23 may 20:17Yazar

İngilislər baş katibi niyə məyus etdi?

AFFA-nın baş katibi Elxan Məmmədovun başı yaman qarışıqdı. Cənab Məmmədov ingilis fanatların Bakıya gəlişinə sevinməyə macal tapmadı. Baş katib ingilislərə pivə satışından əldə olunacaq gəlirin hesab-kitabını aparmaqdaykən ortaya ciddi problemlər çıxdı. Məlum oldu ki, “Arsenal” tərəfi özünü küsəyən və cığal uşaqlar kimi aparmağa başlayıb. Adamlar az qalırlar “bizim topumuzu özümüzə verin, biz Bakıda top-top oynamırıq” desinlər. Sözsüz ki, “topçular”ın bu cığallığı bütünlükdə obyektiv səbəblərə söykənmir, məsələnin mahiyyətində başqa barmaqlar da var. Amma nə etmək olar?! Biz qonaqpərvər xalqıq. Avropa Oyunları zamanı ölkəmizə gələn əcnəbi idmançıların səfər xərclərini üzərimizə götürməyimiz başqalarını da həvəsləndirib. İndi bir futbol komandası nədi ki, onun da könlünü xoş edə bilməyək?!
Öz aramızdı, erməni Henrix Mxitaryanın formasını geydiyi London klubunun naz eləməsi ingilislərin xeyrinə oldu. Təsadüfi deyil ki, dərhal AZAL Bakıdakı hava limanının xüsusi rejimdə işləyəcəyini, paytaxtımıza gələcək təyyarə reyslərinin və onların göyərtəsində olan qonaqların rahat qarşılanması üçün əllərindən gələni edəcəklərini bəyan etdi. Daha sonra da UEFA finalçı komandaların, yəni “Çelsi” ilə “Arsenal”ın azarkeşləri üçün ayrılan biletlərin sayını çoxaldıb. Necə deyərlər, “Arsenal” hay-küy salır, “Çelsi”nin də işi onların sayəsində rahatlaşır. Proses hələ də davam edir. İş o yerə gəlib çatıb ki, təşkilat komitəsi bilet satışı ilə bağlı elanları sosial şəbəkələrdə reklam etməyə başlayıb. Deməli, “Arsenal”ın son davranışları və sadalanan çətinliklər təkcə ingilis azarkeşlərin yox, neytral futbolsevərlərin, Bakıya səyahətə gəlməyə hazırlaşan başqa ölkə vətəndaşlarının da planlarına təsir edib. Görünən odu ki, Elxan bəy özündənrazı ingilislərin Bakıya gəlməsini, Avropa Liqasının finalında iki London təmsilçisinin qarşılaşmasını arzulamaqla işləri korlayıb. Biz də qalmışıq bu ingilislərin əlində, işimiz-gücümüz onların nazını çəkmək, Azərbaycan əleyhinə təbliğatının cavabını verməkdi. Buna deyərlər, “qaş düzəldən yerdə vurub gözü də çıxarmaq”.
Əlbəttə, bir azərbaycanlı kimi bu vəziyyət bizi də narahat edir. Canımızdan artıq sevdiyimiz vətənimiz belə saymazyana münasibətə layiq deyil. Biz dünyanın ucqarında yerləşən “banan respublikası” deyilik. Babalarımız Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə hələ 101 il bundan əvvəl şərqin ilk demokratik cümhuriyyətini qurub, dünyəvi dəyərlərə üstünlük verən dövlətçilik ənənələri yaradıblar. Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra 70 ilə yaxın imperiyanın əsarətində yaşasaq da, dəyərlərimizi, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq. Təsadüfi deyil ki, Azərbaycan həmin 70 il ərzində də şair və yazıçıları, elm adamları ilə tanınıb, vətənimizin ən ucqar kəndində belə məktəblər açılıb, hər kəs yazıb-oxumağı bacarıb. İndi kimlərəsə gülməli, əhəmiyyətsiz kimi görünə bilər. Amma həmin dövrlər üçün bu məqamlar heç də sıradan iş deyildi. Elə bütün bunların sayəsində də biz öz milli kimliyimizi qorumağı bacardıq. Sovet İmperiyasının süqutuna aparıb çıxaran milli azadlıq hərəkatlarının ən güclülərindən biri də məhz Azərbaycanda başladı.
Müstəqilliyimizi bərpa etdikdən sonra da biz eyni cığırla yürümüşük. Təkcə dövlət siyasətində yox, elə idmanda da Avropanın bir parçası olmuşuq. Təsadüfi deyil ki, rəhmətlik Fuad Musayev AFFA-nı formalaşdırdıqdan sonra israrla onu Asiyanın yox, məhz Avropanın futbol ailəsinə daxil etməyə çalışıb. Məhz onun bu prinsipiallığı sayəsində Azərbaycan UEFA-ya üzv qəbul olunub. Musayev özünə çətin yol seçmişdi. Bəlkə də Asiyada biz daha çox qələbələr qazanar, bununla da gözə kül üfürərdik. Amma onda ərəblərlə oynaya-oynaya ancaq özümüzü aldadar, heç bir inkişafa nail olmazdıq. Həmin vaxt müstəqilliyini yenicə qazanmış Azərbaycanın millisi və klubları UEFA bayrağı altında çıxış etməklə ölkəmizin təbliğatçısı rolunda idi, gənc dövlətimizin atdığı kövrək addımların dəstəkçisinə çevrilmişdi. Bütün bunlar 25 il əvvəl baş verirdi.
Son proseslər onu sübut etdi ki, ötən 25 ildə biz elə də böyük yol qət edə bilməmişik. Yürgen Kloppun sözləri bizim üçün gülməli görünsə də, əsl faciə idi. Bu gün “Arsenal” klubu özündə cəsarət tapıb, finalın Bakıda keçirilməsinə asanlıqla etiraz edə bilirsə və həmin bəyanatında Bakını Avropanın ucqar bir nöqtəsi kimi göstərirsə, deməli, hələ çox iş görməliyik. Bunda hamımızın məsuliyyət payı, səlahiyyət sahiblərinin isə bilavasitə günahı var. O cümlədən də AFFA-nın. İngilislərə pivə satmağın hesabını aparmaq yox, onlara özümüzü yaxşı tərəfdən tanıtdırmaq lazım idi. Bu gün erməni Mxitaryan “Arsenal”da, “Mançester Yunayted”də çıxış edir, amma bizim onunla ayaqlaşacaq bir futbolçumuz da yoxdu. Yeganə təsəllimiz Ramil Şeydayevin Samara klubunda vurduğu qollar, bir də Ayaz Quliyevin adı və soyadıdı. Artıq AFFA-nın da oyanması, papağını qarşısına qoyub düşünməsi lazımdı. Əlbəttə, AFFA Xarici İşlər Nazirliyi deyil, amma onun da özünə görə etməli olduqları var. “Arsenal” və onun rəhbərliyi kimi bizə yuxarıdan aşağı baxanların cavabını vermək üçün ortaya yüksək səviyyəli futbolçular, bütün dünyada adından söz etdirəcək milli komanda çıxarmaq lazımdı. Ondan sonra kimin nə hünəri var ki, bizim baş katibi məyus etsin?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar