12 in 19:49Yazar

Ayıbdı, Çingiz Hüseynzadə, ayıb!

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 21-30-u aralığında Minskdə keçiriləcək 2-ci Avropa oyunlarında yer tutacaq Azərbaycan idmançılarının necə mükafatlandırılacağı ilə bağlı sualın cavabında belə deyib: “Yaxın günlərdə heç bir əlavə sərəncam olmasa, idmançıların mükafatlandırılması Bakıda 2015-ci ildə keçirilən ilk Oyunlarda olduğu kimi qalacaq”.
Əvvəlcə onu xatırladım ki, Bakı Oyunlarının qalibləri 150, “gümüş” alanlar 80, “bürünc” alanlar isə 50 min manat qazanmışdı. Məşqçilərə də uyğun olaraq 75, 40 və 25 min ödənildiyini, eyni zamanda ölkəmizin 56 medal (21 qızıl, 12 gümüş, 20 bürünc) qazandığını nəzərə alsaq, dövlət büdcəsindən həmin vaxt 8 milyondan artıq pul çıxarılmışdı. Bizimkilərin böyük həvəslə reklam etdiyi Avropa Oyunlarının ikincisinin təşkilatçısı uzun-uzadı axtarışdan və dilətutmalardan sonra Belarus oldu. Minskdə idman növlərinin sayı ikiqat, iştirakçıların sayı isə 25 faiz azalacaq. Demək istədiyim odu ki, Avropa Olimpiya Komitəsinin ideyası olan bu Oyunların perspektivi, ümumiyyətlə, həmişəyaşar olub-olmayacağı bilinmir. Həm də müasir idmanda zirvə Avropa Oyunlarında yox, Avropa və dünya çempionatlarında, nəhayət, Olimpiadalarda qazanılan nəticələr sayılır. Bu üzdən dövlətin ali rəhbərliyi qarşısında mükafatlandırma qaydasına yenidən baxılması ilə bağlı məsələ qaldırmalı olan Çingiz bəy əvəzində dolayısıyla özünü hər şeyin olduğu kimi qalmasının tərəfdarı kimi göstərir.
Bu məqamda Hüseynzadə, eləcə də idman ictimaiyyəti üçün bəzi məqamların altını cızmaq istəyirəm ki, fərqli düşünməyimin səbəbi aydın olsun. Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatının gəlirləri ən azı 2015-ci ildəki qədər deyil. Deməli, mükafat məbləğini eynilə saxlamaq məntiqsizlikdi. Repetitor fəaliyyəti ilə məşğul olan, xəstənin cibinin ümidinə qalan müəllimin, həkimin indiki maaşı fonunda idmançıya hansısa yarışa (cəmi 8 idman növündə Tokio Olimpiadasına lisenziya xalları hesablanacaq) görə 50-150 min manat arası mükafat paylamaq həm də böyük sosial ədalətsizlikdi. Təbii, deyə bilərsiz ki, idman sağlamıqdı, böyüməkdə olan nəsillərin zərərli vərdişlərdən uzaqlaşmasıdı. Mən razı, amma nə qədər acı olsa da, son ayların kriminal xronikalarından göründüyü kimi, nəzarətdən kənarda qalan idmançı zorakılıqdı, kobudluqdu, qətldi. Bu gün ölkədə baş verən qatı cinayətlərin az qala yarıdan çoxunun mərkəzində istisnasız fərdi idman növlərindən çıxanlar dayanır. Pul, qolun zoru bəzi idmançıları o qədər harınladır ki, kriminal hesablaşmaların mərkəzinə qaçırlar, “qanuni oğru” libasına bürünürlər. Ölkə idmanına rəhbərlik edənlər, konkret Çingiz Hüseynzadə mükafat paylamaqla yanaşı, bu məqamlar ətrafında da düşünsəydi, yaxşı olardı.
Hüseynzadənin üzərində düşünməli olduğu ikinci məqam ayrı-ayrı federasiya rəsmilərinin uğur qazanan idmançıların məşqçilərini “faizə oturtması” haqda deyilənlərdi. Uzaq tarixdə yox, elə bu ilin martında vaxtilə ölkəmizin güləş yığmalarını çalışdıran bolqarlar – Filip Manolovla Simeon Atanasov baş prokuror Zakir Qaralova müraciət edərək, Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərovun onların maaşının 50 faizini şərik çıxdığını bildirmişdilər. Həmin məsələnin axırı necə oldu, Çingiz bəy?
Hüseynzadənin üzərində düşünməli olduğu üçüncü məqam odu ki, Azərbaycan idmanında heç bir başqa ölkədə olmadığı qədər yığmaları əcnəbilər çalışdırır. Həm Azərbaycan üçün ənənəvi, həm də qeyri-ənənəvi idman növlərində öz kadrlarımızdan imtina edərək, birmənalı şəkildə yadların köməyinə bel bağlamışıq, pulumuzu onlara yediririk. Əcnəbilərin hesabına uğur qazanan ölkənin adına “idman ölkəsi” yarlığını yapışdırmasına necə baxırsız, Çingiz bəy?
Ölkə idmanı ilə bağlı belə ağrıdan, yandıran suallar çoxdu. Amma hələlik burda dayanıram. Çünki saxtakarlar və saxtakarlıqlar gec-tez ifşa olunacaq. Amma bu gün istənilən ictimai təşəbbüsü “büdcədə pul yoxdu” kimi şablon ifadə ilə cavablayan Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəsmiləri elə bir ciddi dəyəri olmayan yarışların mükafatçılarına milyonlar ayırırlarsa, deməli, ya qeyri-səmimidilər, ya da saxtakar! Hərçənd bu iki keyfiyyət arasında da elə böyük fərq yoxdu, birindən o birinə keçid iki addımdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar