07 in 21:48Yazar

O söhbətin axırı nə oldu, AFFA?

Avropa Liqasının finalı tarixə qovuşdu. İnsafən, finalın yüksək səviyyədə keçdiyini, xalqımızın və dövlətimizin bu çətin sınaqdan üzüağ çıxdığını deməliyik. Bəli, bütün kütləvi tədbirlərdə olduğu kimi, Avropa Liqasının finalının təşkilində qüsurlar olmamış deyildi. Lakin ümumi götürəndə böyük futbol bayramının fonunda həmin qüsurlar elə də ciddi miqyaslı sayılmaz. Bu uğurda hər bir azərbaycanlının payı vardı. Deməli, sevinmək də hər birimizin haqqıdı. Ən azı yaxın qonşularımız olan ölkələrdən gələn dost-tanışımızın yanında qürrələnə, təşkilatçılıq bacarığımız və paytaxtımızın görkəmi ilə öyünə bilərik. Biz buna layiqik. Onsuz da sevinmək, qürrələnmək üçün səbəblərimiz elə də çox deyil. Belədə Avropa Liqasının parıltısının gözlərimizi qamaşdırmağında pis heç nə yoxdu.
AFFA da bu uğurda müəyyən pay sahibidi. Qurumun baş katibi Elxan Məmmədov yaxın ətrafıyla birlikdə finalın təşkliylə məşğul oldu. Nə vaxt dindirdilərsə, ya qonaq qarşılayıb-yola salırdılar, ya da ki başqa xırda-para problemlərin həllinə çalışırdılar. Təsadüfi deyil ki, AFFA İcraiyyə Komitəsinin ənənəvi mövsümsonu iclası da bu il xeyli yubandı, mayın sonlarında yox, iyunun əvvəlində keçirildi. Elə bu məqam da AFFA başbilənlərinin, konkret olaraq, şəxsən Elxan Məmmədovun özünün bir müddət Azərbaycan futbolu haqda düşünmədiyinin, öz futbolumuza vaxt ayırmamasının isbatıdı. Eybi yoxdu, mən bunda qəbahət axtarmıram. Amma bir halda ki, final artıq tarixə qovuşub, deməli, özümüzə qayıtmağın, futbolumuzun problemlərini xatırlamağın əsl zamanıdı. Düzdü, onlar ara versələr də, biz ara verməmişdik. Yenə də futbolumuzun problemlərini gündəmə gətirir, onlara diqqət ayırırdıq. Di gəl ki, AFFA rəsmilərinin bəhanəsi əllərinin altında idi: “Başımız Avropa Liqasının finalına hazırlaşmağa qarışıb”.
Verilən vədləri xatırlatmağımızda fayda var. Qoy AFFA-nın baş katibi Elxan Məmmədov verdiyi sözləri xatırlasın. Bu sözlərdən birini mən elə final qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında xatırladım. “Arsenal”ın baş məşqçisi Unay Emeri və futbolçular əcnəbi jurnalistlərin suallarını cavablayır, tez-tez erməni Henrix Mxitaryanın da adı çəkilirdi. Yadellilər öz şakərlərindən əl çəkmir, erməni dığasını yazıq, irqçiliyə məruz qalan futbolçu kimi təqdim etməyə çalışırdılar. Həm səslənən suallar, həm də onların cavabları bu siyasətə xidmət edirdi. Bu məqamda ingilis dilində mükəməl bilən, yaxşı dil qabiliyyətli azərbaycanlı jurnalistə ehtiyac var idi. Əcnəbilərin diqqətinə çatdırmaq lazım idi ki, dedikləri yalandı, Azərbaycan dövləti erməni futbolçunun təhlükəsizliyinə tam təminat verib, adam özü Bakıya gəlməkdən qorxub. Üstəlik də Mxitaryanın qorxusu heç də erməni olduğuna görə deyil. Erməni dığası üç dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, bununla da işğalçılara qahmar çıxıb. Bundan başqa, Henrix dəfələrlə işğalçı orduya, əli azərbaycanlı uşaqların qanına batanlara pul ayırıb. Bütün bu həqiqətləri həmin konfransda səsləndirməklə təbliğat maşınına tutarlı cavab vermək mümkün idi. Təəssüf ki, olmadı.
Ona görə olmadı ki, həmin həqiqəti deyəcək cəsarətə sahib olanlar yetərli dil bilgisinə malik deyillər. İngilis dilini bilən azərbaycanlı idman jurnalistləri isə bu məsələyə laqeydlik göstərdilər, “sükutu pozmağa” ehtiyac görmədilər. 2016-cı ilin əvvəllərində AFFA idman mediasıyla görüş keçirib, Media Komitəsi adlı qurum yaratmışdı. Şəxsən baş katib Elxan Məmmədov həmin görüşdə bildirmişdi ki, AFFA öz yanında Media Komitəsini məhz elə belə günlər üçün yaradır. Tarixi vərəqləsək, görərik ki, həmin toplantıdakı çıxışında cənab Məmmədov idman mediasının Bakıda keçiriləcək mötəbər futbol yarışlarının təbliğində önəmli rol oynayacağını, bunun üçün jurnalistlərə dil və peşə vərdişlərinin yüksəldilməsində kömək göstəriləcəyini demişdi. Amma ya niyyətləri saf olmadı, ya da ki təşkilatçılıqda ciddi qüsurlara yol verildi. Elə həmin səbəblərdən də keçirilən toplantıların, AFFA yanında Media Komitəsinin yaradılmasının, bu işə xərclənən pulların ciddi heç bir nəticəsi olmadı. AFFA-nın yaratdığı qurum mətbuat nümayəndələrinin dil biliyinin, peşəkarlığının yüksəldilməsinə yox, intiriqaların artmasına, jurnalistlərin münasibətlərinin sərinləşməsinə xidmət göstərdi. Çox keçmədi ki, AFFA-nın yaratdığı komitə faktiki dağıldı. Düzdü, AFFA İcraiyyə Komitəsi komitəni rəsmən ləğv etməyib, əksinə, onun yaşaması üçün baş katibliyə tapşırıq verib. Baş katiblik də bu məsələnin üstünü bərk-bərk örtüb. Sanki heç belə bir şey olmayıb.
Deməli, Mxitaryanla bağlı aparılan təbliğatlara, “Arsenal”ın mətbuat konfransında yaşananlara görə həm də elə AFFA-nın özü məsuliyyət daşıyır. Özlərinin ortaya atdıqları ideyanı sona kimi apara bilmədiklərinə, sağlam təməllər üzərində qurulacaq, inkişaf etdidiləcək media qurumu yaratmadıqlarına görə. Kim təminat verə bilər ki, gələn il keçiriləcək Avropa çempionatı zamanı da oxşar problemlər yaşanmayacaq? Qoy bunu 2016-cı ilin əvvəllərində idman mətbuatı barədə pafosla danışan baş katib də düşünsün, gec olmadan tədbirlər görsün.
P.S. Artıq xeyli müddətdi ki, “Futbol+” qəzeti dövlətin yardımından məhrum edilib. Qəzetin kollektivi “Futbol+”i yaşatmaq uğrunda mübarizə aparır, fədakarlıq edir. AFFA-dan isə indiyə qədər ölkənin bir nömrəli idman qəzetinin taleyi ilə bağlı heç bir dəstək gəlməyib. Qəribədi, deyilmi?!
Sizin AFFA-dan dəstək istəməyiniz düz deyil,niyəsini sizdə bilirsiniz amma yenede mən öz fikrimi deyim.Çünki,siz indiyə kimi Azərbaycan futbolunun problemlərini hər dəfəsində necə lazımdı bildirmisiniz.İstər normal tərzdə,istər sərt şəkildə bunu biz belə görmüşük.Bunlar da AFFA-ya sərf eləmədiyinə görə sizə dəstək gəlməyəcək.Əksinə sizin indi bu vəziyyətə düşməyiniz onlar da daxil çoxlarını sevindirir.

Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете
Используйте tor браузер он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность.


скачать tor browser 32 bit

https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar