08 may 22:18Yazar

Tərlan Əhmədov ya tutulmalı, ya da dövlət mükafına layiq görülməlidi

Son turun nəticələrindən asılı olmayaraq, premyer-liqada “Keşlə”nin sonuncu pilləni tərk etməyəcəyi artıq rəsmiləşib. Bu isə Əsasnaməyə uyğun elitanı tərk etmək deməkdi. Tərlan Əhmədovun baş məşqçisi olduğu klubun diviziona düşüb- düşməyəcəyi AFFA-nın, daha doğrusu, İcraiyyə Komitəsinin verəcəyi qərardan asılıdı. Heç kimə sirr deyil ki, Azərbaycan futbolunda belə məsələlər idman prinsiplərinə uyğun yox, kabinetlərdə həll olunur, hər şey “pullu oğlanlar”ın hərəkətindən və rəhbərlik yanında hörmətindən asılıdı. “Keşlə”nin prezidenti Zaur Axundovun isə həm AFFA prezidentinin, həm də baş katibin yanında hörməti, eyni zamanda güclü maliyyə dayaqları var. Şəxsən özüm 2017-cı ildə ölkə kubokunun Naxçıvanda təşkil olunan finalından öncə Zaur bəyin baş katib Elxan Məmmədovu Muxtar Respublikanın hava limanında necə isti qarşılamasının, onunla öpüşüb-qucaqlaşmasının canlı şahidi olmuşam. Açığı, həmin an “heç doğma qardaşlar belə görüşmür” fikirləşib, belə isti qarşılanmaya həsəd aparmışdım.
Axundovla baş katibin qardaşlığı öz yerində. Ancaq “şah qanun deyil, qanun şahdı” deyimini nəzərə alsaq, 2018/19 “futbol ili”nin nəticələrinə görə “Keşlə” aşağı diviziona yuvarlanmalı, elitada yerini aşağı dəstənin çempionu MOİK-ə verməlidi.
Tarixi ərzində iki dəfə ölkə çempionu olan, dəfələrlə mükafatçılar sırasına düşən, ötən mövsüm ölkə kubokunu başı üzərinə qaldıran klubu bu vəziyyətə salan, daha doğrusu, birinci diviziona sürükləyən isə bir çoxlarının uğurlu, nəticə qazanmağı bacaran məşqçi kimi qəbul etdiyi Tərlan Əhmədov oldu. Həmin çalışdırıcı ki, hər dəfə komandası uduzanda səhvi özündə axtarmaqdansa, kimlərisə qınaq obyektinə çevirməyə çalışdı, sərəncamında olan futbolçuları oyun satmaqda ittiham etdi. Tərlan bəyin hər dəfə mətbuat konfransında səsləndirdiyi “ikinci hissə nağılı” artıq futbol ictimaiyyəti arasında ironiya ilə qarşılanır. Üç həftə əvvəl “postumdan getmək barədə düşünürəm” deyən Əhmədovun 4 tur sonra, 27-ci tur çərçivəsində baş tutan “Zirə” ilə görüşdən sonra “məni bura Zaur Axundov dəvət edib, bu məsələdə də qərarı o verəcək” deməsi bir daha göstərdi ki, 47 yaşlı mütəxəssis müstəqil qərar verməkdə acizdi, işini itirməkdən qorxan məşqçilərdəndi. O, sadəcə, pafoslu çıxışların qəhrəmanıdı.Onun “Neftçi”dən ayrılandan sonra “Qəbələ”nin “sükanı arxasına” keçmək üçün kimlərə minnətçi düşməsi haqda da futbol ictimaiyyəti arasında əfsanələr dolaşır.
Tərlan bəyin “ikinci hissə nağılı”, dolayı yolla “Keşlə”nin oyunçularını oyun satmaqda suçlaması ciddi ittihamdı və yəqin ki, o mətbuat konfranslarında səsləndirdiyi fikirləri nəyəsə əsaslanaraq söyləyib. Bu yerdə ortaya sual çıxır: nəyə görə AFFA rəhbərliyi, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli Tərlan bəyin dediklərinə diqqət yetirmir, məlum açıqlamalara görə araşdırmaya başlamır? Belə şıxır ki, Azərbaycan futbolunda yaşanan real “qara iş”lə bağlı mütləq qitə futbol qurumundan siqnal gəlməlidi ki, Elxan Məmmədov, Seymur Səlimli sərt addımılar atsınlar, oyun satanların “ovuna çıxsınlar”. Tərlan bəy açıq-aydın, hamının başa düşəcəyi sadə dildə “Keşlə”nin oyunlarının taleyinin mərc kontorlarında həll olunduğunu iddia edir. Lakin nədənsə bu işləri aydınlaşdırmalı olan aidiyyatı qurumlar səsini içinə salıb sakit dayanıb. Demokratik ölkələrdə Tərlan bəyin səsləndirdiyi fikirlər geniş əks-səda doğurmalı, araşdırmalara start verilməlidi. Prosesin yekun nəticəsi kimi isə Əhmədovun doğru və ya yalan söylədiyi ictimaiyyətə açıqlanmalıdı. İttihamlar əsaslı olarsa, Təlan bəyə dürüstlüyə görə dövlət mükafatı verilməli, əks halda “Keşlə”nin çalışdırıcısı yalan və böhtana görə müttəhimlər kürsüsündə əyləşməlidi. “Neftçi”ni çalışdırarkən “yandırdığı” futbolçuların cəzası da yeni ittihamın üzərinə gəlməlidi. Yəqin ki, Seymur Səlimli - UEFA-nın güvəndiyi şəxs - “Keşlə”nin baş məşqçisinin söylədiklərini detallı təhlil edib ortaya fakt qoyacaq. Seymur bəy bunu etməyəcəksə, deməli, vəzifəsindən sui-istifadə edərək həm UEFA-nı, həm də azərbaycanlı futbolsevərləri aldadır.
Извините, ничем не могу помочь. Но уверен, что Вы найдёте правильное решение.

---
мало скачать fifa, скачать fifa или скачать fifa 15 демо скачать fifa

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar