07 in 14:12Yazar

60-a qədər və sonra

...9 mart 1986. “Neftçi” Moskva “Torpedo”sunu qəbul edir. İsgəndər Cavadov 33-cü dəqiqədə hesabı açsa da, təbii ki, bu çapda rəqiblərlə oyunlarda bir top elə də böyük üstünlük deyil. Həm də sənin tərəfini tutduğun tarixən qeyri-sabit komanda imicinə malik “Neftçi”disə... Nə isə, moskvalılar məğlubiyyətdən qaçmaq üçün təzyiqi artırıb, ekran önündə olan bizlər – 10-11 yaşlı uşaqlar gərginlikdən özümüzü itirmişik, Allaha dua edirik ki, “Neftçi” qələbəni əldən verməsin. Axı düz bir həftə əvvəl evdə zəhlətökən “Kayrat”a üstün olduğumuz oyunda uduzmuşuq, daha bir məğlubiyyəti isə qəbul etmək çətindi. Həmin 88-ci dəqiqə. “Neftçi”nin müdafiəçiləri topu dəf edir, sol cinahda, meydanın özümüzə aid hissəsində onu ələ keçirən Maşallah Əhmədov qırğı sürəti ilə irəliləyir, faktiki ona çatmaq mümkün deyil, moskvalı müdafiəçilər və qapıçı Sarıçev ayılana qədər artıq qapı toru silkələnir. Bu qolun oxşarını mən bir də 2014-cü il aprelin 16-da - “Barselona” ilə “Real”ın qarşılaşdığı İspaniya kubokunun finalında gördüm. Elə həmin sol cinahda topu ələ keçirən Beyl yolüstü Bartranı da “bazara göndərib”, kuboku komandasına qazandıran qolu vurdu.
Açığını deyim ki, futbolçuları yaddaşıma əsasən belə epizodlarla yazıram, sonra da xatırlamaq istəyəndə yola bu nöqtədən çıxıram. Tale elə gətirdi ki, sonradan Maşallah Əhmədovla dəfələrlə üz-üzə gəldim, onun haqda çox oxudum, veteranlarla jurnalistlərin oyunlarında yaşıl meydanda rəqib olduq, futbolçu kimliyindən və bəzi ...arzuolunmaz əməllərindən də xəbər tutdum. Srağagün 60 yaşını tamamlayan Maşallah bəyin taleyinə yazılan bəzi qaranlıq nöqtələrə məhz indi toxunmaq vicdansızlıq olardı. 2017-nin yanvar – oktyabr aralığını dəmir barmaqlıqlar arasında keçirən bu unikal futbol adamının, veteranların öz arasında “Məşdi” çağırdığı “Neftçi” əfsanəsinin get-gedə futbol ailəsinə qoşulmaq cəhdlərini görürəm və düzü, bu mənə ləzzət edir. Axı o, 80-ci illər “Neftçi”sinin əzəmətli “üçlüy”ünün vazkeçilməz halqası, uşaqlığımın qəhrəmanlarından biri idi. Həmin səksənləri bir daha yada salmaq, əslində yetərincə güclü heyətə malik “Neftçi”nin daim 13-15-ci yerlər arasında var-gəl etməsindən doğan təəssüfümü oxucu ilə bölüşmək istəmirəm. Nə olubsa, olub və indi artıq tarixin təkərini geri fırlatmaq mümkün deyil. Amma görünür, bu da taleyin qəribə yazısıdı ki, “Neftçi”ni sonuncu dəfə “33 ən yaxşı futbolçu” siyahısında da bir başqası yox, məhz 1986 mövsümündə 13 qol vuran Maşallah Əhmədov təmsil edib. Sol cinah hücumçusu mövqeyində, Bloxin və Rodionovdan sonra. Bilənlər bilir, bilməyənlərə isə xatırladım ki, “Neftçi” həmin mövsümə necə başlamışdısa, respublikada uşaqdan böyüyə hər kəs 66-da qazanılan “bürünc” medalın 20 illik yubileyində daha böyük uğur qazanılacağını düşünürdü. Amma nə oldusa, bir də onda ayıldıq ki, mövsüm bitir və “Neftçi” yenə 13-cü yerdədi...
“Neftçi” 88-də sovet futbolunun elitasından gedəndə Əhmədovun hələ heç 30 yaşı tamam olmamışdı. Əslində həmin futbol mövsümündə Azərbaycan heç futbol hayında da deyildi. Erməni-rus alyansının torpaqlarımızı qəsb etmək yönündə planları işə düşmüşdü, “Neftçi”nin oyunu, taleyi heç kimə maraqlı deyildi. Açıq etiraf etmək lazımdı ki, nəzarətsizlik üzündən respublikanın bütün futbol təsərrüfatı xarabalıqa çevrilməkdə, idman qurğuları və stadionlar başqa təyinatlar üzrə istifadə edilməkdə idi.
Amma bu yazının məramı başqadı. Mən daha çox şey gözlənilən, amma tale dolanbaclarında, zamanın ziqzaqlarında karyerasını istədiyi kimi bitirməyən, sonra da yolunu azan və nəhayət, doğru istiqamətə yürüməyə çalışan qəhrəmanım, “Neftçi”nin “Məşdi”si haqda duyğularımı bölüşmək istəyirdim. 60 yaş artıq bir insanın özü-özünə çox ciddi şəkildə hesabat verdiyi, səhvlərlə vidalaşıb, ancaq doğrulara tapınmalı olduğu dövrdü. Mənə elə gəlir ki, Maşallah Əhmədov da bunun fərqindədi. Yəqin elə buna görə son vaxtlar futbol klubunda təmsil olunmaq, bilik və bacarıqlarını yeniyetmələrə aşılamaq fikrinə düşüb. İsgəndər Cavadovla İqor Ponomaryovun məlum uğursuzluqları fonunda, bu, sevimli “üçlüy”ün daha bir nümayəndəsinin futbolda futbolçu yox, başqa statusla iz qoymaq baxımından bəlkə də sonuncu şansıdı. Eşidirsənmi məni, “Məşdi”?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar