09 in 15:37Yazar

“İnkişaf” yalanının müəlliflərinə Lixteynşteyn cavabı

Futbolumuzun, əsas yığmanın gələcəyi sayılan U-21 Lixteynşteynə uduzdu. Qeyd edək ki, bu “cırtdan” ölkənin U-21-inin tarixində ilk qələbədi. Biz artıq Lixtenşteynin futbol tarixinə düşməyə öyrəncəliyik. 1999-cu ildə əsas milli komandamız da bu məhz bu ölkənin futbolçularına səfərdə 1:2 hesabıyla uduzmuşdu və bu, Lixteynşteynin əsas millisinin tarixində ilk qələbə idi. Bu illər ərzində AFFA-nın neçə prezidenti dəyişdi, yığmalara neçə baş məşqçi gəldi-getdi, “peraşki” dövrü “qara kürü” dövrü ilə əvəz olundu, futbolun inkişafına aid 10 illik Dövlət Proqramı hazırlandı və futbolumuzaa milyonlar, bəlkə də milyardlar yatırıldı, silindi, yeyildi, dağıdıldı. Amma heç nə dəyişmədi. Onda da, indi də Lixteynşteynə uduzuruq. Bu məğlubiyyət mənə daha ağırdı. Dünən “cırtdanların” tarixinə düşən gənc futbolçularımızın sabah əsas millinin oyunçuları olacağını düşünəndə adamı vahimə basır. Bu 21 ildə dünya, Avropa bir yana, heç Rusiyaya, Türkiyəyə çıxacaq səviyyədə bir futbolçu yetişdirməmişik. Bu 21 ildə həmin futbolçunu yetişdirəcək savadda, qabiliyyətdə bir uşaq futbol məşqçisi yetişdirilməyib. Bu 21 ildə futbola rəhbərlik edənlər şəxsi büdcələrini ən azı 21 dəfə artırıb, amma futbolumuz yerində sayıb. Artıq gələcəyə ümidlə baxmaq “nənənin bığı olsa, baba olardı” deyiminə bənzəyir. Vallah, bu işin başını buraxmaq lazımdı. Dünyada bu qədər rəzil olduq, bısdi, yetər! Bu işi saxlayacaq, “stop” deyəcək bir adam lazımdı. Yəni inkişaf nağıllarına inanmaq limiti 21 dəfə dolub, artıq ən müqəddəs kitablarda ayə tapıb göstərsələr ki, Azərbaycanda nə vaxtsa normal futbol, futbolçu olacaq, yenə heç kim inanmayacaq. Səbr də bitib, inam da, iman da. Bitirin bu işi. Ləğv edin bu ölkədə futbolu! Vallah-billah, bu qədər yeyinti, bu qədər rüşvət, bu qədər korrupsiya heç harda yoxdu. Dövlət də, Allah bilir nə qədər pul ayırır uşaq futboluna,ümumiyyətlə, futbola. Nə uşaq futbolu var, nə də böyük futbolu. Boş vədlər, xəyallar-xülyalar… Dünyanın ən bədbəxt adamları azərbaycanlı futbol azarkeşləridi. Klub prezidentləri hər il “gələn mövsüm yaxşı olacaq” deyib, çapıb-talamağına davam edir. Millilərə cavabdeh şəxslər “Avropa, dünya çempionatlarının finallarına vəsiqə qazanacağıq” deyib, Lixteynşteynə uduzur. Nə klubları sevindirir, nə milliləri, nə daxili yarışlarda üzləri gülür, nə də beynəlxalq oyunlarda. Hələ arabir klublarının prezidentləri tribunalardan hansısa xoşuna gəlməyən söz eşidəndə onları həbsə də atdırır, hüquq-mühafizə orqanlarına çağırdıb hədə-qorxu gəlir. Futbolumuzun rəhbərlərindən, futbolçulardan, hakimlərdən , bu sahədə doğru və əyri yollarla “özünü tutan” başqalarından fərqli azarkeşlər futbolumuza görə yalnız itirir – pullarını, əsəblərini, sağlamlıqlarını, illərini… Azərbaycandakı futbol azarkeşlərinə yazığım gəlir. İstəyirəm deyəm ki, ay gözəl, saf, dəliqanlı insanlar, özünüzə başqa məşğuliyyət tapın. Enerjinizi başqa sahəyə - əvəzində sevinəcəyiniz, qazanacağınız bir sahəyə xərcləyin. Bunlar sizin gözümüzdən düşən bir damcı yaşa da layiq deyillər. Qoy bunlar öz biznesində olsun, siz də gəlməyin tribunalara, tribunada bir adam da olmasın, yalnız öz qohum-əqrəbaları, futboldan maddi qazanc görənlər gəlib otursun, öz əməklərinin məhsulunu özləri yesin. Bizə belə məhsul, bizə belə futbol lazım deyil! Və sonda. Rəşad Sadıqov U-21-ə niyə gətirilmişdi və niyə göndərildi? Obradoviçin Rəşaddan hansı üstünlükləri var? Hansı inkişaf var? Hansı yenilik, dəyişiklik edildi və edilir? Hansı? Bu suallara cavab tapsaz, Azərbaycan futbolunun inkişafının yolunu da görəcəksiz. Amma çox təəssüf ki, cavab yoxdu…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar