17 apr 16:31Yazar

Əlbir olub bir Stuxlik bir qrup “şir” ilə...

“Qəbələ”nin “28” nömrəli futbolçusu Stiven Jozef-Monroz, təbii ki, premyer liqanın 24-cü turunun şəksiz qəhrəmanıdı. Adam “Keşlə” ilə oyunun 42-ci dəqiqəsində təkcə 4-cü hakim Rövşən Rəcəbovu alçatmadı, bütövlükdə Azərbaycan futbolunu və onun hakimliyini gülünc duruma salanların payını verdi. Jozef-Monroz mövsümün sonunda, mübarizənin gərgin dönəmində çempionatı təcrübəsiz hakimlərin ümidinə qoyanları təhqir etdi. Bu qısqanclığın səbəbi bəllidi. Çünki bu gün Azərbaycan hakimliyinin elitası sayılanların karyeraları indiki ixtiyar sahiblərindən uğurlu alınıb, adları onlar kimi ləkələnməyib. Elə o hakimlərə atılan badalaqların, vurulan zərbələrin də səbəbi budu.
Əlbəttə, mən bu cür halları təqdir etmirəm. Canlı yayınla ekrana gətirilən bir qarşılaşmada oyunun 4-cü hakiminə cinsiyyət orqanını göstərmək heç də yaxşı hərəkət deyildi. Amma kadrlardan da açıq-aşkar görünür ki, Monroz bu addımı bezdiyindən atır. Təcrübəsiz Rövşən Rəcəbov “Qəbələ”nin legionerini təngə gətirir. Artıq klub tərəfindən məsələylə bağlı üzrxahlıq edilib, futbolçunun pul cəriməsinə məruz qalacağı da açıqlanıb. Bəs təxribatçı hakimi hansısa cəza, yaxud da tənbeh gözləyirmi? Heç inanmağım gəlmir. Onsuz da Frits Stuxlik əlaltıları ilə birlikdə Azərbaycan hakimlyini məhv etmək yolunda əmin addımlarla irəliləyir. Təcrübəli və istedadlı hakimləri pərən-pərən salıblar. Elə buna görə də indiki məqamda Rəcəbov kimilərə ehtiyac çoxdu. Stuxlikin vecinə də deyil. Adam yetərincə ciddi məbləğdə maaşını alır, imkan düşdükcə də özünü Foqtssayağı aparır. Guya ki, onun gəlişinə qədər Azərbaycanda futbol hakimi olmayıb, bizimkilər heç oyun qaydalarını bilməyiblər, AFFA (daha doğrusu, Elxan Məmmədov) onu Avstriyadan bura ona məhz bundan ötrü gətirib. Yadımızdan çıxmayıb ki, qoca Berti də “azərbaycanlıların butsu yox idi, onlara mən ilk dəfə buts göstərmişəm” tipli sözlər deyirdi. Elə Stuxlik də eyni havadadı. Əlacı olsa, Əliyarı da Rəhimlə Raufun gözünə qatar, Azərbaycandan sürgün etdirər. Hər şeyi sıfırdan başlamaq onun xeyrinədi. Arxasında Elxan Məmmədovun əlini hiss edən avstiyalı Azərbaycanda hakim yetişdirəcəkmiş. Adam bunu bacaran olsaydı, elə öz ölkəsində etməzdimi?!
Stuxlikin bu havasından ətrafındakılar əməlli-başlı yararlanır, köhnə haqq-hesablarını çürütməklə məşğuldular. Olan isə yenə də bizim futbolumuza, hakimliyimizə olacaq. Stuxlik və əlaltıları “fiziki normativləri verə bilməyiblər” bəhanəsiylə ikisi FİFA referisi olmaqla 4 hakimi çempionatın qalan turlarına təyinatdan məhrum edib. Elə bu səbəbdən də Azərbaycan çempionatının oyunları təcrübəsiz referilərin ümidinə qalıb. Onlar da meydana çıxanda ağır psixoloji təzyiqin altında əzilir, Rəcəbov kimi gülünc duruma düşürlər. Deyilənə görə, avstriyalı sədr hakimlərdən penaltilərin düzgün və ya səhv olmasından daha çox futbolçuların geyimlərinə, topa fitdən sonra zərbə vurub-vurmamasına nəzarət etməyi tələb edir. Buyurun, bu da nəticəsi. Hakimlikdə ilk addımlarını atan gənc Rəcəbov illərin təcrübəsi Jozef-Monrozu o həddə çatdırdı ki, adam şortunu yuxarı qaldırıb, cinsiyyət orqanını nümayiş etdirməli oldu. Məlum ssenarinin davamıdı. Ehtiyat bayrağın olmaması, komandaların meydana bir neçə dəqiqə gec çıxmasına görə verilən cəzalar kimi bu israr da xirtdəyədək olan problemlərin arasında gülünc görünür.
Hakimlərimizi bir an öncə bu bürokratik əngəllərdən, psixoloji basqılardan xilas etməli, onları qisasçılıq həvəsi ilə yaşayanların atdığı badalaqlardan qorumalıyıq. Bu işin də ən başda gələn sorumlusu elə Stuxlik özüdü. Son illərdə dişimiz-dırnağımızla ortaya çıxardığımız üç FİFA referisindən ikisi çempionatın ən gərgin məqamında təyinat almırlarsa, mövsümün sonuna qədər cəzalanırlarsa, bizə kənardan baxanlar gülməzlərmi? Bu həm də o deməkdi ki, yayda biz həmin hakimlərin UEFA-dan təyinat alacağına da ümid etməyək. Öz çempionatında oyun idarə etməyən hakimə UEFA hansı məntiqlə təyinat versin? Bir Rəhim Həsənovun, bir Rauf Cabbarovun yetişməsi üçün son illərdə nə qədər xərc çəkilib, onlar ölkə xaricinə təlim-məşq toplanışına göndərilib. İndi onların üstündən hansısa məsafəni 2-3 saniyə gec qaçdıqlarına görə xətt çəkməyə heç kimin haqqı yoxdu. Məgər Stuxlik bizim üçün hakim yetişdirib ki, indi də üzdə olan hakimlərimizi məhvə sürükləyir?! Hakimlərin əlində rüşvət tutulsaydı, onlar hansısa klubun rəsmiləri ilə gizli danışıqlara gedib, eyni anda iki klubdan da rüşvət alsaydılar, cərimə meydançasından kənardakı qayda pozuntusunu penalti kimi dəyərləndirsəydilər, rüşvətə “pesok” desəydilər, mən Stuxlikin qərarını ürəkdən dəstəkləyərdim. Bunların heç biri baş verməyib. Əksinə, son mövsümlərdə Azərbaycan çempionatı məhz bu gənclərin sayəsində rüşvətdən, qara işlərdən, sifarişli hakimlikdən təmizlənmişdi. Onları qaçarkən ayağını bir anlıq gec atmasına görə cəzalandırmaq heç də xoş niyyətdən xəbər vermir. Hələ-hələ ilin-günün bu vaxtında, mövsümün sonuna yaxın fiziki testın keçirilməsi, özü də bunun turun oyunlarından bir gün sonra edilməsi tam bəd niyyətdi. Odu ki, Stuxlik və ətrafındakılar daşı ətəklərindən töksələr, yaxşıdı. Azərbaycan hakimliyinin evini yıxmayın. Yoxsa ilahi ədalət hələ Jozef-Monrozun timsalında qarşınıza yenidən çıxa bilər!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar