24 apr 15:07Yazar

“Neftçi”nin lideri kimdi?

Taleyin istehzası buna deyirlər. İllərdi Azərbaycanda bir qrup adam “Rəşad Sadıqovun yaşı keçib, futbolla qurtarmalıdı” deyirdi. Uzun müddətdi ki, belə avazlar eşidirdik, yazılarla qarşılaşırdıq. Axırda futbol tanrısı özü onları yerində oturtdu. Rəşadla həmyaşıd olan Maykl Essyeni bəy tərifi ilə Azərbaycana gətirdilər. Uzun müddət topdan uzaq qalan, İndoneziyada belə oynadılmayan qanalını bir ətək pulun qarşılığında “Səbail”in heyətində qatdılar. Nəymiş ki, soyadı Essyen imiş, karyerası ərzində böyük klublarda top qovub. Adama deyərlər, nə olsun? Skolari ilə Ronaldinyo da birvaxtlar Özbəkistanın “Bunyodkor” komandasına yollanmışdılar. Elə bizim öz çempionatımızla bağlı da yetərincə bu cür nümunələr var. Əcnəbi təqaüdçülərə qucaq açıb, onları lap yuxarı başda əyləşdirmişik. Sonra da demişik ki, UEFA bizə kömək etsin, uşaq komandaları üçün top və forma alaq, Tovuzda futbol məktəbi açaq.
Biz beləyik, əzizlərim. Essyenin Azərbaycana hazır vəziyyətdə gəlmədiyini “Səbail”in baş məşqçisi Aftandil Hacıyev də etiraf etdi. Həm də təkcə legioner futbolçunu ehtiyatda saxlamaqla yox. Mətbuat konfranslarında da səmimi davrandı, Essyenlə bağlı suallara konkret cavab verdi: “Hələ hazır deyil, hazır olanda meydana buraxacağıq”. Amma Rəşad daim yaxşı formadadı, öz üzərində çalışır, Azərbaycan futbolundan əla məlumatlıdı, bir çox hallarda təcrübəsi hesabına meydanda öz dəyərini isbatlayıb. Rəşadın meydanda olması onun komanda yoldaşlarına güc verib, özünəinam yaradıb. İstər milli komandada, istərsə də “Qarabağ”da. Səmimi olanlar, məsələyə qərəzli yanaşmayanlar bilir ki, Rəşadı tərifləmirəm, olanları deyirəm. Rəşadın bu cür tərifə heç ehtiyacı da yoxdu, adamın karyerası göz qabağındadı. Mənim hədəfimdə heç də Essyenlə “Səbail” deyil. Komanda özlərinin, pul özlərinin. Kimə istəsələr, verəcəklər, kimi istəsələr, onu da oynadacaqlar. Məsələ yerlilərə ögey münasibətdən, ikili standartlardan gedir. Özü də belə hal təkcə “Səbail”də yaşanmır. Yaxud da yersiz ittihamlara məruz qalan təkcə Rəşad Sadıqov deyil.
Hazırda oxşar vəziyyət “Neftçi”də də var. Paytaxt klubu indi çox həssas dönəmdən keçir. Elə bir vəziyyətdi ki, “Neftçi”yə könül verənlər düşər-düşməzə inanmağa başlayıblar. Sevimli klubları barədə haqlı tənqidə kəskin reaksiya verir, düşünürlər ki, bu tənqidlər komandanı çempionluğa gedən yolda büdrətməyə hesablanıb. Əlbəttə, belə bir şey mümkün deyil. “Xalq komandası” qış fasiləsi ərəfəsində əldə etdiyi 5 xallıq üstünlüyü qısa zamanda və çox sürətlə əldən verib. Nəinki əldən verib, hətta 2 xal geriyə də düşüb. Roberto Bordinin komandası udduğu oyunlarda belə o qədər də möhtəşəm görünmür, aşkar favorit adını doğrultmur. “Ağ-qaralar” “Səbail”lə oyunda hesabda öndə olsa da, məğlub duruma düşdü. Yalnız son saniyələrdə bərabərlik topunu vurmaq mümkün oldu. “Sabah”la oyunun xüsusilə ilk yarısı “Neftçi” üçün çətin keçdi, təsadüfi deyil ki, komandaya qələbə gətirən qollara şübhəylə yanaşanlar tapıldı. Bəs bütün bunların səbəbi nədi?
“Neftçi”nin lideri yoxdu. Ona görə də “ağ-qaralar”ı çətin məqamda motivasiya edəcək, toparlayacaq kimsə tapılmır. Elə bu yoxluqdandı ki, ehtiyat oyunçular skamyasında Roberto Bordin sakit otura bilmir, tez-tez meydandakı proseslərə çılğınlıqla reaksiya verməli olur. Bu isə özlüyündə italyan çalışdırıcının əsəblərini pozur, süni gərginlik yaradır. Təsadüfi deyil ki, Bordin az qala hər tur rəqibin məşqçisi və ya futbolçuları ilə dava salır, münaqişə yaşayır. Halbuki meydanda liderliyi öz üzərinə götürəcək bir futbolçu olsa, Bordinin bu cür xırda işlərlə məşğul olmasına zərurət də qalmaz, adam özündən çıxmaz. Qurban Qurbanov əbəs yerə Rəşad Sadıqoun təcrübəsinə, xarizmasına güvənib, onun qoluna kapitan sarğısı taxmayıb ki...
“Neftçi”nin kapitanı” deyəndə ağlımıza gələn ilk ad Ruslan Abışovdu. İstedadlı müdafiəçi “Neftçi”nin öz yetirməsidi, uşaq komandalarının hamısını pillə-pillə keçib. Yetərincə sanballı klubda legioner həyatı yaşayıb, milli komandada vacib oyunlara çıxıb, qollar vurub. Abışov təkcə təcrübəsiylə yox, insani keyfyyətləri, liderlik bacarığı və dünyagörüşü ilə çoxlarına nümunədi. Amma bu gün “Neftçi” ovcunun içindəki adamdan yetərincə faydalana bilmir. Ruslan ötən il öz sağlamlığını təhlükəyə atdı, “Uypeşt”lə səfər oyununda zədəli halda meydana çıxdı. Oyunun gedişində zədəsini təzələdi və uzun müddət futboldan kənarda qaldı. Zədəsini də çoxdandı ki, sağaldıb. Hələ doğum günü ərəfəsində “Neftçi”nin saytına açıqlama vermiş, meydana qayıdacağı, komandasına kömək edəcəyi günü səbirsizliklə gözlədiyini demişdi. Qayıtdı, amma əsas yox, əvəzedici komandaya. “Bir müddət orda çıxış edər, Bordin onu haqq etdiyi yerinə çağırar” dedik. “Zirə”ylə oyundakı iki-üç dəqiqəni nəzərə almasaq, Roberto Ruslanı yada salmayıb. Nə oldu, Abışovu nə tez hesabdan sildiz? Axı, bir ətək pul verdiyiniz əcnəbilər - Sansone, Paratski, Raku da onunla eyni ildə doğulub. Mən demirəm, siz deyin: “Neftçi”ni lidersiz qoymağın məntiqi izahı varmı? Kapitana qarşı haqsızlığa son qoyun, adamı layiq olduğu yerinə qaytarın. Əmin olun, xeyir tapacaqsız!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar