıq futbolçuları ya tribunadan, ya da ekran qarşısından qələbəyə səsləməyə. Hakimin final fiti bu mərhələnin də sonunun çatdığını bildirir. Dərhal da dəstəyin, qələbə üçün duaların yerini lağ-lağı, futbolçuları və AFFA-nı ələsalma mərhələsi tutur. Kim daha yaxşı zarafat edəcək, kimin məzəli bənzətməsi görənlərin dodağına təbəssüm qonduracaq, “like” toplayacaq. Vəssalam. Uzağı ertəsi gün bir neçə təhlil və tənqid yazısı oxuyacağıq. Sonrası isə həmişə olduğu kimi.
Bununla problemlər bitməyəcək, əzizlərim. Belə davranışımızla məğlubiyyətlərə məhkumuq. Dəyişən təqvimin günləri, seçmə mərhələlərin adları, fiti səsləndirən hakimlər və rəqiblər olacaq. Nəticə isə heç cür dəyişməyəcəm. “Futbol bütün dünyanın oynadığı, sonda isə almanların qalib gəldiyi oyundu” deyimi var. Çox keçməyəcək ki, bizim də adımıza belə bir misal səslənəcək. Amma bir qədər fərqli formada: “Futbol hamının oynadığı, sonda isə azərbaycanlıların məğlubiyyətə üzüldüyü oyundu” deyəcəklər. Bundan qaçmaq, daim uduzan tərəf olmamaq üçün ciddi düşünməyin, yolunda getməyən bir çox məsələlərə yanaşmamızı dəyişməyin zamanı çoxdan çatıb. Vəziyyətin ciddiliyini AFFA-da oturanlar da, əlini klaviaturaya vurub yazı yazan idman yazarlarının, mikrofona danışanların, elə azarkeşlərin də qəbul etməsi vacibdi. Qəbul etməli və yanaşmamızı dəyişməliyik. AFFA-nı tənqid edənlərin heç biri bu ölkənin, onun futbolunun düşməni deyil. Məğlubiyyətlər sıralanır, vəziyyət hər seçmə mərhələdə, hər keçən oyunda daha da pisləşirsə, tənqidlər də qaçılmazdı. Tənqidçiləri susdurmaq, mətbuatdakı imza sahiblərini bir-birinə qarşı qoymaq isə yersiz davranışdı.
Nikola Yurçeviçlə bağlı uzun-uzadı danışmaq istəmirəm. Adam Slovakiyaya yenilgidən sonra “Qurban Qurbanovla Maltanı uda bilmirdiz” deməklə səviyyəsini, abır-həyasının dərəcəsini, peşəkarlığını ortaya qoydu. Allahın qəzəbinə düçar olmuşuq. Xorvatiyalı mütəxəssis nəinki həmyerlisi Robert Prosineçkinin, heç alman qoca Berti Foqtsun zəif kölgəsi belə deyil. Nə insan, nə də mütəxəssis kimi. Nikolanın bizə münasibətinin belə olacağını mən hələ martda özüm üçün qətiləşdirmişdim. Çiyinlərini ağır yükün altına verən, işinə ürəkdən bağlı olan bir əcnəbi məşqçi müqavilə imzalayandan dərhal sonra ölkəsinə getməz, orda yarım ay yubanmazdı. Elə o vaxtdan görünürdü ki, Yurçeviç nə AFFA, nə də azərbaycanlı azarkeşlər qarşısında mənəvi məsuliyyət daşımaq, bizdən biri olmaq fikrindədi. Ona görə də Yurçeviçə ümid bəsləmək, nə də məşqçi kimi onun işini müzakirə etmək niyyətində deyiləm.
Nikola da gəldi-gedərdi, millinin formasını geyən yadelli futbolçular da. Bu vətən bizimdi. Onun bütün başqa uğurları kimi, futbolunun da inkişafına, qələbələrinə sevinmək haqqımızdı. Hər il neft gəlirlərindən 25-30 milyon manat AFFA-ya ayrılırsa, deməli, dövlətimiz və ona rəhbərlik edənlər üçün də futbol vacib bir idman növüdü. Qalır bu diqqətdən və ayrılan pullardan səmərəli istifadə etmək. AFFA-nın da bunu nəzərə alması, fəaliyyətini buna uyğunlaşdırması vacibdi. Son hadisələr və ağır yenilgilər AFFA ilə azarkeşlər arasında dərin bir uçurum yaratdı. Artıq çox az adam tapılar ki, AFFA-nın indiki siyasətinin, milli komandaların formasını geyən futbolçu nəslinin bizi sevindirəcəyinə inansın. Belə dərin uçurumun, soyuq buzların isə heç bir tərəfə faydası yoxdu. Bundan nə AFFA fayda görəcək, nə də futbolumuz. Ona görə də AFFA qapılarını ictimaiyyətə açmalı, azarkeşlərin, mətbuatın fikirlərini dinləməli, faydalı məsləhətlərdən yararlanmalıdı. Bunun adına “sosial sifarişin qəbul olunması” deyilir. Qəbahəti də yoxdu. O səsi eşidin, cənablar! Futbolumuzu xilas etmək üçün buna ehtiyacımız var. Yoxsa irəlidə daha ağır məğlubiyyətlər bizi gözləyir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar