23 apr 14:03Yazar

Allah sənə rəhmət eləsin, Xaqani Məmmədov!

Təşvişə düşməyin, kişi ölüb-eləməyib. Onu istəməyənlər də ölməsin, cavandılar. Özü də vəzifə başındadılar, səlahiyyət sahibidilər. Əksinə, Xaqani Məmmədov vaxtilə qazandıqlarından beş yeyib birini də nəzir versin ki, vaxtilə kölgəsini qılınclayanlar, hazırda Hakimlər Komitəsində at oynadanlar indi ona rəhmət oxutdurur.
Az qala üzünü yaddan çıxardığım sabiq sədri hörmətlə yada salmağımın səbəbi var. Yoxsa bilənlər bilir, bilməyənlərə də deyim ki, yeddi ay əvvəl postundan uzaqlaşdırılan Məmmədov ilə düşmən kimiydik, yola getmirdik. Nə isə, gəlirəm mətləbə. Xaqani Məmmədovun 10 il sədri olduğu komitəyə avstriyalı Frits Stuxlik təyin olunanda güman edirdik ki, bu sahəyə peşəkarlıq gətirəcək. Hərçənd yan-yörəsinə yığdığı adamların personasına görə barmağımızı dişləmişdik. Söhbət hakimlərin az qala hər turda yol verdiyi səhvlərdən getmir. Hərçənd keçmiş rəhbərlik əsasən buna görə hədəf seçilirdi. Bu mövsüm qeydə alınan səhvləri sadalasaq, buna nəinki qəzetin bir köşəsi, bütöv səhifə, hətta bir say belə bəs eləməz. Stuxlik və komandasının bilərəkdən və ya bilməyərəkdən (oxu: iş bacarmamaq) yol verdiyi nöqsanlar da az deyil.
Mövsümün sonunda hakimlərdən fiziki test götürüblər. Referilərin və köməkçilərin əksəriyyəti normativi yerinə yetirə bilməyib. Rəhim Həsənov, Orxan Məmmədov, Rəvan Həmzəzadə qaça bilməyib, Rauf Cabbarov zədəsini əsas gətirərək, ümumiyyətlə, prosesdə iştirak etməyib. Və buna görə mövsümün sonuna kimi uzaqlaşdırılıblar. Adama deyərlər, ilin-günün bu vədəsində nə qaçaqaç idi? Axı bu hakimlər yanvarda Mingəçevirdə bir oyuna çıxmadan bütün toplanışı fiziki hazırlığa həsr etmişdilər, yekunda testdən keçmişdilər. Özü də 23-cü turun (6-7 aprel) ertəsi, yəni Orxanla Rəhim bərpa olmağa imkan tapmamış onları normativə cəlb etmək nə qədər ədalətlidi? Konvensiyanın tələbi imiş. Yeri gəlmişkən, Stuxlikin dilindən bu ifadəni idman verilişlərinin birində səsləndirərkən eşitmişdim və dərhal da məntiqsiz gəlmişdi. Niyə? Yadınızdadısa, Rauf Cabbarov “ASK Arena”da zədələnmişdi və ikinci hissəni ehtiyat hakim təyin olunan Rauf Allahverdiyev idarə etmişdi. Kifayət qədər səhvlərlə yadda qalmışdı. Həmin o idman verilişində həmkarımız bu haqda haqlı irad bildirəndə, Stuxlik bunu belə əsaslandırmağa çalışmışdı: “İspaniyada hətta derbi oyunlarına belə 4-cü hakim sequndadan cəlb olunur”. Təəssüf etdim ki, həmin an orda olub onun sifətinə bu sualı “şappıldadım”: “Sequnda ilə bizim birinci divizionu müqayisə edirsən?” Sequndada yetişən referi sözsüz ki, bizim premyer-liqa hakimlərimizdən də üstündü. Yoxsa Kamal Umudluya 18 gün ərzində 7 (inanmayanlar premyer-liqada və birinci divizionda aprelin 1-i, 4-ü, 7-si, 11-i, 14-ü, 16-sı və 18-də keçirilən oyunların protokollarına baxa bilər) təyinat verən Stuxlik onu bir ayda yetişdirəcəyinə ümid edir? Görəsən, bu da konvensiyanın tələbləri arasında yazılıb? İcazə verin şübhələrimi çatdırım: aparıcı hakimləri “normativ tələsi” ilə sıradan çıxarıb məhz bu gənclərə meydan açırlar, çünki öz yetişdirdikləridi. İstəyir lap Allahın bacısıoğlu olsun, hansı gənci üç həftədən də az müddətdə bu qədər oyuna göndərsən, ya yüklənəcək, ya da “şişəcək”. Əslində Rəşad Əhmədov, Səbuhi Bayramov kimi gəncləri də bu cür “yandırıblar”. Nəticədə Stiven Jozef-Monroz kimi birisi çıxıb o gənclərdən birinə - Rövşən Rəcəbova ayıb yerini göstərir. “O zad” təkcə Rövşənə yox, Azərbaycan hakimliyinə göstərildi. Allah betərindən saxlasın.
P.S. Şəxsən mən Xaqani Məmmədovun yenidən komitəyə dönməsinin tərəfdarıyam. Məşhur deyim var e: “Dinsizlərin öhdəsindən imansız gələr”. İndikiləri o, bizdən yaxşı tanıyırmış. Odu ki, AFFA-ya səslənirəm: “Qaytarın Xaqanini!”
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar