14 in 17:48Yazar

Qaloşdan istefaya qədər

Artıq 10 ildən çoxdu AFFA-nın indiki rəhbərliyinin futbolumuzu inkişaf etdirəcəyinə inanırıq. Hər dəfə onlardan şirin vədlər eşidəndə ürəyimizdə “aha, gör indi neynəyəcəyik?!” deyirik. Amma ümidlərimiz doğrulmur ki doğrulmur. Milli komandamız 25 ildi Avropa və dünya çempionatlarının seçmə mərhələlərində iştirak edir. 0:9 istisna olmaqla 0:1-dən 0:10-a qədər hər cür ekzotik hesabla uduzmuşuq. Amma qələbə üzünə təmiz “qara kürü”yə həsrət qaldığımız kimi həsrətik. Futbolumuzun pulsuz dövrü də olub, pullu da - amma nəticələr dəyişməyib ki dəyişməyib. Bilmirəm indiyəcən 1:5 hesabıyla uduzmuşduq, ya yox. Amma bu seçmə mərhələ başlayanda Qurban Qurbanovu göndərənlər “yeni məşqçi komandamızı AÇ 2020-nin final mərhələsinə yüksəldəcək” vədini vermişdi. Bu bir ilk idi. İndiyəcən heç vaxt belə iddialı deyildik. Amma nəticə yenə dəyişmədi, ardıcıl üç oyunda uduzduq. Son matç, ümumiyyətlə, fiasko oldu. Əvvəla o göründü ki, Yurçeviç bu neçə ayda futbolçularını tanıya bilməyib. Belə bərbad heyətlə möcüzəyə ümid etmək olmazdı. Ukraynanın həvəskar komandasından “Neftçi”yə gəlib qısa müddətdə naməlum xidmətlərinə görə əsas yığmanın oyunçusuna çevrilən Anton Krivotsyukla, yenə həmin Ukrayna futbolunun yetirməsi Rəşad Eyubovla, yerli futbolçulardan seçilməyən Dmitri Nazarov, Riçard Almeyda, Bədavi Hüseynov kimi legionerlərlə nəyə layiq idiksə, onu da gördük. Yeri gəlmişkən, milliyə dəvət alan futbolçuların əksəriyyyəti Azərbaycan futbolunun yetirməsi deyil. Bu uşaq futbolundan əsas milliyədək futbolumuzun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Sosial şəbəkələrdə hamı Elxan Məmmədovu istefaya çağırır. Tribunadan “AFFA - istefa” deyən azarkeşləri isə polis bölməsinə aparıblar. Sanki azarkeşlər 1:5 hesablı biabırçı məğlubiyyətə əl çalıb oynamalı, tərif yağdırmalı idi. Elxan bəyə təzəlikcə UEFA-da vəzifə veriblər. AFFA-dan getsə belə, işsiz qalmayacaq. Eyni sözlər AFFA prezidenti Rövnəq Abdullayevə də aiddi. Onun da nə qədər desən, başqa vəzifəsi, işi-gücü, biznesi var. Yəni AFFA-dan istefa versələr, ölkədəki işsizlərin sayında artım olmayacaq. Futbolumuza yeni nəfəs lazımdı. Və nə qədər tez dəyişikliklər olsa, bir o qədər tez, məsələn, 5 il sonra bunun bəhrəsini görəcəyik. Yaxın illərdə isə futbolumuzdan uğur gözləməyin. Bunun üçün ən azı uşaq məşqçiləri yetişdirilməli, uşaq futbolunda inqilabi dəyişikliklər olmalıdı və s. və i.a. İnsaf naminə deyək ki, həm Rövnəq Abdullayevin, həm də Elxan Məmmədovun yaxşı işləri də olub və “Neftçi”nin “Birlik kuboku”nu qazanmasına, erməniləri məğlub etməsinə, Avropa Liqasının finalının və AÇ-2020-nin final mərhələsinin oyunlarının Bakıda keçirilməsinə görə onlara təşəkkür düşür. Amma hazırda Azərbaycan futbolu çox bərbad vəziyyətdədi və çıxış yolu da yoxdu. Bundan sonra 50 dəfə də desələr ki, “yaxşı olacaq, düzələcək”, azarkeşlər, hətta qaloşun qüdrətinə inanan xalq onlara inanmayacaq. Odu ki, istefa futbolumuz üçün də, özləri üçün də yaxşı variantdı. Milli komandamızda görülən yaxşı işlərdən danışası olsaq, onda mütləq və mütləq Ramil Şeydayev kimi futbolçunun “milliləşdirilmısini” bu işi görənlərin aktivinə yazmalıyıq. Renat Dadaşova şans verilməsi də alqışalayiqdi. Çünki Almaniyanın aşağı yaşlılardan ibarət millilərində qolçuluq keyfiyyətləri ilə seçilən bu uşaq gec-tez millidə də açılışmalıdı. Bunun üçünsə mütləq və mütləq oyun praktikası lazımdı. Gələcəyi düşünərək millidə Rahil Məmmədov, Mahir Əmrəli, Ömər Buludov, Bəhlul Mustafazadə, Amin Seydiyev, Mirabdulla Abbasov, Ramil Şeydayev, Renat Dadaşov saxlanılmalı, qalan yaşlı futbolçular getməlidi. Amin Seydiyevin adını təsadüfən çəkmədim. Bu uşaq və Bəhlul Mustafazadə klubdakı sabit və yüksəksəviyyəli oyunu ilə millinin əsas heyətində yerini haqq edir. Və bu yeri də qazanandan sonra mənə görə uzun illər əldən verməyəcəklər. Normal xarici klublarda da oynayacaqlar. Sadəcə, indi onlara dəstək vermək lazımdı. U-21-də və aşağı yaşlılardan ibarət yığmalarda, klublarda başqa istedadlı uşaqlar da var. Məsələn, “Neftçi”də Vüsal Əsgərov adlı böyük bir istedad var ki, klubda və millidə şans qazansa, dəyərləndirəcəyinə əminəm. Yəni onsuz da uduzuruqsa, öz yenitmələrimizlə, gənclərimizlə uduzaq. Püxtələşsinlər, bəlkə də sabah nəsə edə bilərlər. Etməsələr belə, bu heyəti uduzduğuna görə heç kim qınamayacaq. Gəncləşən millinin kapitanı isə Ramil Şeydayev olmalıdı. Hər xətdə bir təcrübəli futbolçu saxlamaq olar. Səlahət Ağayev, Maksim Medvedev, Emin Mahmudov və Araz Abdullayev bəs edər. Əsas məsələ bu gün çox vacib görünən kütləvi gəncləşmədi. Ümidimizi tam itirməməyin yollarından birini mən belə görürəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar