11 in 17:23Yazar

Yenə iki...

Ümidimizin ömrü kəpənək ömründən də qısa oldu; Mahir soyadsız qol vurandan sonra biranlıq düşündüm ki, bu oyundan bir xal götürüb, Slovakiya ilə oyuna qədər xəyalplov yemək olar. Amma Bədavi Hüseynovun az qala metronun “Neftçilər” stansiyasına ata biləcəyi Dominik Nad onu sakitcə işsiz qoyandan, Klyaynhayslerin ötürməsini də Holman öz növbəsində Səlahətin toruna “sancandan” sonra aydın oldu ki, yenə nəsibimiz məğlubiyyətdi. Onsuz da 88-dən bəri nəsibimiz məğlubiyyətdi və bu mənada təəccüblənməyə dəyməz. Sadəcə, həyatın başqa sahələrində vaxtaşırı qələbələrimiz olur ki, bu da milləti ayaqda saxlayan, ruhunu tam ölməyə qoymayan təməldi, platformadı. Amma futbolda...
Bəli, AFFA-da prezidentlər, yığmada baş məşqçilər və futbolçu nəsilləri dəyişir, turnir hədəflərimiz və nəticələrimiz isə dəyişmir – hadisələrin xoş axarı nəticəsində qrup sonuncusu olmayanda papağımızı göyə atırıq. Təbii ki, futbolda pul çox önəmli amildi, istər futbolçu hazırlığı, istər infrastrukturun qurulması, istərsə də transferlər baxımından. Bununla belə, hələ bu ucsuz-bucaqsız dünyada dolların, avronun və ya manatın meydana çıxıb, rəqib qapısına yol tapdığı anı görən olmayıb. Yəni meydanda pul yox, baş vacib rol oynayır. Bizdə, daha doğrusu, bu ölkənin futbolunu idarə edənlərdə, yığmanın taleyi ilə bağlı hər cür eksperimentə əl atanlarda isə beyin lazımi səviyyədə inkişaf etməyib. İnkişaf etsəydi, ölkəmizin bütün yaş qrupu yığmaları bunca rəzil və miskin durumda olmazdı. Görün necə bədbəxt durumdayıq ki, macarlardan 6 oyunda 18 qol buraxmışıq. Ədalət naminə deyim ki, bu informasiyanı AFFA-nın oyun üçün hazırladığı proqramdan götürmüşəm. O proqramdan ki, orda Azərbaycan yığmasının tarixdəki ilk oyununda Gürcüstanı 6:3 hesabıyla yendiyi yazılıb. Əlbəttə, AFFA-dakı dostların-həmkarların bəzən çox məşğul olduğunu, yaradıcı proseslərdə belə səhvlərin mümkünlüyünü anlayıram. Öz aramızdı, qardaş-bacılar nə etsinlər; Elxan Məmmədov qeyri-adi cazibə qüvvəsinə malik AFFA – “Səbail” – “CBC Sport” üçbucağı yaradıb, bir adam bir neçə işin qulpundan yapışanda da 3:6 6:3 olur, yığmanı da ilk oyuna Əhməd Ələsgərov yox, Ələkbər Məmmədov çıxarır.
Əvvəllər yığmanın uğursuzluqlarına görə haqlı olaraq klubları, onların futbolçu hazırlığı ilə bağlı yarıtmaz siyasətini qamçılayırdıq. Amma indi AFFA “sağ olsun”, 5-6 klubu nəzarətinə almaqla ölkə futbolunun miqyasını kiçildib, futbol təsərrüfatını tam öz qanadları altına və ya belə demək mümkünsə, divarlarının (başqa söz də yazmaq olar...) arasına alıb. Deməli, yığmaların total fiaskosuna görə də məsuliyyəti məhz bu qurum daşımalıdı. Burda çox qazanmaqla ölkə xaricinə çıxmaqda maraqlı deyillərsə, qazanc həddini endirin, qoy qaçıb getsinlər, oynamağı bacarmırlarsa, heç-heçəyə, məğlubiyyətə (!) görə mükafat verməyin, baş məşqçi zəifdisə, ulduzlara baxıb heyət müəyyənləşdirin. Kəsəsi, nə edirsiz-edin ki, azərbaycanlılar öz yığmasını söyməsin, başqa ölkələrə azarkeşlik etməsinlər!
Əlbəttə, yanaraq yazdığım bu sözlərin, bu yazının da ünvanına çatmayacağını bilirəm. Rəhmətliklərin – Fuad Musayevlə Ramiz Mirzəyevin dönəmindən fərqli AFFA-nın indiki rəhbərliyi tənqidi də inhisara alıb. Nə qədər qəribə də olsa, Rövnəq Abdullayev - Elxan Məmmədov tandemi artıq yerli media ilə ünsiyyətə ehtiyac görmür. Qos-qoca idman jurnalistləri burdan “Dalğa”ya gedir, AFFA rəhbərliyi isə onların ağzının üstündən vurub geri qaytarır. Rövnəq bəyin prezidentliyi dövründə “CBC Sport” istisna olmaqla, bütün qalan idman jurnalistlərinə hörmətsizlik üzərində qurulan yeni tendensiya yaranmaqda və çiçəklənməkdədi. Bu adamlara elə gəlir ki, futbolu yalnız özləri bilirlər, yerdə sürünən Azərbaycan yığması haqda bədii-publisistik janra xas bir-iki cümlə işlətməklə bu boyda rüsvayçılığın, ümummilli biabırçılığın üzərindən keçmək mümkündü. Amma yox, qardaşlar, bu qədər də rəzillik, ictimai rəyə tüpürmək olmaz. Gerçəklik budu ki, 12 ilə yaxındı futbol kreslosuna oturan sizlər futbolu və yığmanı 12 addım da irəli aparmamısız. Futbol təsərrüfatını irəli aparmağı bacarmırsızsa, özünüz gedin! Hara? Bunu da məndən soruşursuz?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar