31 may 17:18Yazar

Portuqaliya “tərbiyəsi”

“Danışdığımız vaxt neçə dəfə nəfəs alıb-verməyimi də yazaydın gərək” - üç gün əvvəl müsahibə götürmək üçün zəng vurduğum Budaq Nəsirovun ertəsi “vatsap”ıma göndərdiyi mesajdı. “Sportinq”lə müqaviləsinin nə yerdə olmasıyla bağlı verdiyim suallara aldığım cavabları qəzet səhifəsinə yerləşdirməyim kişinin oğlunun xoşuna gəlməyib. Müsahibə vermək istəmədiyini demişdi axı. Qəzetdəki açıqlamasını oxuyub və qərara gəlib ki, jurnalistə, yəni bəndənizə belə bir mesaj yazsın.
Təbii, lazım olan cavabı aldı: “bu nə danışıqdı? Ağlını ona-buna vermə, başını aşağı sal, futbolunu oyna”. Mesajı oxuyan kimi də ərinməyib zəng vurasan ki, necə yəni ağlımı ona-buna verməyim. Bu suala da lazım olan cavabı alır və başından böyük səhvə yol verdiyinin fərqinə varıb, dəstəyi asır. İşimiz telefonda “söhbət çürütmək”, yaxud kiminsə səhvini başqa yollarla başa salmaq deyil. Bacardığımız, vəzifə borcumuz yazmaqdı deyə, bəzi incəlikləri ona elə qəzet səhifəsində başa salacam.
Boyu kimi futbolçu adı da böyüməyən Nəsirov soyadlı biri – futbolçu deməyə adamın dili də gəlmir – Portuqaliyadan qayıdandan sonra, görünür, özünü böyük adam zənn etməyə başlayıb. Dünənə kimi ölkənin ortabab klublarında var-gəl edən bu adamın Vaqif Heydərlinin şəxsi münasibətləri sayəsində “Sportinq”ə ayaq açmasından sonra üzümüzü ağ edəcəyini düşünsək də, bizi də, özünü də kömür rənginə salıb geri qayıtdı. Qaytardılar deyək, sanballı olsun. Portuqaliyada olduğu iki il müddətində heç nə ilə yadda qalmayan, əsas komanda bir tərəfə, heç B komandasında möhkəmlənə bilməyən bəstəboy indi vətəndə özünə yeni iş yeri axtarır. Pireney yarımadasında legioner həyatı yaşayıb “Zirə”də özünə yer edə bilməyən birinin iddialı komandalardan hansısa birinə lazım olacağı inandırıcı deyil. Olsa-olsa, yenə “Sumqayıt”a qayıdacaq, ya da mövsümü sonuncu pillədə başa vuran “Keşlə”də oynayacaq. Budağa qarşısında aciz qaldığı və buna görə də müsahibədən boyun qaçırdığı bir neçə sualım var.
Merih Dəmiral yadındadı? “Sportinq B”də səninlə komanda yoldaşı olmuşdu. Bir yatıb, bir dururduz, bir yeyirdiz, bir qaçırdız. Eyni meydanda eyni topla eyni baş məşqçinin tapşırıqlarını yerinə yetirirdiz. Həm də səndən iki yaş balaca idi. “Sportinq B” onu “Fənərbaxça”dan icarəyə götürəndə 18 yaşı vardı. İndi hardadı, bilirsən? Əminəm ki, bilirsən. Qoy oxucular üçün də xatırladım. Adam son mövsümün ikinci yarısını “Sassuolo”da keçirib, öz oyunu ilə “Yuventus”un diqqətini çəkməyi bacardı. Yəni sənin iki ildə edə bilmədiyini türk cocuq 6 aya etdi. Bu gün turinlilər Melihə görə 20 milyon avro ödəməyə hazırdı. Yəni sənin xəyal etdiyin yox e, xəyal edə bilməyəcəyin zirvədədi. Bəs sən hardasan? Nə edirsən?
İki il Portuqaliyada oldun. Futbol mənasında yaxşı nəsə qazana bilmədiyini istər U-21-dəki, istərsə də “Zirə”dəki oyunun göstərdi. Bir çox azərbaycanlı balalarının arzusunda olduğu imkan sənə yaradılmışdı və sən o şansı xaincəsinə ayaqlarının altına atıb əzdin, tapdadın, üstündən də bir bardaq su içdin. Sadəcə, Lissabonun havasını uddun, Ronaldonun vətənini gəzib qayıtdın. Futbolun sirləri bir tərəfə, de görüm, portəgiz dilini öyrəndinmi? Bu gün zəng edib hal-əhval tutacaq 3-5 dost qazandınmı? Sabah yolun o tərəflərə düşsə, qapısını döyəcəyin biriləri varmı? İnanmıram. Çünki avropalılardan nəsə öyrənsəydin, onlarla 3-5 kəlimə söz kəssəydin, bu gün özündən 15 yaş böyük jurnalistə o sözləri yazmaz, sonra da utanmaz-utanmaz zəng edib “başa düşmədim, o nə sualdı” soruşmazdın.
Tək vətəndə yox, həm də Portuqaliyada səni məşhurlaşdıran hərəkətin vardı. Oyunda olmadığın halda kənara çıxmaqda olan topa toxunub sarı vərəqə almışdın, həm də rəqibin xeyrinə, öz komandanın ziyanına olan penalti qazandırmışdın. Təbii ki, yadındadı. De görüm, həmin olaydan sonra komanda yoldaşlarından biri sənə “oyun qaydalarından xəbərin yoxdu” sualını vermədi? Ya da etdiyin uşaq əməli ilə meydanda can qoyan futbolçuların gözlərinin içinə necə baxdın?
Əslində aydınlıq gətirməli olduğun sualların sayı çoxdu. Özün də bunun fərqindəsən. Və buna görə də jurnalistlərdən uzaq durmağa, müsahibədən qaçmağa çalışırsan. Çünki deməyə sözün yoxdu, Lissabondakı iki ili təsvir etmək bacarığına sahib deyilsən. Öz işindi – danışsan da, danışmasan da, futbol oynamağı öyrənsən də, öyrənməsən də. Amma özünü aparmağı, xüsusən də jurnalistlə davranmağı bacarmaq boynunun borcudu. Bu şeyləri sənə orta məktəbdə öyrətməyiblərsə, Portuqaliya təcrübəsi də nəsə qazandırmayıbsa, yazıq sənin halına. Ən yaxşısı burax futbolun başını, boşuna topun dalınca qaçma. Əlinə bir təsbeh al, fırlat, “söhbət xırdala”, kriminal hesablaşmalara get. İndiki halınla sənə yaraşan bunlardı. “Sportinq”in formasını geyənimə bax...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar