29 may 16:19Yazar

Qələbə günü

Dünyanın ən xoşbəxt futbolsevərləri indi Bakıdadı. Paytaxtımızda bayram bayrama qarışıb. Respublika Günü ilə Avropa Liqasının finalının az qala eyni günə təsadüf etməsi, necə deyərlər, ürəyimizin düzlüyündəndi. Əlbəttə, Avropa Liqasının finalı bir gün tez keçirilsə, daha gözəl olardı. Dünya Azərbaycanın Respublika Günündən xəbər tutar, bəziləri bu mövzunu araşdırardı. Nə qədər istəsək də, Azərbaycan hələ ki qitədə və dünyada o qədər də tanınan ölkə deyil. Ölkənin özünü tanımırlarsa, başqa hansısa mövzulardan, problemlərindən xəbərdar olmaları mümkünsüzdü. Bu mənada finalın Respublika Gününə təsadüf etməsi işimizə bir qədər də yarayardı. Amma istənilən halda, Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycan üçün indiyə kimi alternativi olmayan bir təbliğatdı. Finalın mayın 29-da olması isə bayramımızı bir az da uzadacaq. İnanaq ki, nə vaxtsa mayın 28-də Çempionlar Liqasının finalını qonaq edərik və ölkəmizin nümayəndələri məhz bu günün üstündə israr edər.
Təəssüf ki, bu günədək Azərbaycanda keçirilən ən böyük idman tədbirini, ən böyük futbol matçını, ən möhtəşəm beynəlxalq miqyaslı hadisəni stadiondan izləyə bilməyəcəm. Şəxsi məsələlərlə bağlı vətəndən kənardayam. Finala aldığım biletləri isə “Ayntraxt”ın azarkeşlərindən ilhamlanıb uşaqlara verdim. Məni o matçda tribunada qardaşoğlum, balaca futbolçu Yusif təmsil edəcək. Finala yüksələ biilməyən frankfurtluların bu jesti Bakı-2019-un ən unudulmaz xatirələrindən olacaq. Ümumiyyətlə, əminəm ki, Bakı finalı yalnız xoş xatirələrlə azarkeşlərin yaddaşında iz buraxacaq. Azərbaycanın artıq yetərincə böyük yarışlar keçirmək təcrübəsi var. Belə bir mötəbər matçın Azərbaycana verilməsinə, yumşaq desək, sevinməyənlər olsa da, bu dəfə də ən yaxşısını edəcəyik.
Avropa Liqasının finalını AÇ-2020 ərəfəsində sınaq matçı da adlandırmaq olar. Bu günədək heç bir idman yarışında, ümumiyyətlə, heç bir tədbirdə heç vaxt Bakıya bir gündə bu qədər turist gəlməyib. Paytaxtımız bu sınaqdan üzüağ çıxacaq, şübhə etmirəm. Baxmayaraq ki, bu turistlər dünyanın ən çılğın futbol fanatları ingilislərdi. Və bu çılğın fanatlar Bakıda London derbisində üz-üzə gələcəklər. Belə bir prinsipial qarşılaşmanın öhdəsindən layiqincə gələ bilsək, gələcəkdə dünya çempionatı daxil heç bir futbol turnirini keçirmək Aərbaycan üçün çətin olmayacaq. Bu bizim üçün çox yaxşı təcrübədi.
“Pis qohumdan yaxın qonşu yaxşıdı” deyiblər. Pis qonşudan kim yaxşıdı - özünüz seçin. Amma etiraf etməliyik ki, qonşularımız finala damğa vura bildi. Henrix Mxitaryan “Arsenal”ın aparıcı futbolçusu deyil, heç əsas heyət oyunçusu da deyil, son xəbərlərə görə, londonlular onu istəmir və yaxın günlərdə başqa kluba keçidi rəsmiləşəcək. Bu məsələnin futbol tərəfi. Yəni anlaşılır ki, Bakı finalında bu adda futbolçunun iştirak etməməsi komandası üçün zərrə qədər də itki deyil.
Məsələnin mənəvi tərəfi isə daha pisdi. “Arsenal” kimi nəhəng klubda çıxış edən bir futbolçu niyə terrorçulura, işğalçılara, daşnaklara silah, pul və başqa hər cür dəstəyi verməli, Azərbaycanın işğal olunmuş torpaqlarına dəfələrlə bu məqsədlə səfər edib, işğalçılardan orden almalıdı, ümumiyyətlə, niyə başını aşağı salıb işini görmək – futbol oynamaq əvəzinə çirkin siyasi oyunların alətinə çevrilməlidi? Mxitaryan bu yolu özü seçib. Dövlətimizin bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməməyi də özü seçdi. Məqsədi, məramı bəlli idi... Hər belə yarışın Azərbaycanda keçirilməsi ölkəmizin adına qələbədi. 2019-cu ilin 29 mayı da Azərbaycanın kiçik qələbəsidi.
Deyilənə görə, Mxitaryanın beynəlxalq karyerasında, Donetsk “Metallurq”una keçidində, orda gənc yaşında kapitan sarğısı almasında, ümumiyyətlə, legioner karyerasının uğurlu alınmasında Ukraynada yaşayan bir azərbaycanlı iş adamının böyük köməyi olub. O, Henrixə atası Hamletin etmədiyi köməyi edib, dəstəyi verib. Görəsən, həmin həmyerlimiz bilsəydi ki, həmin ayağa qaldırdığı Mxitaryan zaman gələcək 14 aylıq məsum qızcığaz Zəhranı, onun kimi neçə körpəni, uşağı, qadını, qocanı, dinc insanları qətlə yetirən, əsir götürdüklərinə qarşı heç bir insanlıq çərçivəsinə sığmayan vəhşiliklər edən, Azərbaycan torpaqlarını işğal edən terrorçulara maddi, mənəvi dəstək verəcək, onlara silah verəcək, onlardan orden alacaq, nə edərdi?!
“Arsenal” kimi superklubda çıxış etsə də, dünyəvi futbolçu, ən əsası adam ola bilməyən Mxitaryanın Bakıya gəlməməsi onun daşnak mahiyyətinin növbəti sübutudu.
Ermənistan hakimiyyətinin quluna çevrilən Henrix bu addımı ilə klubu “Arsenal” və Britaniya hökumətinin Azərbaycan haqda yalan, iftira və böhtanlarla dolu açıqlamalar, bəyanatlarla Avropa Liqasının Bakı finalına, ölkəmizin adına kölgə salmaq istəsə də, düşündüklərinin tam əksini görəcəklər.
Ötən mövsüm Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində də olmazın yalanları, böhtanları yazırdılar. Amma dünya çempionatı başladı, gəlib öz gözləri ilə ölkəni gördülər və Rusiyanı sevdilər, DÇ bitəndən sonra belə burdan ayrılmaq istəmirdilər. Bu səbəbdən Rusiya prezidenti Vladimir Putin DÇ-yə gəlmiş bütün turistlərin vizasının müddətinin ötən ilin sonuna kimi uzadılmasına qərar verdi. İnanıram ki, Avroliqa finalı üçün Bakıya gələn turistlər də Azərbaycanı sevəcək.
“Arsenal” və Britaniya hökuməti isə finala qədər atdıqları addımlara, etdikləri hərəkətlərə görə utanacaq, xəcalət çəkəcək. Bu arada “Çelsi”yə və onun prezidenti Roman Abramoviçə, sadəcə, “respect” demək istəyirəm. Ən azı futbolu siyasətə qatmaq və bənzər çirkli oyunlarla özlərini əvvəlcədən gözlənilən məğlubiyyətdən “sığortalamaq” cəhdləri etmədikləri üçün!
Güclü olan meydanda qalib gələcək, meydandan kənarda olanlar isə, dediyim kimi, sadəcə, “Arsenal” adına ləkə kimi tarixdə qalacaq.
Nəticədən asılı olmayaraq, bir qalib indidən bəllidi. Biz qalibik! Azərbaycan qalibdi! 29 may bizim qələbə günümüzdü!
Sonda finalı stadiondan, fanatlar arasından izləyəcək bütün azarkeşləri həmkarım Sənan Şəfizadənin “finala Azərbaycan bayrağı ilə gələk” ideyasını dəstəkləməyə çağırıram. Respublika Günümüzü və finalı bundan gözəl qeyd etmək olmaz! Dünyaya, oyunu izləyəcək 1 milyard insana Azərbaycandan bundan gözəl mənzərə göstərə bilmərik.
Bayramlarınız mübarək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar