02 in 12:56Yazar

“Qəbələ” haqda elegiya

Cavid Hüseynovun kiçik şedevri, Asif Məmmədovun tarixi qolu, Fariz Nəcəfovun azarkeşləri polis maşınından düşürməsi, “Panatinaikos” və “Lill” möcüzələri, anası ilə “peraşki” yeyən qaraca qız maraqlı bir film kinolenti kimi gözümdə və beynimdə canlanır... Düz 4 il əvvəl, bu vaxtlar “Qəbələ” Avropanın fəthinə hazırlaşırdı. Qeyri-futbol ölkəsinin qeyri-futbol şəhərinin təmsilçisi ilk mərhələdən başlayıb qruplara qədər gedib çıxacaqdı və bunu iki dəfə təkrarlayacaqdı. İsti bir yay günü “Keşlə”nin baş meneceri Eldəniz Yusifovla Qatar Airways şirkətinin “Bric Plaza”da yerləşən satış ofisinə yollanırıq. Bəxtimizdən Tiflisə biletlər tükənməyib. Və budu, artıq təyyarədəyik, eyni reyslə Gürcüstan paytaxtına yollanan “Qəbələ”nin indiki prezidenti Fariz Nəcəfovla görüşüb yerlərimizə keçirik. ...Eldəniz gürcü dilini bildiyindən qonşu ölkədə özümüzü qərib turist kimi hiss etmirik. “Qəbələ” ilə Tiflisə bir avtobus jurnalist gedib. Köhnə “Futbol+”çi Yusifovla hava limanından dərhal jurnalist dostlarımızın yanına yollanırıq. “Qəbələ”nin başında olan şəxslər bacarıqlı və gənc kadrlara güvənib, onlar da ümidləri artıqlamasıyla doğruldur. Bunu elə Tiflisdəki ab-havadan dərhal hiss etmək olar. Komandada gözəl dostluq mühiti var, Bakıdan gələn onlarla jurnalist mehriban münasibət görür və özünü doğmalarının yanındakı kimi hiss edir. Eldənizlə ekspromt yaranan bu səfərimizə görə peşiman olmuruq. Tam əksinə, “Qəbələ”nin tarixində avrokuboklarda ilk qola - Cavid Hüseynovun ifasında kiçik şedevrə canlı şahidlik edirik. Komandamız uduzsa da, oyunu gələcəyə nikbin baxmağa əsas verir. 9 iyul, 2015-ci il. Klubun təşkil etdiyi avtobusla jurnalist dostlarla “Gənclik”dən Qəbələyə üz tuturuq. Həmkarlar 2 gün əvvəl ata olduğumu bildiyindən səfərimə bir az təəccüblənir. Amma bu komandadan gözləntilərim çoxdu, stadiondan izləməliyəm! Yeni bir tarixin başlanğıcına canlı şahidlik edirəm: oyunun bitməsinə 5 dəqiqə qalmış meydana çıxan Asif Məmmədov son dəqiqədə hesabı açır və bu qol komandamızı növbəti mərhələyə yüksəldir. “Qəbələ”nin uğurlu Avropa yürüşü bax belə başlamışdı... Daha sonra klub, qeyd etdiyim kimi, iki dəfə Avropa Liqasının qrupunda oynadı. Bunu bütün Azərbaycan gördü. “Panatinaikos”, “Lill” kimi klublar məğlub edildi. “Qəbələ” Avropada Azərbaycan futbolunun brendlərindən birinə çevrildi. Qısa müddətdə bunu bacarmaq çox böyük uğur idi. Komandadaxili ab-hava, birlik-bütövlük ilə hamıya örnək göstərirdilər. Gözümün önündə avrokuboklarda xüsusən “Qəbələ” üçün ən uğurlu stadion sayılan “Bakcell Arena”da poliislər “Apollon”la oyundan sonra “Qəbələ” azarkeşlərini maşına doldurub aparanda Fariz Nəcəfovun qaçıb mane olması, sonda bütün azarkeşləri azad etdirməsi dayanır. Azarkeşlərini polisə vermək, həbsə atdırmaq yolunu seçməmişdi “Qəbələ”, ümumiyyətlə, Azərbaycan futboluna tam başqa təfəkkürdə bir klub idarəçiliyi gəlmişdi. Və bunun qarşılığı mütləq olmalıydı, süni maneələr olmasa, tez, olsa, bir qədər gec nəticələr qazanılacaqdı... Amma ən vacib oyunlarda da Qəbələ stadionunun tribunaları dolmurdu... Komanda Qəbələdən çox kənarda sevilirdi və bu bəlkə də dünyada bir ilk idi. “Qəbələ” həm əsas komandada, həm də akademiyada aparılan düzgün işin sayəsində futbolumuzun dəyərinə çevrildi. “Qəbələ”nin yetirmələri müxtəlif milli komandalarda, əcnəbi klublarda çıxış edir. “Qəbələ”də ən azı 5 gənc peşəkar kadr var ki, hərəsi bir premyer-liqa klubunda prezident olacaq potensiala malikdi. Bu heyət bu gün Avropa Liqasında pley-off, premyer-liqada çempionluq hədəfi qoyub məqsədə çatacaq bacarıqdadı. “Qəbələ”nin bazası da, akademiyası da ölkədə ən yaxşıdı. “Qəbələ” ölkədə ən güclü seleksiyaya, ən güclü akademiyaya, ən güclü idarəçilərə və legionerlərə malikdi. Məntiqlə klub indi qarşısına daha böyük hədəflər qoymalıdı. Amma bura Azərbaycandı və artıq “Qəbələ”yə sahib çıxılmasa, sabah “Bakı”nın, “Xəzər-Lənkəran”ın, “Karvan”ın, “Simurq”un, “MKT-Araz”ın və başqa tarixə gömülən klubların aqibətini yaşaya bilər. Bu mövsüm cəmi bir oyunda olmuşam. Onda da təsadüfən Qəbələdə - qonaqların qələbəsi ilə bitən “Qəbələ” - “Qarabağ” oyununda. Tribunada bir kənarda oturub oyuna tək baxırdım. Matçı izləyənlər arasında çox arıq, bəlkə də anoreksiyadan əziyyət çəkən bir qızcığaz diqqətimi çəkdi. Həmin qaraca qız anası ilə gəlmişdi və “Qəbələ” akademiyasının futbolçularıyla söhbətləşirdi; bir-birini tanıyırdılar, görünür, sadiq azarkeş idi. Bu qızcığaz modellər kimi formada qalmaq üçün dieta tutub anoreksiya olmamışdı. Bu qızcığaz kasıblıqdan, aclıqdan bu görkəmdə idi... Oyunun sonunda “peraşki” satanlar endirim elan edəndə qızla anası ciblərində olan qalan qəpik-quruşu verib qarınlarını doydurmağa çalışdılar. Bu səhnəyə baxıb başımı aşağı salmışdım, gözümdən qeyri-ixtiyari yaş gedirdi. “Qəbələ” bəlkə də o qızcığazın yeganə sevinc mənbəyi idi... ...Gözümdən keçən kinolentin finalı sanki Naxçıvanda oldu. Bütün komanda, azarkeşlər, futbolçular, rəhbərlik, “Qəbələ”ni sevən, könül verən hər kəs möhtəşəm bir filmin – “Oskar”lıq bir filmin duyğusal sonu üçün səhnədə idilər... Daha sonra Avropa Liqasının Bakı finalının kölgəsində qalan mərasim - kubokun Qəbələdə yerli əhaliyə təqdimatı oldu. Klubun Respublika Günündə stadionda təşkil etdiyi belə bayrama icra başçısı təşrif buyurmadı. Deyilənə görə, xaricdəymiş. Səbəbini bilmirəm, təki salamatçılıq olsun. Amma üzürsüz səbəbdisə, deməli, bu rayona futbol lazım deyil... “Qəbələ” FK-ya isə boz futbolumuza rəng, həvəskar futbolumuza peşəkarlıq, uğursuz futbolumuza uğur gətirdiyi, məğlub psixologiyamızı sındırıb bizi möcüzələrə inandırdığı üçün böyük təşəkkürlər!!!
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность.


скачать tor браузер

https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar