10 may 21:05Yazar

Axmaq presedentə yol açan evcik-evcik oyunu

Bu evcik-evcik oyunu nəyə və kimə lazımdı? Qayda-qanun bəlli, ev bəlli, ev yiyəsi bəlli, qonaq bəlli! Təşkilatçı qurum (PFL) da hamıya bir evdə (Bakcell Arena) “qonaqlıq” verəcəyini açıqlayıb. Neçə illərdi bu ənənə davam edir. Cığallıq etməyə nə ehtiyac var? Sənin haqq etdiyin yer ikincilikdi ki, bunun da qarşılığını azarkeşlərin önündə alacaqsan. Axı, bundan yaxşı nə ola bilər?! Hə, əzəli rəqibin çempionluq kubokunu qaldıracağını həzm edə bilmirsən, qıcıq doğurur? İmkan verməzdin buna, hər şey öz əlində idi. Və ya mövsümün əvvəlində PFL-ə deyərdin ki, əzəli rəqibim çempion olacağı təqdirdə mənim evimdə mükafatlandırılmasına razı deyiləm. Daha iş-işdən keçəndən sonra kor atı minib köndələn çapmağa nə ehtiyac var? İdman cığallığı sevmir, arkadaş. Bükəmədiyin biləyi öpəcəksən!
Hə, “Neftçi” azarkeşlərinin hisslərini yaxşı başa düşürəm. Mövsümün böyük hissəsində lider olan komandalarının sonda ikinciliklə kifayətlənməsi onları dərindən sarsıdıb. Azarkeşdi, sevimlilərindən çempionluq kubokunu tələb etmələri təbii haqlarıdı. Adamlar heç komandaları kubokda “Sumqayıt”a uduzaraq mübarizəni dayandıranda bunu özlərinə dərd etmədilər. Çünkü premyer-liqada durum ürəkaçan idi. Özü də əvvəlki mövsümlərlə müqayisədə münbit şərait var idi. Qurban Qurbanovun yığmaya daha çox vaxt ayırması, “Qarabağ”ın Avroliqanın qrupunda oynaması ağdamlıların premyer-liqanı bir növ istəmədən arxa plana atmasını şərtləndirmişdi. Elə bunun nəticəsidi ki, bütün enerjisini çempionata sərf edən flaqman nəzərəçarpan üstünlük qazanmışdı. Amma elə ki, Qurbanov yığma, “Qarabağ” isə Avroliqa ilə vidalaşdı, daşlar yerinə oturmağa, “Neftçi”nin üstünlüyü əriməyə başladı. Əlbəttə, bunda ilk növbədə flaqman özü günahkardı. Sən əzəli rəqibinə 3 oyunun heç birində uduzma, amma potensialına görə özündən zəiflərlə görüşlərdə qızıldan qiymətli xallar itir... Belədə üstünlüyün də əldən çıxacaq, hələ bir sürət yığan əzəli rəqibi də özündən irəli buraxacaqsan.
Roberto Bordinə ünvanlanan irad və tənqidlərin əksəriyyəti ilə razıyam. Adam tarixi şansı qaçırdı. Yersiz əvəzetmələri və taktiki dəyişiklikləri, heyət seçimində yol verdiyi yanlışlıqlar, 1 qol vuran komandasına fərqi artırmaq əvəzinə müdafiənin qeydinə qalması yönündə göstərişlər verməsinin az rolu olmadı belə sonluqda. Bütün bunlara rəğmən, maraqlı idi. Bordin özü də, komandası da rəng qatdı mövsümə, quru, duzsuz keçməsinə imkan vermədilər. Hamını, elə “Qarabağ”ın özünü də həyəcanlandırdılar. Elə təksə buna görə təşəkkürü haqq edirlər. O başqa məsələ ki, Bordinin yerində başqa bir məşqçi olsaydı belə, bu “Neftçi” ikinci pillədən aşağı düşməyəcəkdi. Amma onu da qəbul etmək lazımdı ki, bu “Qarabağ”ın olduğu yerdə bu “Neftçi”nin nəsibi, real yeri elə ikinci pillədi. Çünki Ağdam təmsilçisi bütün parametrlər üzrə əzəli rəqibindən bir addım öndədi. Bir sözlə, yekun sıralamada qeyri-adi heç nə yoxdu.
Razıyam, heç də həmişə ən güclü, favorit sayılan komanda mövsümü zirvədə başa vura bilmir. Nə qədər desən, nümunə gətirmək olar. Bunun adı sürprizdi. “Neftçi” sürpriz gerçəkləşdirməyi, boyundan yuxarı tullanmağı bacarmadı. Nəticədə ən güclü ardıcıl 6-cı dəfə ən güclü oldu! Bu, ruhdan düşmək, evcik-evcik oyunu üçün əsas ola bilməz. Əksinə, ruhən sarsılan azarkeşlərin könlünü almaq üçün toparlanmaq, Avroliqada və yeni mövsümdə daha mütəşəkkil, mübariz komanda ortaya qoymaq üçün ciddi addımlar atmaq lazımdı. Bu, indiki vəziyyətdə Roberto Bordinin və klub rəhbərliyinin üzərinə düşən əsas vəzifə olmalıdı. İtalyanın adını ona görə çəkdim ki, postunda saxlanılmasını “Neftçi”inin gələcəyi baxımından düzgün addım sayıram. Yəqin ki, özü də mövsümü dərindən təhlil edib, səhvlərindən nəticə çıxaracaq.
12 may 2012-ci il. Bu tarixi “Qalatasaray”a könül verən hər bir azarkeş gözəl xatırlayır. Əzəli və əbədi rəqibi “Fənərbaxça”nın meydanında qolsuz heç-heçə oynayan “Cim-Bom” çempionluğu təmin etdi. Qarşı tərəfin israrlarına rəğmən, Fatih Terimin komandası qızıl medalları və kuboku “Şükrü Saracoğlu”da almaqdan imtina etmədi. Stadionun projektorları söndürülsə belə, “Aslan” barışmaz rəqibin məbədində şadyanalığın həzzini çıxardı. İki böyük camiə arasında 100 ildən çoxdu davam edən rəqabətə rəğmən, mükafatlandırılma mərasimi qansız-qadasız ötüşdü. Bu faktı ona görə xatırlatdım ki, arxasında milyonlarla tərəfdarı olan böyük camiələr üçün belə, qanun şahdı! Bəylər, cığallıq etməyin, yığışdırın evcik-evcik oyununu. “Neftçi”nin böyük klub, ölkə futbolunun flaqmanı olduğunu evinizdə çempion üçün “dəhliz açmaqla” nümayiş etdirin. Yox, bunu özünüzə sığışdıra bilmirsizsə, onda bir az cəsarətli olun, söndürün projektorları!
P.S. Mənə maraqlıdı, “qızıl”ın taleyi son oyuna qalsaydı, “Neftçi” yenə eyni mövqeni ortaya qoyacaqdı? Axı, belə olan halda da, nəticədən asılı olaraq, “Qarabağ” çempionluq kubokunu “Bakcell Arena”da qaldıracaqdı.
P.P.S. PFL bu məsələdə prinsipiallıq nümayiş etdirməlidi. Ramin Musayev mövqeyini dəyişib “Neftçi”nin evcik-evcik oyununun iştirakçısı olsa, axmaq presedentin əsasını qoymuş olacaq. Sabah eyni cığallığı başqaları da edəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar