03 may 12:41Yazar

Şimala yıxılmağı sevən adam

Həmkarım Huşəng qəzetimizin ötən sayında qanımızı coşduran köşə yazısına müəlliflik etmişdi. Yazı AFFA-nın baş katibi Elxan Məmmədovun Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi bir fikirlə bağlı idi. Cənab Məmmədov “Arsenal”ın finala yüksəlməsini ürəkdən arzulayır. Bunun erməni Henrix Mxitaryanın Bakıya gəlməsiylə nəticələnəciyin də vecinə almır. Huşəng hər şeyi o qədər dəqiq ifadə edib ki, həmin fikirlərə nəsə əlavə etmək çətindi. Amma bir məsələ var ki, o da məni bugünkü yazını qələmə almağa məcbur etdi. Elxan Məmmədov ruslara müsahibəsində hiddət doğuran başqa fikirlər də söyləyib. Adam oxuduqca məəttəl qalır. Fikirləşirsən ki, bu ağlın və təfəkkürün sahibi hansı keyfiyyətlərinə görə 11 ildi Azərbaycan futboluna rəhbərlik edənlərdən biridi?! Həmin məqamlara sırasıyla toxunmaq zərurəti var. Ona görə də estafeti Huşəngdən qəbul edir, AFFA-nın baş katibinin Rusiya nəşrinə verdiyi müsahibəyə yenidən qayıdıram.
Elxan Məmmədovun Rusiyaya olan məhəbbəti çoxlarına məlumdu. Elə “Sovetski Sport”un əməkdaşlarına həvəslə müsahibə verməsi də bu məhəbbətin göstəricisi sayılmalıdı. Eyni xoş münasibəti heç vaxt azərbaycanlı jurnalistlərə qarşı sərgiləməz. Təsadüfi deyil ki, elə məhz baş katibin xeyir-duası ilə AFFA-nın mətbuatla münasibətlərində rusdilli saytlar həmişə öncül yerlərdədi. Millinin xaricə səfərləri zamanı komandanı müşayiət edən jurnalist ordusunun mütləq əksəriyyəti rusdilli nəşrlərin nümayəndələri olur. Azərbaycanda elə bir rusdilli mətbu orqan, idman saytı yoxdu ki, AFFA ona gözünün üstündə yer göstərməsin, xüsisi ehtiramla yanaşmasın. Əvəzində doğma dilimizdə yazanlara qarşı ayrı-seçkilik edilir. Görünür, Elxan Məmmədov və onun yaxın ətrafı Azərbaycan futbolu ilə bağlı məlumatların rusdilli informasiya mənbələrində yayılmasında daha çox maraqlıdı, ona görə də mətbuata da bu cür ikili standartlarla yanaşırlar.
Baş katibin “Sovetski Sport”a müsahibəsində ingilis klubları və onlara pivə satışından əldə olunacaq gəlirlə bağlı dedikləri tam bir fiaskodu. Onun sözlərindən belə aydın olur ki, ya cənab Məmmədov riyaziyyatı zəif bilir, ya da pivənin real qiymətindən xəbərsizdi. Düzgün hesablama aparmayıb, başa düşməyib ki, 7 milyon dollarlıq məsrəfi pivə satışından gələn gəlirlə qarşılamaq mümkün deyil. Elxan bəyin pivə ilə bağlı dedikləri son iki-üç gündə sosial şəbəkələrdə trend mövzulardan biridi və müzakirələrdə ələsalma, istehza notları üstünlük təşkil edir. Ola bilsin ki, baş katib pivə ilə bağlı danışarkən söhbətinə bir az şirinlik qatmaq, ruslarla zarafat etmək fikrində olub. Məmmədovun ingilislərə pivə satmaq fikrini qeyri-ciddi saysaq da, onun Rusiya millisinə azarkeşlik etməsi ciddi məqamdı. Diqqət edin, özünüz də aydın görəcəksiz. Elxan bəy rus jurnalistlərin AÇ-2020-dəki dörd oyunla bağlı sualına belə cavab verib: “Bakıda bayram uzun müddət davam edəcək. Azərbaycan millisi iştirak edə bilməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik”. Baş katib hansı haqla bu sözləri deyir, geniş ictimaiyyət adından belə açıqlama verir? Azərbaycanlı azarkeşlərin Rusiya millisinə münasibəti hər kəsə bəllidi. İdmanı siyasətə qarışdırmaq istəməsək də, uzaq və yaxın keçmişimizdə baş verən faciələr, rusların ermənilərə dəstəyi, Xocalı faciəsində, eləcə də 20 Yanvar hadisələri zamanı şəhid edilən günahsız insanların ruhu sadə insanlarda nifrət formalaşdırıb. Bu nifrət də özünü elə paytaxtımızda keçirilən Azərbaycan – Rusiya oyunları zamanı biruzə vermişdi. Respublika stadionunda olayların böyüməsinə daxili qoşunlar mane olmuşdu. “Bakcell Arena”dakı qarşılaşma zamanı isə nifrət oxları Aleksandr Səmədova yönəlmiş, hər kəs acığını ondan çıxmışdı. Bütün bunları da bizim baş katib gözəl bilir. Buna baxmayaraq, Bakıdakı Avropa çempionatının 1/4 finalında Rusiya millisinə azarkeşlik etmək arzusundadı.
İndi cənab Məmmədov elə həmin Aleksandr Səmədovla ideal münasibətlərindən bəhs edir, onu azərbaycanlı futbolçuların başı üzərindən göylərə qaldırır. Bəs illərdi Azərbaycan millisinin formasıyla tər axıdanların haqqı, onlara verilməli olan qiymət hara getdi? Elxan bəyin xəbəri yoxdu ki, bir vaxtlar elə Nazim Süleymanov da Rusiya ilə Azərbaycan arasında seçim qarşısında qalmışdı. 90-cı illərin əvvələrindəki müharibə şəraitinə, qarışıqlığa baxmayaraq, Süleymanov Azərbaycan millisini seçmiş, ruslara “yox” demişdi. İndi necə olur ki, Səmədov Azərbaycanın səfiri olmağa layiq bilinir, amma Süleymanov yada düşmür?! Şimala yıxılmağı sevən Məmmədov bu suala cavab versə, sevinərik!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar