01 may 15:14Yazar

Aslan Kərimov harda səhv etmişdi?

Aslan Kərimovun “CBC Sport”da yayınlanan “Bizim futbol” proqramında ekspertlik etdiyi vaxtlar idi. “Neftçi” də “Qarabağ”ı 5 xal qabaqlayırdı. Kərimov da “ağ-qaralar”ın çempionluq şanslarını dəyərləndirərkən maraqlı bir fikir səsləndirmişdi. Aslan bəy təxminən belə demişdi: “Qış fasiləsindən sonra “Neftçi”ni ağır səfər oyunları gözləyir, Bordin çalışmalıdı ki, bu oyunlarda komandası xal itirməsin”. Düzdü, həmin vaxt Kərimovun bu fikri bizə gülməli gəldi, hətta sosial şəbəkələrdə bununla bağlı zarafatlaşmışdıq da. Səkkiz komandanın boş tribunalar önündə mübarizə apardığı, komandaların yalnız Qəbələyə uzaq yol qət etdiyi bir çempionatda hansı ağır səfər oyunlarından bəhs etmək olardı? Bəlli idi ki, Aslan bəy həmin sözləri, türklər demiş, “laf xatirinə” deyirdi. Bununla da həm öz təhlillərini zənginləşdirir, həm də premyer-liqadakı mübarizəyə gərginlik qatmış olurdu.
Heç kimin ağlına gəlməzdi. O cümlədən də Aslan Kərimovun. Kim inanardı ki, “Neftçi” səfərdə yox, elə öz doğma meydanında keçirəcəyi oyunlarda qızıldan qiymətli xallar itirəcək, “Qarabağ”la arada olan müsbət beş xallıq fərq sürətlə əriyəcək və finişə iki tur qalmış həmin o müsbət mənfiyə çevriləcək?! İnanmaq çətin idi. Düzdü, bunu müəyyən mənada proqnozlaşdırmaq olardı. Ona görə ki, “Qarabağ” qışdan sonra Avropa Liqasının ağır stressindən, yol yorğunluğundan qurtulacaq, Qurban Qurbanov isə millidə çalışmağın gətirdiyi stressdən xilas olacaqdı. Üstəlik, Azərbaycan çempionatı üçün yüksək səviyyəli futbolçu olan Riçard Almeyda “yuva”ya dönməklə “köhlən atlar”ın gücünə güc qatacaqdı. 3-cü dövrənin açılış turunda “Neftçi” “Qarabağ”a uduzmamaqla həmin proqnozların reallaşma faizini də əhəmiyyətli dərəcədə azaltmışdı. Amma hadisələrin sonrakı axarı elə o az ehtimala üstünlük verənlərin dediyi kimi oldu. Bordinli “Neftçi” mümkünsüz olanı bacardı.
Uzun-uzadı statistik təhlillər aparmağa gərək də yoxdu. Hər şey ortadadı. “Neftçi” Aslan Kərimovu bir qədər yalançı çıxardı, onun proqnozlarını alt-üst etdi. Belə ki, qış fasiləsindən sonra “Neftçi” “çətin” səfər oyunlarında yox, “Bakcell Arena”da keçirdiyi oyunlarda daha çox büdrədi və üstünlüyü də həmin o büdrəmələrin hesabına əldən verdi. Bəli, “ağ-qaralar” məhz özünə doğma olan stadionda “Səbail”lə “Sumqayıt”a uduzub, “Qəbələ” ilə görüşdə heç-heçə edib. Bu üç görüşdə itirilən xalların sayı 8-ə bərabərdi. Qızıldan qiymətlidi, ya yox?! Elə həmin o 8 xalın sayəsində bu gün “Neftçi” “Qarabağ”a aşağıdan yuxarı baxmaq məcburiyyətində qalıb, azarkeşlərin çoxdan həsrətində olduğu çempionluq şanslarını isə mimimuma endirib. Günahı orda-burda axtarmağa ehtiyac yoxdu. Günahkarlar elə ağ-qara formada meydana çıxan futbolçular, onları oyunlara hazırlayan məşqçilərdi. Heç rəhbərlik də yaxasını kənara çəkməsin. Futbolçular və məşqçilər nə qədər günah sahibidisə, rəhbərliyin də bu işdə günah payı o qədərdi. Klub prezidenti, çox hörmətli Kamran Quliyev qalibiyyətin beş memarını saymasıyla məşhurlaşmışdı. Elə fiaskoya bərabər məğlubiyyətlərin də memarları eyni adamlardı.
Azarkeşləri yaxşı başa düşürəm. Amma özünə peşəkar mütəxəssis deyən adamlar “rəqiblər “Neftçi”yə qarşı xüsusi motivasiya ilə çıxış edirdilər” deyəndə, məni gülmək tutur. Sonuncu belə açıqlamanın müəllifi “Neftçi”nin veteranı və Müşahidə Şurasının üzvü Səməd Qurbanovdu. Allah ağsaqqalımıza cansağlığı versin. Amma bu cür həvəskar səviyyəli sözləri ona yaraşdırmıram: “Neftçi”ylə oyunlarda rəqiblər “əjdaha”ya dönürdülər, hamı bizə qalib gəlməyə çalışırdı”. Bu nə deməkdi, ay Səməd müəllim? Belə düşüncə sahiblərinin məntiqindən belə çıxır ki, “Səbail”, “Sumqayıt”, “Zirə” qapılarını taybatay açmalı idi və deməliydi ki, buyurun, xoş gəlmisiz, qapımıza istədiyiniz qədər qol vura bilərsiz”. “Səbail”lə oyunların birində “Qarabağ” da hələ 3 xaldan məhrum olub və texniki məğlubiyyətlə üzləşib, bunu necə unutmaq olar? Onda “Qarabağ” da “Neftçi”dən geridə olanda bu faktın arxasında gizlənməliydi?
(yazı tam halda qəzetin çap variantında)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar