16 apr 15:37Yazar

“Formula-1” Bakıda: yarış yox, əzab həftəsi!

Gələn həftəsonu sürət həvəskarlarının özü və gözü Bakıda olacaq. İmkanı olanlar bura təşrif buyuracaq, olmayanlar də ən azı mavi ekran önündə yarış həyəcanı yaşayacaq. “Formula-1” yürüşlərinin Azərbaycanı tanıtmaq, ölkəmizə turist axınını stimullaşdırmaq baxımından əvəzi yoxdu. Gəlirlər, baxırlar, xərcləyirlər, gedirlər! Tarixən sürətli maşın sürməyə həvəs göstərən azərbaycanlılar arasından da yaxın gələcəkdə baz-burutlu pilot çıxarsa, şəxsən mən çox sevinər, bunu da elə Bakı “Qran-pri”sinin ayağına yazaram. Kəsəsi, “Formula-1” dördüncü dəfə Bakıya qonaq gəlir və güman edirəm ki, bu dəfə də maraqlı olacaq, sürət həvəskarlarının yaddaşında silinməz izlər buraxacaq. Bu qədər tərif-təqdirdən sonra artıq yazını zəruri edən məqamlar üzərində gəzişməyə dəyər.
Bildiyiniz kimi, Bakı mərhələsi “Formula-1” təqvimində yer alan üç şəhər trassından biridi. Bizim yerli təşkilatçılar bu məqamı “köhnə Bakını əcnəbilərə göstərmək imkanı” kimi reklam etsələr də, sirr deyil ki, yürüş həftəsində şəhər nəqliyyatının işi, ümumiyyətlə, bütün nəqliyyat infrastruku iflic olur, adamlar əzab-əziyyət çəkirlər. Təşkilatçılar həvəslə deyirlər ki, trass Bakının mərkəzində, ürəyində yerləşir və görün yarışın maraqlı alınması üçün biz necə fədakarlıq göstəririk.
Artıq şəhərin mərkəzi hissələrində qoyulan lövhələrdən aydın olur ki, “Azneft” dairəsi aprelin 22-30-u aralığında – tam 9 gün! – bağlı olacaq. Üstəlik şəhərin ayrı-ayrı hissələrinə göstərilən zaman kəsiyində maşın saxlamağa da yasaq qoyulub. Bunun nə demək olduğunu, Bayılda və ora yaxın ərazilərdə yaşayan 100 minə yaxın adam yaxşı bilir, həmin 9 gün ərzində cəhənnəm əzabı yaşayacaqlarını da yaxşı bilirlər, amma mənzərəni bilməyənlərə də daha yaxşı anlatmaq istəyirəm. Məsələ ondadı ki, əvvəlki yarışlarda Bayılda və “20-ci sahə”də yaşayan, şəhərə “Azneft” dairəsindən daxil olmaq istəyən adamlar, soydaşlarımız, həmvətənlərimiz alternativ variant kimi Badamdar yolundan da istifadə edirdilər. Məlum sürüşmə olayına görə Badamdar yolu artıq 7 aydı bağlıdı. Faktiki şəhər rəhbərliyi adamlar üçün iş yerinə, harasa getmək baxımından yalnız bir yol saxlayıb – “Teleteatr”ın qarşısından keçən yolu. Həmin günlərdə ictimai nəqliyyatın, ənənəvi avtobusların da işləməyəcəyini nəzərə alsaq, taksidən başqa nəqliyyat vasitəsi qalmır. Düzdü, heç düşmənimə də arzulamadığım daha bir yol var. “Azneft” dairəsinin yanında dənizə baş vurub, bir də məsələn, metronun “Sahil” stansiyasının yaxınlığında sudan çıxmaq olar ki, bu da kütləvi istifadə üçün yararlı yol deyil. İndi çox heyfsilənirəm ki, zamanında üzməyi öyrənməmişəm. Gərək vaxtında öyrənəydim. Axı onda hardan biləydim ki, paytaxtın ağsaqqalları burda “Formula-1” keçirmək eşqinə düşəcəklər, eşq bir yana e, 9 gün şəhərin mərkəzi hissələrində nəqliyyatı iflic edəcəklər.
Yerli təşkilat komitəsinin aprelin 26-29-u aralığına sığacaq yürüş üçün maraqlı əyləncə-konsert proqramları düşündüyünü, planlaşdırdığını bilirəm. Heç bu haqda oxumağa ehtiyac yoxdu, hələ ki “Azneft” dairəsi açıqdı, hər gün avtobusun pəncərəsindən baxmaqla da irəlidə bizi nələrin gözlədiyini müəyyənləşdirmək mümkündü. Təsəvvür edin ki, artıq dünəndən, yəni 12-13 gün əvvəldən “Azneft” dairəsində hərəkət məhdudlaşdırılib. Bu isə artıq yarışa xeyli qalmış günümüzün tıxaclarda keçməsi deməkdi. Odu ki, Azərbaycan “Qran-pri”sinin təşkilatçılarından ayın sonuna qədər tıxaclarda tər tökəcək, vaxt itirəcək biz binəvalar üçün da hansısa mənalı proqramlar düşünməyi xahiş edirəm. Bayıla və “20-ci sahə”yə yaxın ərazilərdə yaşayan yüzminlərlə vətəndaşın, xüsusən də jurnalistlərin xahişini nəzərə almağınız bizi ancaq sevindirərdi. Yəni dünyadakı sürət həvəskarlarının sevərək izlədiyi bu yarışın bizim üçün həzz yox, əzab həftəsinə çevrilməsinə imkan verməyin. Şəhərimiz, ölkəmiz, vətənimiz reklam olunur, Azərbaycana turist gəlir, otel-iaşə sektorunda müəyyən canlanma yaranır, iqtisadiyyatımıza valyuta axır – bunlar hamısı xoş və yaxşı haldı. Amma gündəlik tıxaclarda əziyyət çəkəcək yüzminlərin halını, onların iş yerinə və ya sadəcə, harasa vaxtında çatmaq qayğılarını da düşünün. Gerçək bir yarış həftəsi yaşamaq istəyirik, daha əzab-əziyyət həftəsi yox!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar