15 may 12:52Yazar

Sən düz yolda deyilsən, Mahir!

Valideynləri və vətəni insan özü seçmir – təəssüf ki, Mahir Mədətov (bəli-bəli, məhz Mədətov, Əmrəli yox!) bu sadə həqiqəti anlamır və anlamadıqca da batır...
Bir yox, bir neçə dəfə evlənib-boşanmaq Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmasa da, dünya bu yola çoxdan öyrəşib. Yox, mən dəfələrlə ailə qurmağın tərəfdarı deyiləm və mental dəyərlərin çox adi daşıyıcısı kimi evli cütlərin eyni yastıqda qocalmasının tərəfdarıyam. Lakin bütün boşanmaları faciə səviyyəsinə qaldırmaq, kişinin və ya qadının zorla evliliyi sürdürməsini, övladların bu yolda vasitəyə çevrilməsini də istəmirəm. Mədətovların başına gələnlər, daha doğrusu, futbolçunun atası Anar bəyin Elnurə xanımdan ayrılaraq vizajist Samirə xanımla evlənmək qərarı ətrafında yaşananlar artıq bir ailənin sərhədlərindən kənara çıxaraq, az qala bütün ölkəni məşğul edən məsələyə çevrilib.
Ailənin şou-biznesə yaxınlığı, deyəsən, hər kəsin davranışına məhz həmin dünyanın adamlarına xas olan elementlər qatıb. Anar bəylə ayrılığı çox ağrılı qəbul edən Elnurə xanım olaya bəzən sabiq həyat yoldaşının anasını qatır, keçmişi qurdalayır, etdiyi yaxşılıqları Mahirin atasının başına çırpır. Ata Mədətov evdən bir çöpsüz ayrıldığını, Mahiri anasının və dayısının öyrətdiyini, özünün zamanında Elnurə xanımın yaxınlarının da problemlərini həll etdiyini deyir. Kompassız gəmini xatırladan Mahir isə vəziyyətdən ən yaxşı çıxış yolunu soyadından imtinada, hər addımda atasını aşağılamaqda görür. Ata yaxşı da ola bilər, pis də. Ananın atadan ayrılması sənə problemləri ictimaiyyət arasında daşımağa, ata soyadını bu şəkildə məsxərəyə qoymağa əsas vermir. Bu adam “instaqram” hesabında oyundan çəkilən şəklin üzərindəki “Mədətov” soyadının üstünü örtür, “Əmrəli” soyadlı yeni şəxsiyyət vəsiqəsini götürən kimi bütün Azərbaycana göstərir. Və nəhayət, mövsümün son oyununda soyadını səsləyən azarkeşlərə milyonlarla seyrçinin gözü önündə etiraz edir, “belə etməyin” mesajını göndərir. Ailə sarsıntısı Mahiri elə psixoz vəziyyətinə salıb ki, atasından intiqam almaq üçün istənilən hərəkəti edər. Amma bu heç də qəhrəmanlıq deyil. Şəxsən mən belə düşünürəm və əsas dəlilimi də elə yazının girişində açıqladım. Valideynləri və vətəni seçmirlər, Mahir! Bu gün sən heç də düz yolda deyilsən. Təbii, nəinki soyadını, hətta adını da dəyişə bilərsən. Belə məsələlərlə bağlı qanunvericilik indi çox sadələşdirilib. Amma soyadla yanaşı, atanın adından da imtina etmək, özü də bunu Azərbaycana xüsusi şəkildə göstərmək, atanı, soyadını belə yaramaz üsulla aşağılamaq heç bir mənəvi-etik çərçivəyə sığmır. Biz azərbaycanlılar arasında geniş yayılan, həm də kobud xarakter daşıyan bir məsəl var. Deyirlər ki, əslini danan haramzadadı. Mən bu məsəli sənə ünvanlamaqla qəlbinə dəymək, incitmək istəmirəm. Amma sən də düz yolda olmadığını anlamalı, qəbul etməli və davranışına, hərəkətlərinə çəki-düzən verməlisən. Təbii, ölkə çempionatının bombardiri adı ilə kifayətlənməyib, daha yüksək zirvələrə boylanmaq, təkcə oyunun yox, davranışınla da minlərlə azərbaycanlıya nümunə göstərilmək istəyirsənsə. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar