28 may 19:35Yazar

Nağara səsindən gileylənməsələr, yaxşıdı...

Bakı böyük oyunun həyəcanını yaşayır. Şəhərin mərkəzində çərşənbə günü burda Avroliqanın finalının keçiriləcəyini xatırladan çoxlu əlamət var. “Azneft” dairəsinə qoyulan topdan, yol kənarlarındakı nəhəng plakatlardan tutmuş Dənizkənarı Bulvarda təşkil olunan Azarkeş Festivalına qədər. Düzdü, hələ ki ingilis fanatlar tək-tük gözə dəyir. Amma Böyük Britaniya mətbuatının bütün antitəbliğat cəhdlərinə rəğmən, qarşıdakı günlərdə onların sayının artacağına şübhə etməyə dəyməz. Ümid edirik ki, başında Henrix Mxitaryanın dayandığı ləkələmə, qaralama kampaniyası iflasa uğrayacaq və ölkəmiz uğurlu təşkilatçılıqla daha böyük yarışlara iddiasını davam etdirə biləcək.
Tarixi mənbələrdə hələ 16-cı əsrdən – Səfəvilər dövründən ingilislərlə sıx əlaqələrin olduğu göstərilsə də, 19-cu əsrin 70-ci illərindən etibarən Azərbaycanda neft sənayesinin inkişafı İngiltərə ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. “Əsrin müqaviləsi”ndə Böyük Britaniyanın "British Petroleum" və "Ramco" ilə təmsil olunması isə az qala orta məktəb єagirdlərinə də bəllidi. Kəsə demək istədiyim mətləb odu ki, bu qədər sıx əlaqələri, azərbaycanlıların dünyaya bəlli qonaqpərvərlik institutunu heç komandanın əsas oyunзusu belə sayılmayan erməninin siyasi-təbliğati maraqlarına qurban vermək olmazdı. “Arsenal” düşərgəsi bunu çox gec, artıq tribunaların böyük əksəriyyətinin “Çelsi”nin tərəfini tutacağını öyrənəndən sonra anladı. Şəxsən mən Məsut Özilin “tvitter” mesajını da səmimilik əlaməti saymıram. Ötən il Bakıda necə qarşılandığını görən türk qardaşımız İngiltərə publikasını daha erkən ayıltmalıydı.
Hər halda, indi finala qədər olan dövrü xarakterizə edən ayrı-ayrı məqamlar üzərində xüsusi dayanmağın vaxtı deyil. Bir halda ki “Arsenal” artıq Bakıdadı, özü də biz onları nağara ilə qarşılayıb, otelə yerləşdirmişik. Yeri gəlmişkən, bu nağaraya da bir elə ehtiyac yox idi. Öz aramızdı, kim zəmanət verir ki, “topçular” vətəndə dönəndən sonra uzun uçuşdan sonra nağara səsinin başlarına düşməsindən gileylənməyəcəklər?! Bizdə bu qonağa xoş görünmək, onun könlünü oxşamaq istəyi bəzən lap maniakal xarakter alır.
Azərbaycanın bu finalda iştirakı, təbii ki, təşkilatçı, ev sahibi statusu daşıyır. Bu statusun gətirdiyi məsuliyyət, hüquq və öhdəliklər öz yerində. Amma sirr deyil ki, zəmanəmizdə istənilən təєəbbüsün həm də iqtisadi əsasları təmin olunmalıdı. Yəni Azərbaycan dövləti finalın təєkilinə xərclədiyi 7 milyon dolları qaytaracağına ümid edir ki, bu da yalnız əcnəbilərin ölkəmizə kütləvi axını, Bakıda səxavətlə pul xərcləməsi sayəsində mümkündü. Əlbəttə, bu o demək deyil ki, otel-hostel biznesində, iaşə sektorunda çalışanlar bura gələn əcnəbilərə potensial avro, funt sterlinq gözüylə baxsın, qəfil, birdəfəlik varlanmaq həvəsinə düşsün. Düz bir il sonra qitə çempionatının final mərhələsinin dörd oyununun da Bakıda keçiriləcəyini nəzərə alsaq, bugünlərdə ölkəmizə gələn əcnəbilərin burdan ən xoş təəssüratla ayrılması həm də gələcəyə qoyulan yatırım olardı.
...Birvaxtlar Avroliqanın finalını qəbul etmək bizə arzu, xəyal kimi görünə bilərdi. Amma fakt budu ki, Azərbaycanın indiki azarkeş, jurnalist nəsli tarixi olayın iştirakçısı və şahididi. İndi biranlıq belə tarixi oyunlarda tərəflərdən birinin ölkəmizin təmsilçisi ola biləcəyini təsəvvür edin. Təsəvvürə gətirmək belə adamı həyəcanlandırır, duyğularını qarışdırır. Bəlkə də bu arzu gerçəkləşəcək, bəlkə də elə ürəyimizdə torpağa qarışacaq. Hələlik indinin ehtirasını yaşamağa, Avropanın diqqətinin Bakıya yönəlməsini seyr etməyə və qürurlanmağa dəyər. Xoş gəldin, Avroliqanın finalı!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar