07 may 17:07Yazar

Çempionluq vərdişə çevriləndə...

Demək olar ki, bütün neytral futbolsevərlərin arzuladığı ssenari elə ssenari olaraq da qaldı; dünən “Səbail”i darmadağın edən “Qarabağ” “Neftзi”nin Qəbələdəki gecikmiş qəhrəmanlığı fonunda ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempion tituluna yiyələndi. Məncə, hər kəs son turun “Neftзi” – “Qarabağ” oyununda çəkişməli çempionluq mübarizəsi, uzun fasilədən sonra dolu tribunalar, ölkənin ən azı bir həftə futbolla yatıb-qalxmasını arzulayardı. Amma olmadı və bu durumun səbəbkarı “Qarabağ” yox, “Neftçi”di. Ağdamlılar qələbələri sıralamaqla çempionluq yolunda əlindən gələni etdisə, bakılılar “Səbail”lə heç-heçə etdikləri, “Sumqayıt”a uduzduqları oyunları hələ çox xatırlayacaqlar. Hər halda, ardıcıl 6-cı dəfə ölkədə hamını qabaqlayan Qurban Qurbanovu və yetirmələrini ürəkdən təbrik edir, çempion adını qitənin ən nüfuzlu klub turnirində də inamla doğrultmağı arzulayıram.
Ötən mövsümü 3-cü yerdə bitirən “Neftçi” bu il ən azı bir pillə irəliləyə, “qızıl” intriqasını sondan əvvəlki tura qədər daşıya bildi ki, bu üzdən Roberto Bordinin nəticəsini birmənalı şəkildə uğursuzluq kimi qiymətləndirmək çətindi. Sadəcə, xoş olmayan məqam italyan məşqçinin istisnasız nəticəyə oynaması, daim “bir olsun, amma mənim olsun” prinsipi ilə yaşamasıdı ki, bu məqam da tarixən hücum futboluna, kombinasiyalı oyuna meyillənən “Neftçi”nin çoxsaylı azarkeşlərinin, yumşaq desəm, ürəyincə deyil. Baş məşqçinin bir çox oyunların gedişində yersiz, avantürist addımları olub ki, qəzet səhifələrində müntəzəm həmin məqamlara toxunduğumuzdan, təkrarçılıq etməyə dəyməz. Amma gerçəklik budu ki, Bordin də Azərbaycan futbolundakı “Qarabağ” – Qurbanov hegemonluğuna son qoya bilmədi. Buna çox yaxın olsa da, bacarmadı, bacara bilmədi və büdrədi. Ümümiyyətlə, “Neftçi” camiə, komanda, kollektiv olaraq da çempionluğa hazır deyildi. Mövsümün qırılma nöqtələrində yerli uşaqlar liderliyi boynuna götürüb, oyundaşlarını toparlamalı, onları yeni zirvələrə həvəsləndirməliydilər. Amma bunu nə Emin Mahmudov bacardı, nə Səlahət Ağayev, nə Tural Axundov, nə də Mirabdulla Abbasov. Ruslan Abışovdan isə heç danışmağa dəyməz.
Ədalət naminə onu da etiraf etmək lazımdı ki, “Qarabağ”ı da çempionluğa həvəsləndirən əsaslar var idi. Bu məqamda ötən il dekabrın 8-13-ü aralığında yaşananları bir daha xatırlamağa dəyər. Dekabrın 8-də aydın oldu ki, AFFA rəhbərliyi Millətlər Liqasındakı fiaskonu Qurban bəyə bağışlamayıb və o artıq yığmanı unudub, “Qarabağ”ın taleyi ilə daha ciddi şəkildə məşğul ola bilər. 5 gün sonra ağdamlılar Avroliqanın qrupunda da mübarizəni dayandırdı. Artıq hər kəsə aydın idi ki, diqqətini kluba ayıracaq Qurbanov onu bəyənməyən AFFA-nı, ümumiyyətlə, bütün bədxahlarını susdurmaq üçün yeni özünüsübut yarışına başlayıb. Belə acıqlı Qurbanovdan çəkinməyə dəyərdi, bu məqam “Neftзi” üçün həyəcan təbili rolunu oynamalıydı. Görünür, bakılılar lazımi nəticəni çıxara bilmədilər ki, bu da onlara sonda çempionluq bahasına başa gəldi.
Sirr deyil ki, çempionluq təkcə yaşıl meydanda qazanılmır. Uğura gedən yolda ilk növbədə kollektiv-ailə ab-havası, hər kəsin təkcə özü yox, həm də oyundaşı üçün çarpışması, çempionluğu həyat tərzinə, vərdişə çevirməsi lazımdı ki, bu mənada “Qarabağ” “Neftçi”dən bir addım öndədi. Ardıcıl çempionluqların gətirdiyi özünəinam burda özünəməxsus indikator rolunu oynayır, sən artıq istənilən yarışa bir addım öndə başlayırsan. Şəxsi duellərdəki nisbi uğursuzluğu nəzərə almasaq, Qurbanovlu “Qarabağ”ın çempionluq yoluna, zəfər yürüşünə kölgə salan hansısa məqam yoxdu. Güman edirəm ki, Bordin postunda qalacaq, irəlidə onunla Qurbanov arasında bir çox maraqlı duel izləyəcəyik. Azərbaycan futbolunun “Neftçi” – “Qarabağ” rəqabətinə, bu iki komandanın bir-birindən ilham almasına ciddi ehtiyacı var. Futbolumuz əksər şəkli əlamətlərə görə ötən əsrin 90-cı illərinə dönürsə, həmin dövrün əsas atributlarından olan “Neftçi” – “Qarabağ” rəqabəti niyə çiçəklənməsin ki?! Bir sözlə, təbriklər köhnə-yeni çempion! Başını dik tut, “Neftçi”!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar