14 apr 22:14Yazar

“Futbol+” yaşamalıdı ki...

Dəyərli millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov dünən “Azərbaycan” radiosunun səhər efirində qonaq idi. Həmkarımız İlkin Babanın bizə yaratdığı fürsətdən istifadə etdim və ölkə mətbuatının bir nömrəli sorumlusu olan cənab Amaşova minlərlə oxucunun sevimlisi olan “Futbol+” qəzetinin düşdüyü durumla bağlı sual ünvanladım. Sağ olsun, səbrlə dinlədi və... Və heç nə. Şəxsən mən sualıma cavab ala bilmədim, Əflatun müəllim. Cavabınız “bu məsələlər Mətbuat Şurasında yox, KİVDF-də müzakirə edilir, qərarı onlar verir” cümləsiylə başlayan kimi barmağımı dişlədim. Hiss etmək çətin deyildi ki, cənab Amaşov da məsələnin mahiyyətindən xəbərdardı, amma onu dilə gətirmək istəmir, dəqiq cavabdan yayınır.
Necə yəni, biz etmirik, onlar edir? Az-çox mətbuatla maraqlanan, prosesləri izləyənlər bilir ki, KİVDF-nin Mətbuat Şurasının razılığı olmadan qərar verməsi mümkünsüzdü. Əflatun Amaşov təkcə məmur və millət vəkili olaraq yox, həm də bir həmkar, oxucu, vətəndaş kimi “Futbol+”in haqq səsinə səs verməli, onun dövlət yardımından kənarda qalmasının ədalətsizlik olduğunu dilə gətirməli idi. Amma bunu etmədi. Özü də “Futbol+”in oxucusu olduğunu desə belə, 22 yaşlı qəzetə vurulan badalağı əngəlləməyi, 22 illik tarixə sayğısını göstərməyi vacib bilmədi. Yayındırıcı cavablar, məsuliyyətdən yaxa qurtarmaq üçün cəhd, bəhanə dolu sözləri bir-birinin arxasınca düzmək ona yaraşan davranış deyildi. Gizlətmirəm, Əflatun Amaşov məni çox məyus etdi. Özü də mənim sualımın davamı Mətbuat Şurasının davranışları, problemin həllinə kömək üçün hansısa tədbirlərə əl atılıb-atılmayacağı ilə bağlı idi. Cənab Amaşov bu barədə də heç nə demədi. Belə başa düşdüm ki, Mətbuat Şurasının sədri, millət vəkili və özü də jurnalist olan bir şəxs 22 yaşlı bir qəzeti problemlərlə baş-başa qoymaqdan heç narahat deyil, “Futbol+”i və onun fədakar kollektivini taleyin ümidinə buraxmağa hazırdı. Çox təəssüf, Əflatun müəllim!
Baş redaktorumuz, “Futbol+” adlı əsərin yaradıcısı, onu fədakarlıqla qoruyan Mahir Rüstəmli KİVDF-nin qərarının haqsız olduğu barədə dəfələrlə açıqlama verib. Qəzetin mövqeyini, etirazların səbəblərini yetərincə əsaslandırıb. Buna görə də mən təkrarçılıq etməyəcəm. Əminəm ki, Fondda oturanlar özləri də verdikləri qərarın haqsız olduğunun, “Futbol+”ə qarşı adil davranmadıqlarının fərqindədi. Amma prosesin axarını dəyişmək, ölkə mətbuatının ən vacib və oxunaqlı nəşrlərindən birinə haqq etdiyi dövlət yardımını vermək fikrində deyillər. Adamı yandıran da ən çox budu. Fərqi yoxdu, kollektivin, yaxud da bir fərdin haqqını kəsmək yaramaz davranışdı. İnsan bu ədalətsizliyə dözmək, haqsızlıqla barışmaq, sənin haqqının kəsilib başqasına verilməsi ilə barışmaq istəmir. “Futbol+” kollektivinin də apardığı mübarizənin qayəsi, amalı budu. Söhbət heç də bir parça çörəkdən, ac qalmaqdan getmir. Allaha şükürlər olsun, “Futbol+” kollektivinin hər bir fərdi öz sahəsinin ən yaxşılarındandı, işlərinin öhdəsindən də layiqincə gəlməyi bacarırlar. Siyavuş Novruzovun sözü olmasın, indi Azərbaycanda acından ölən yoxdu. Belə olan halda yazmağı, düşünməyi, ortaya məhsul, “Futbol+” boyda əsər qoymağı bacaranların da bundan qorxusu ola bilməz.
Mahir Rüstəmli “Futbol+” adlı qəzet yaradanda, onu bütün Azərbaycana sevdirməyi bacaranda cəmi 21 yaşı var idi. Təsadüfi deyil ki, onun toyunda usta qələm sahiblərindən biri Zeynal Məmmədli “sizin işiniz çətindi, Azərbaycanda olmayan şeydən – futboldan yazırsız” demişdi. Bəli, Mahir Rüstəmli və onun fədakar ordusu düz 22 ildi Azərbaycanda olmayan şeydən yaza-yaza “Futbol+”i ayaqda saxlayıb, onu böyüdüb, sevdiriblər. Özü də təkcə qəzeti yox, elə top oyununu da. Onu təbliğ edib, ölkəyə gələn əcnəbiləri də Azərbaycan futbolu ilə hesablaşdırıb, gəlmələrə də bir çox həqiqətləri başa salıblar. “Futbol+” təkcə idmandan yazan qəzet, mətbu orqan, yaxud da iş yeri deyil, bura böyük bir məktəbdi. Öz şagirdlərinə yazmağı, yaratmağı, vətəni və onun idmanını sevməyi, dürüstlüyü, halal zəhmətlə yaşamağın vacibliyini öyrədən bir məktəb. Bu gün Mahir bəy 21 yaşı cavan oğlan deyil. Deməli, yaşı, təcrübəsi, bacarığı ona imkan verir ki, ortaya yeni idman saytı qoysun, yaxud da ictimai-siyası mətbuatda özünü təsdiqləsin, yeni üfüqlər açsın. Eləcə də Kənan Həsənov, Mirağa Mirzəyev, Həbib Aslanov, Fariz Əliyev, Rəşad Qasımov, Tahir Mirzə və ya başqa “Futbol+”çilər. Onların hansı biri bu gün mətbuatda özünə yeni iş yeri tapa bilməz ki?! Amma onlar bunun dərdində deyillər. “Futbol+”çilər öz şəxsi prinsiplərinə, maddi qazanclarına görə yox, 22 yaşlı qəzeti, Azərbaycan mətbuatının dəyərli incisini yaşatmaq uğrunda mübarizə aparırlar. Onları da güclü edən, təslim olmamağa qoymayan məhz budu. Qarın davası, bir parça çörək uğrunda mübarizə yox, “Futbol+”i yaşatmaq dərdi, bunun mənəvi məsuliyyəti.
“Futbol+” yaşamalıdı, biz onu yaşatmalıyıq. Düz 22 ildi qəzetin adıyla yanaşı yazılan “Vətən idmanı və idmançıları ilə ucalsın” kəlmələrinin məsuliyyəti hər kəsdən bunu tələb edir. “Futbol+” yaşamalıdı ki, biz vətəni onun idmanı və idmançıları ilə ucalda bilək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar