09 in 16:03Yazar

Bərəkallah fərasətinizə!

Azərbaycanın U-21 millisinin səfərdə Lixtenşteynə boyun əyməsi, 0:1 hesabıyla uduzması hamımızı kədərləndirdi. Bəli, xüsusilə bizim nəsil üçün bunu yaşamaq çox ağırdı. Axı bizim gəncliyimiz də “Vaduts faciəsi”, “Oser darmadağını”, “Gimaraynş biabırçılığı” adlanan yenilgilərlə keçib. Gəncliyimiz əldən getdi, yetkinləşdik, oğul-uşaq sahibi olduq, amma futbolumuzun problemləri bitmədi. Biabırçı yenilgilər, acı məğlubiyyətlər, faciəvi tarixlər yenə də davam edir. Baxmayaraq ki, o vaxtdan bəri Azərbaycan futbolunda maddi baxımdan çox dəyişikliklər olub. Hüsü Hacıyev küçəsindəki köhnə binaya sığınan AFFA-nın özünün indi imarəti xatırladan yaraşıqlı ofisi var. Xidməti maşınların sayı-hesabı yoxdu. Neft pulları sel kimi futbola axıdılır, qurum rəsmiləri hər biri kiçik padşah havasındadı. Xarici səfərlərə təyyarənin “biznes-klass” salonlarında, çarter reyslərində yollanır, “5 ulduzlu” otellərdə gecələyirlər.
AFFA-nın büdcəsi illərdi ki, 30 milyon manata yaxındı. Hər il azı 25 milyon manat Azərbaycan futbolunun inkişafı adı altında dağıdılır, yağmalanır. Martda hesabat konfransına toplaşır, özlərinin tapdıqları bir audit şirkətinin yazdığı rəqəmləri “A4” kağızından üzünə oxuyurlar. Dəftərə-qələmə, tualet kağızına, sabunla şampuna minlərlə manat silinir, milli komandaların saxlanılmasına 10 milyon manat yazır, maaş və mükafatları, ezamiyyət xərclərini yetərincə şişirdirlər. Amma yenə də büdcəni “sıfırlamaq” mümkün olmur. Axırda da “və sair xərclər” adlanan bir bölmə açırlar, 6-7 milyon da o qrafaya yazılır. Heç bilmirsən ki, AFFA-nın “və sair xərcləri” nəymiş. Öz işləridi, nə yeyirlər, necə yeyirlər, Allahları bilər, özləri bilərlər. Amma insaf da dinin yarısıdı axı. Bu qədər yeyintilərin qarşılığında futbolumuz iynənin ucu boyda irəli getmir, müstəqil klubların qazandığı uğurların davamını milli səviyyəsində gətirmək mümkün olmur. Bayrağımız, himnimiz, millimizin forması “cırtdanlar”ın meydanında da təhqir olunur, alçaldılır. Harda qaldı sizin insafınız, milli qürurunuz, vətənə və bayrağa olan sevginiz? Ayıbdı, cənablar, ayıbdı.
Milan Obradoviçi tapanlara, onu AFFA-ya calayanlara, Məşqçilər Komitəsində bu təyinata başlarını yelləyənlərə, İcraiyyə Komitəsində serbiyalı məşqçi üçün əl qaldıranlara... hamısına ayıbdı. Utanın, xəcalət çəkin. Millimiz Lixtenşteynlə oyunda uzun müddət hesabda geridə idi. Biz utanır, həyəcandan boğulurduq. Serbiyalı Obradoviç isə heç qımıldamırdı da. Adamın nə səsini eşitdik, nə də oyuna müdaxiləsini gördük. Bu da sizin Serbiyadan tapıb, bəh-bəhlə Bakıya gətirdiyiniz, Rəşad Sadıqovu xəyanətkarlıqla devirdiyiniz kürsüyə oturtduğunuz məşqçi. Hansı fitri istedadı var, hansı məşqçilik qabiliyyətinə, dühasına, tarixi uğurlarına görə bu etimadı ona göstərmisiz? Hünəriniz varsa, deyin, sözünüz varsa, dillənin. Sizi eşitməkdən şad olarıq.
Mən hələ Rəşad Sadıqovu bir kənara qoyuram. Desinlər görək, Obradoviçin nəyi Samir Musayevdən, Mahmud Qurbanovdan, Azər Bağırovdan və onlar kimi digər yerli məşqçilərdən yaxşıdı?! Bəlkə bir bildikləri var, biz bilmirik. Aftandil Hacıyev, Samir Abasov, Samir Əliyev, Sənan Qurbanovun timsalında gənc məşqçilər nəsli özünü doğrultmurmu? İllərdi AFFA-nın “karuseli”ndə Yaşar Vahabzadə, Təbriz Həsənov, Mirbağır İsayevi “fırladırdılar”. Onların ad-sanını batırıb, el-aləmə rəzil edəndən sonra kursu əcnəbi məşqçilərə doğru dəyişdilər. Nə üçün başqalarına özünü göstərmək üçün şans verilmir, onların potensialı dəyərləndirilmir?! Yetərincə düşündürücü və ciddi məsələdi. Onsuz da hamımız bilirik ki, Azərbaycan futbolu təməli olmayan bina kimidi. Uşaq futbolu şikəst edilib, bölgələrdəki futbol məktəblərinin qapısı qıfıllanıb, aşağı yaş qrupları arasında çempionatlar isə görüntü xətrinə, sponsorlardan gələn pulların bölüşdürülməsi üçün keçirilir. Belədə Milan Obradoviç kimilərin Serbiyadan gəlib Azərbaycan futbolunu ağ günə çıxaracağı da utopiyadan başqa bir şey deyil.
Diqqətli dostlarımız bir məsələnin üstünü açıblar. Mən də baxdım, həm maraqlı gəldi, həm də hiddət doğurdu. Rəşad Sadıqovun çalışdırdığı vaxtlarda U-21 məğlub olan kimi AFFA-nın rəsmi sosial şəbəkə hesabları hesabı onun şəklinin fonunda, baş məşqçinin adı iri hərflərlə yazılmış formada verirmiş. Obradoviçin çalışdırdığı komanda Lixtenşteyndə rəzil olanda isə paylaşılan məlumatlarda baş məşqçinin adına rast gəlinmir, quru cümlələrlə məğlubiyyətin üzərindən keçilir. Bu da Elxan Məmmədovun və onun dəstəsinin futbolumuza gətirdiyi ikili standarların yeni təzahürü. Belə çıxır ki, Rəşad Sadıqovun vaxtındakı məğlubiyyətlər kimlərisə sevindirirmiş, Obradoviç uduzanda isə bunu ört-basdır etmək lazımdı. Bərəkallah sizin fərasətinizə!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar