29 may 16:24Yazar

Tofiq Bəhramovla bağlı bir təklifə sözardı

Avroliqa və yenə də Avroliqa... Gələn həftə gündəmin mövzusu Bakıda cüt seçmə oyun keçirəcək yığmamız olacaq. Bu günün, ümumiyyətlə, bu həftənin qəhrəmanı isə ...Avroliqadı. “Arsenal”la “Çelsi”nin final hesabları yalnız özlərinə və bu klubların ölkəmizdəki azarkeşlərinə maraqlıdı, onları düşündürə bilər. Belə baxanda qalibə çatacaq əlavə 4 milyon avro İngiltərənin nəhəng klublarının büdcəsi üçün elə də böyük məbləğ deyil. Əlbəttə, Çempionlar Liqasına vəsiqə, bununla da gəlirlərini önəmli dərəcədə artırmaq başqa məsələdi. “Çelsi” ÇL hədəfinə çatıb, “Arsenal” isə qitənin ən nüfuzlu turnirinə Bakıdan tullanmaq üçün əlindən gələni edəcək. Açığını deyim ki, şəxsən mənim üçün bu məqamların heç biri maraqlı deyil. Stadiona da ilk növbədə ölkəmin ünvanına hərzə-hədyan yağdıran, Azərbaycanı dünyada ləkələməyə, bununla da dolayısıyla Qarabağla bağlı haqlı davamıza əngəl olmağa çalışan ingilislərin “Arsenal” aldı təmsilçisinin elə bu ölkənin bir başqa təmsilçisi tərəfindən cəzalandırılmasını izləməyə gedəcəm. Alınsa, lap yaxşı. Alınmasa da, dəsmal götürüb ağlayası deyiləm...
Azərbaycanın finalın təşkilinə çəkdiyi xərcləri bu oyundan götürə bilməməsi də tam real, ən azı bu gün etibarı ilə həqiqətə yaxın variantdı. Amma o da sirr deyil ki, ölkə, millət, toplum olaraq bu oyunun maliyyə yox, mənəvi tərəfləri bizim üçün önəmlidi. Yəni Avropa ilə Asiya arasında körpü rolunu oynayan ölkəmizi dünyada daha da yaxından tanıtmaq, dünyagörüşümüzün və yaşamımızın sivil dəyərlər üzərində qurulduğunu göstərmək baxımından əlimizə əlahiddə gözəl imkan düşüb. Finalın təşkilatçıları da bu məqamın fərqindədi və bildiyim qədər nələrsə etməyə çalışırlar.
Toxunmaq istədiyim məqam isə başqadı. Mənə elə gəlir ki, İngiltərədə futbolla məşğul olan hər kəsin məhz azərbaycanlıya – mərhum hakim Tofiq Bəhramova bir vəfa borcu var. 1966-cı ildə onun bu gün də dartışılan qərarı sayəsində tarixində ilk və sonuncu dəfə dünya çempionu olan bir xalq ən azı ikinci belə uğura qədər bu ünlü hakimi unutmamalı, hörmətini ondan əsirgəməməlidi.
Bir neçə gün əvvəl mediada AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırovun maraqlı təklifinə rast gəldim: “Erməni diplomatiyası başımızı Mxitaryan məsələsinə qatdı və çaşdırdı... Amma yaxşı olardı ki, oyunöncəsi hər iki komandanın üzvlərinin Tofiq Bəhramovun heykəlini ziyarət etməsi protokola salınaydı! Və bütün ingilislər görəydi ki, finalın Azərbaycanda keçirilməsinə bu ölkənin nə qədər böyük haqqı var! Futbol İngiltərədə yaransa da, axı ingilislər Bəhramovun hesabına bircə dəfə dünya çempionu olub”.
Şahin bəyin təklifi ilk baxışdan bir qədər emosional xarakter daşısa da, belə məqamları UEFA ilə razılaşdırmaq praktiki cəhətdən hər nə qədər çətin görünsə də, məncə, çox əvvəldən bu ideyanı ortaya atmaqla hansısa formada gerçəkləşdirmək olardı. Vacib deyil ki, bütün komanda üzvləri Tofiq bəyin heykəlini ziyarət etsin. Hər iki klubdan kiçik nümayəndə heyətinin mərhum referinin adını daşıyan stadiona baş çəkməsi, heykəl önünə çiçək qoyması heç də artıq hərəkət olmazdı. Biranlıq təsəvvür edək ki, eyni kart ermənilərin əlinə düşüb. İndi ondan yararlanmaq üçün o qədər yollar, mexanizmlər düşünərdilər ki... Adamlar əslində təəbəsi olduğu Osmanlı İmperiyasının üzünə ağ olduqlarına görə cəzalandırıblar, amma 104 ildi bu itaətsizliyi dünyaya soyqırım kimi qəbul etdirmək inadından, həyasızlığından əl çəkmirlər. Yox, onlara oxşamağa, eyni addımları atmağa çağırmıram. Amma əlimizə təbliğat üçün belə gözəl imkan və ya sadəcə, Azərbaycanı yamanlayan ingilisləri dünyaca ünlü referinin heykəli önündə sayğı duruşuna məcbur etmək şansı düşübsə, niyə də bundan yararlanmayaq? Mənə elə gəlir ki, heç bu gün də gec deyil!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar