23 apr 13:29Yazar

Sükanı belə saxla, Abasov!

Azərbaycan məşqçi sexinin son illərdə yetişdirdiyi ən böyük istedadlardan biridi Samir Abasov. Buna şübhə etməyə dəyməz. Onun istedadının ən parlaq nümunəsi ötən mövsüm sərgilədiyi şən futbolla çoxlarının qəlbini fəth edən “Sumqayıt” idi. Düzdü, həmin komanda mövsümlük hədəfinə çata, yəni Avroliqaya vəsiqə qazana bilmədi. Çoxları bunu mövsümün qızğın çağında Kamran Quliyev – Ceyhun Sultanov duetinin “Neftçi”yə transferi ilə əlaqələndirsə də, şəxsən mənim bu yöndə düşüncələrim fərqlidi. Ötən ilin aprel-may aralığında sıralanan uğursuzluqlar (“Qarabağ” – 0:1, “Səbail” – 1:2, “Kəpəz” – 1:1, “Qəbələ” - 0:2, “Zirə” - 1:2) təkcə xatırlatdığım transferin yox, həm də Samir bəyin komandanı həlledici oyunlara kökləyə bilməməsinin, daha doğrusu, öz personası və “Sumqayıt” ətrafında açdığı yersiz pul söhbətlərinin nəticəsi idi. Ölkə futboluna çoxlu istedad bəxş etmiş, Azərbaycanın ilk ev avrokubok oyununu qəbul etmiş şəhərin haqqı idi Avroliqaya vəsiqə. Belə düşünürəm ki, hər kəs bu kimi məsələlərdə təcrübəsizliyini nəzərə alıb, Abasovun davranışı unutdu və ya özünü unutqanlığa vurdu.
Müvəqqəti işsizlikdən sonra daha imkanlı klubun “sükanı arxasına” keçməyin Samir bəyi keyfiyyətcə yeni səviyyəyə yüksəldəcəyinə, onun bu dəfə daha təmkinli davranacağına, məşqçi və insan yetkinliyi göstərəcəyinə inanırdım. Nə gizlədim, qəlbimin dərinliklərində hətta onu Azərbaycan yığmasının yaxın gələcəkdə də olmasa, uzaq gələcəkdə yeni çalışdırıcısı kimi görürdüm. Amma adam elə hey ümidləri suya qərq etməkdə, bir az da kobud ifadə etsəm, hoqqaları sıralamaqdadı. Məsələn, aydındı ki, Abasovun “Zirə”si bu mövsüm istənilən halda 5-ci pillədən yuxarı qalxa bilməyəcək. “Sumqayıt”la da eyni nəticəni göstərdiyini nəzərə alsaq, belə çıxır ki, 5-ci yer adamın boyuna biçilib. Halbuki 3-cü turdan sonra “Zirə”nin “”sükanı arxasına” keçib, qışda istədiyi transferləri reallaşdırıb və deməli, maksimalist məşqçi kimi daha yaxşı nəticə göstərməyə borclu idi. Amma yox, çempionatı boş verin, adamın əlində kubok tutarqası da var. Ədalət naminə etiraf etmək lazımdı ki, burdan Avroliqanın qapısına qədər olan yol daha yaxındı. Bunun üçün ilk növbədə “Sumqayıt”ı sıradan çıxarmaq lazımdı ki, bu vəzifə də Samir bəy üçün çətin olmamalıdı. “Qəbələ” və “Qarabağ” ilə mümkün finala gəlincə, ona qədər çempionat bitəcək, mənzərə xeyli aydınlaşacaq, Abasovun manevr imkanları da genişlənəcək. Hərçənd o elə indi də müntəzəm manevr etməkdədi. Qəbələdəki səfər oyununa faktiki ikinci heyəti buraxmaqla “Zirə”nin turnir strategiyası baxımından doğru addım atdısa, digər tərəfdən “Qəbələ” ilə 3-cü yer uğrunda mübarizə aparan “Səbail”in də maraqlarına zərbə vurdu. Təbii ki, bu dövləti cinayət deyil, yəni Samir Abasov “Səbail”i müəyyən dərəcədə incitsə də, hər halda, “Zirə”nin maraqları onun üçün birinci sırada dayanır. Amma “dincə qoyduğu” Kqasvane, Rodriges, Duventru, Fofana kimi futbolçular bu həftə “Zirə”nin finala adlamaq hədəfinə töhfə verə bilməyəcəksə, onda Samir bəyi vicdanı qarşısında mənəvi hesabatda və klub rəhbərliyi önündəki gerçək hesabatda kim qoruyacaq?
Əlbəttə, Abasovla qərəzim olsaydı, jurnalistlərin yığma ilə bağlı sualına verdiyi, İsmael Fofanın adını hallandırdığı məlum və uğursuz zarafatın da üzərində dayanardım. Amma dayanmıram. Ona görə ki, bir gün Abasovun yığmanı çalışdırarkən necə uğursuz zarafat etdiyini anlayacağına inanıram. İkincisi, həyat davam edir, o məşqçi karyerasını davam etdirirsə, biz də hələ ki jurnalistikadayıq. Belə xarizmatik fiqur irəlidə də bizə haqqında yazmağımız üçün çoxlu material, ipucları verəcək. Sükanı belə saxla, Abasov!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... Bütün xəbərlər
Ən çox oxunanlar