23 may 19:21Yazar

Suallar toplusu

Mayın 19-na qədər finalın Naxçıvanda keçiriləcəyinə dair mənfi yöndə heç nə yazmayacaqdım. Yazmadım da. Həlledici oyunun yeri müəyyənləşəndən sonra, demək olar, hər iclasda baş redaktorun narazılığını eşidəndə məsələyə səbrlə yanaşmağım və gözləmə mövqeyi tutmağım da sonluğu görmək istəyimlə bağlıydı. Finalın yüksək səviyyədə təşkil olunacağını, naxçıvanlıların bayrama bayram qatacağını, bütün şərtlərin hər iki komanda üçün ideal olacağını təxmin etmişdim. Boşunaymış...
Şəxsən mən Ramin Musayevin Bakıya qayıdacağı günü gözləyirəm. PFL prezidenti ilə əlaqə saxlayıb görüşmək istəyimi diqqətinə çatdıracam. Görüş reallaşsa, aramızdakı söhbətdən sizi də xəbərdar etməyə çalışacam. Mövsümün vacib və həlledici oyunlardan birinin Naxçıvana salınmasının səbəbi və bir çox sualların cavabı əminəm ki, sizlər üçün də olduqca maraqlıdı.
Muxtar Respublikanın “xanı” sayılan Vasif Talıbovun həmin günü stadiona təşrif buyurmaması ciddi siqnal idi. Bu addımın arxasında nələrin dayandığını dəqiq bilə bilmərik. Mütləq tutarlı səbəbi vardı. İki tanınmış naxçıvanlı – Rövnəq Abdullayevlə Zaur Axundov oyunu doğma torpaqda canlı izləyirdisə, Talıbov niyə onların yanında deyildi? Axı başda PFL prezidenti olmaqla qurumun əməkdaşları tədbirin maraqlı alınması üçün əllərindən gələni etmişdilər. Axı Musayev hər açıqlamasında naxçıvanlı futbolsevərlərin bayramı haqq etdiklərini dilə gətirib, özü də bir neçə gün əvvəldən “hadisə yerinə” getmişdi. Belədə evin kişisi hesab olunan Talıbovun stadiona təşrif buyurmaması ortaya ciddi sual çıxarır. Məncə, Vasif bəy finalın Naxçıvanda baş tutmasını istəmirdi və buna görə də Bakıdan gedən nümayəndə heyətinin yanında əyləşməyi özünə borc bilməmişdi. Vur öldür, bildiyim, şübhələndiyim budu.
İlk hissənin son dəqiqələrində topu qapı qarşısına havalandırmaq istəyən Arif Daşdəmirovun hədəfə çatmayan “mərmi”nin dalınca baxıb köks ötürdüyünü mavi ekran qarşısında əyləşənlər aydın gördü. Kələ-kötür qazon futbolçuların əl-qolunu bağlamışdı. Ötürmələr istənilən kimi alınmır, top ünvana çatmırdı. Bu məqam xüsusən də texnikalı futbolçulardan qurulan “Qəbələ”nin işini çətinləşdirirdi. Ona görə də topa sahib olan futbolçu onu özündə çox saxlamır, imkan daxilində başından etməyə çalışırdı. Bu gün premyer-liqanın heç bir oyunu o cür meydanda keçirilmir (“ASK Arena” xaric), o ki qalmışdı finalı qəbul etsin. Oyunu “kiçik torpağ”a salanlar bu sualın da cavabını verməlidi.
Jurnalistləri səfərə aparmaq PFL-in boynunun borcu deyil. İstəsə, aparar, istəməsə, yox. Amma Ramin Musayevin məsələylə bağlı “imkanımız yoxdu, 3-5 nəfər seçmək də düzgün olmazdı” açıqlamasının özü düzgün yanaşma deyil. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti var ki, orda əziz dostlarımız çalışır. Həmin dostlar ki, çempionat oyunlarında olur və hava durumundan asılı olmayaraq, hansı mətbu orqanların əməkdaşlarının müntəzəm stadionlarda “təpik döydüklərini” görür və bilirlər. PFL başqanı ən pis halda aparılan monitorinqdən üzüağ çıxan bir neçə nəfərin səfərini təşkil edə bilərdi. Amma etmədi. Çünki başqaları ilə üz-göz olmaq istəmədi. Çünki narazılara fikrini əsaslandıra bilməyəcəkdi. Halbuki PFL-in xəttiylə Naxçıvana yollanmaq başda “Futbol+” olmaqla bir neçə saytın haqqı idi. Hə, o başqa məsələ ki, cəmi 8 jurnalistin işləməsi üçün xüsusi yer yaradılmışdı. Maraqlıdı, görəsən, 20 jurnalist sözü bir araya qoyub matça 1 saat qalmış stadiona çatsaydı, durum necə olacaqdı? Onlar harda oturacaqdı? Bu da suallardan növbəti biridi.
Azarkeş amili deyirdilər ha. Söhbət hansı azarkeşlərdən gedirdi, görəsən? “Qəbələ” ilə “Sumqayıt”ı dəstəkləyən vur-tut 50-100 nəfərdən, yoxsa məcburən tribunada əyləşdirilən bir dəstə əsgərdən? Yaxşı ki, hərbi geyimlilər var idi. Onlar da olmasaydı, final bundan da biabırçı halda görünəcəkdi. Havanın şıltaqlığı, həmin şıltaqlığın yol açdığı fəsadlar da finalın bayrama çevrilməsinə imkan vermədi. Kim bilir, bəlkə də “gözəgörünməz”in ideya müəlliflərinə haqlı cavabıydı.
İstənilən halda, kubokun həlledici görüşünü tarixin yaddaşına tarix kimi köçürmək mümkün olmadı. Yola verildi, üstündən də su içildi. Ad oldu ki, final Naxçıvanda keçirildi. Təbii, siz bu oyuna final adını yaraşdırdızsa...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar