21 may 13:56Yazar

Yağış, isti, külək və ...“Qəbələ”!

Bu artıq mistika, səmavi qüvvələrin finalın axarına müdaxilə cəhdi idi. Təbii ki, oyundan əvvəl başlayan leysanı, start fitində bərqərar olan 31 dərəcə istini və nəhayət, mükafatlar verilərkən az qala onları alıb aparacaq güclü küləyi nəzərdə tuturam. Şəxsən mən PFL-in finalı Naxçıvana salmaqla əl atdığı yersiz avantüranın urvatsız sonluqla müşayiət olunmamasına sevindim. Finalı hazırda ölkə futbolunda varlığı duyulmayan bir şəhərə salmaqla çox böyük səhvə yol verən, bayram ab-havasını öldürən PFL üçün kubokun və medalların havada uçuşması hədsiz sərt cəza olardı. Dünən uçmaq növbəsi klub bayraqlarının və çətirlərin idi. Bəs sabah necə olacaq?..
Avantüranı ən çox xoşlayan adamlardan biri də mənəm. Amma istənilən avantüranın altında həm də hansısa bazis, tezis yatmalıdı. Nəinki elitada, hətta 1-ci divizionda belə təmsilçisi olmayan bir şəhərə kubokun finalını tapşırmaq, üstəlik bu oyunun təbliğində böyük rol oynaya biləsi jurnalistləri orda iştirak imkanından məhrum etmək nə məna veriridi - anlamadım. Hələ mən stadionun ot örtüyü ilə bağlı aşkar sezilən problemləri, anşlaq vəd olunsa da, faktiki yarısı boş qalan tribunaların seyrçiyə yaşatdığı estetik ürəkbulanmanı, medalların və kubokun səbəbkarlara yalnız Naxçıvan korpusunun əsgərləri önündə təqdim olunmasını demirəm. Bakıda və ya ölkənin hər hansı başqa şəhərində məgər belə olacaqdı? Təbii ki, yox. Sadəcə, PFL rəhbərliyi yersiz avantüra ilə həm “Qəbələ”ni, həm də “Sumqayıt”ı çılğın azarkeş dəstəyindən məhrum etdi ki, çox güman, qoca tarix onların yaxasından yapışıb sorğulamağa imkan tapacaq. Amma AFFA ilə PFL-in azarkeşlərə yönəlik son bəyanatlarını, hədə-qorxu ritorikasını nəzərə alsaq, burda da qəribəlik axtarmağa dəyməz.
Finalsonrası ictimai rəydə, daha doğrusu, bu rəyin daşıyıcısı olan sosial şəbəkələrdə 70 illiyini qeyd edən Sumqayıtın hədiyyəsiz qalmasına təəssüf hissindən daha çox taleyi qeyri-müəyyən olan “Qəbələ”nin tarixində ilk titul qazanmasından doğan təbii sevinc hissini gördüm ki, bu da məni təəccübləndirmədi. Taleyin ironiyası yox, sadəcə, bəxtin cilvəsidi ki, iyulun 3-də 14 yaşını tamamlayacaq klub tarixində ilk titulu Toni Adams, Yuri Syomin, Roman Qriqorçuk kimi ünlülərin yox, Sənan Qurbanovun rəhbərliyi altında qazandı. “Proqress” ilə Avroliqa oyunlarının ardından son mövsümü də boşa verən Sənan bəyə bu titul çox lazım idi. “Qəbələ”nin bundan sonra fəaliyyətini hansı formada davam etdirəcəyindən asılı olmayaraq, gerçəklik budu ki, tarixdəki bu ilk uğurun altında məhz Sənan Qurbanov imzası yatacaq. Əlbəttə, o tək deyil. Tale Heydərovun qəfil istefasından sonra klubun yükünə çiyin verən Fariz Nəcəfov, illərini “Qəbələ”yə fəda etmiş Səbuhi Səfiyarlı, Zaur Əzizov, Səməd Nəsibov, Nail Kərimov, Anar Hacıyev və adını çəkmədiyim onlarla başqa işçi, eləcə də futbolçular ən azı bu gün ürəkdən sevinməyə, qələbə-titul atəşfəşanlığında yorulmağa layiqdilər. Öz aramızdı, ardıcıl dördüncü dəfə finalda uduzmaq Futbol Tanrısının çox ədalətsiz hökmü olardı ki, dünən Jozef-Monroz artıq 3-cü dəqiqədə vurduğu qolla həmin hökmün dəyişməsində böyük rol oynadı.
Heyətlə bağlı radikal dəyişikliklərə getməyən “Qarabağ”, “Neftçi” və “Səbail”in fonunda faktiki yenidən qurulacağı deyilən “Qəbələ”nin Avroliqanın 2-ci mərhələsində necə təsir bağışlayacağı indidən maraq doğurur. Klub və komanda bu ağrılı mərhələni mümkün qədər az itki ilə yola verməlidi. “Qəbələ”nin taleyi baxımından müdrik qərarlar və ağıllı addımlar dönəmidi. Əlbəttə, irəlidə bu haqda danışmaq üçün vaxtımız çox olacaq. Hələlik isə günün qəhrəmanını, yəni “Qəbələ”ni bir daha ürəkdən təbrik etməyə, futbol mövsümünün son akkordlarını vurmağa dəyər. Avrokuboklarda görüşənədək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar